«Afərin! Kiçik cihaddan qayıdan, amma boyunlarında böyük cihad etmək vəzifəsi qalmış insanlara eşq olsun!» Onlar deyirlər: «Ey
Allahın peyğəmbəri, böyük cihad nədir? Peyğəmbər (s) buyurur:
«Nəfslə cihad!» Bəli, pis işlərə əmr edən nəfslə cihad
etmək başqa insanla döyüşməkdən daha böyük və çətindir. Deməli, nəfslə cihad məsələsini islam da qəbul edir və irfan
məktəbinin bura kimi olan mətləbləri onunla uyğundur.
Amma biz, irfan və sufilik adlandırdığımız bu məktəbdə nəfslə cihad, eqoistlik və xudbinliklə mübarizə və «öz»ü
cəzalandırmaq mərhələsindəki mətləblərdə bə
᾽
zən islamın təsdiq etmədiyi məsələlərlə də rastlaşırıq. Əlbəttə bu, istisna
hallara şamil olur və mən bu məktəbin böyük şəxsiyyətlərinin belə səhv etdiklərini demək istəmirəm. Amma hər halda
bu məktəb əhlinin sözlərində bu cür səhvlər çoxdur.
Mərhələlərdən biri də, çətin və məşəqqətli ruhi məşğələlərdir (riyazət). Onlar bu mərhələyə çatanda, islam onların
müqabilində dayanaraq bədənin insanın boynunda haqqa malik olduğunu bildirir. Peyğəmbərin (s) səhabələrindən
bə
᾽
ziləri bu cür məşəqqətli riyazətlərlə məşğul olmaq istəyirdilər. Amma, o həzrət həmin şəxslərlə kəskin şəkildə
mübarizə aparırdı. Bütün bunlara baxmayaraq, bə
᾽
zən belə şəxslərin islamın icazə vermədiyi dərəcədə çətin riyazətlərlə
məşğul olduqlarına rast gəlinir. Bu çox da mühüm olmayan əngəllərdən biridir.
Nəfslə mübarizə və cihad iki cürdür. Bə
᾽
zən nəfslə aparılan bu mübarizə riyazət çəkmək formasında olur. Belə
ki, onlar çox az yemək və yuxularını həddindən artıq azaltmaqla bədənlərinə əziyyət verirlər. İnsanın bədəni elə bir
xüsusiyyətə malikdir ki, şəxs onu necə formalaşdırırsa, o da həmin şəraitə alışaraq onu qəbul edir. İnsan çoxlu təkrar və
vərdiş nəticəsində, doğrudan da gün ərzində bir neçə badam ləpəsi ilə keçinmək və on beş dəqiqə yuxu ilə kifayətlənmək
həddinə çata bilər. Yə
᾽
ni bədənini məşəqqətli vəziyyətdə saxlaya bilər. Əlbəttə bu iş daha çox hindililər arasında geniş
hal alıb və islam bu işin yayılmasına icazə vermədiyi üçün müsəlmanlar arasında belə işlərə az təsadüf edilir.
Amma nəfslə cihadın digər bir növü bədənlə deyil, nəfs və ruhun özü ilə mübarizədir. Yə
᾽
ni nəfsin meyl və istəklərinin
əksinə əməl etməkdir. Bu da müəyyən qədər düz bir işdir. Amma burada da bə
᾽
zən elə şeylərə rast gəlinir ki, onlar islam
məntiqinə uyğun deyildir və bu din kamil insanı bu şəkildə təsvir etməmişdir. İndi bunları bir-bir açıqlayacağıq.