MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə108/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   104   105   106   107   108   109   110   111   ...   158
Kamil insan

Məra ar ayəd əz in zendəgi
Ke salar başəm konəm bəndəgi.


ni: Cismimin ölməsi və dostlarımın ağlamaları mənə diri olub düşmənlərin gülməsini görməkdən yaxşıdır. Mənə 
ağa ola-ola qul kimi yaşamaq ar gəlir.
İmam Hüseyn (ə) belə buyurur: 
«İzzət və heysiyyətlə ölmək, zillət və xar yaşamaqdan daha yaxşıdır.» 
O həzrət 
«nəfslə cihad, bizdən Yezid və İbni Ziyadın hökmlərinə tabe olmaq tələb edir, çünki belə olan surətdə biz öz nəfsimizlə 
daha çox mübarizə aparmış oluruq» sözlərini demir. İmam Hüseyn (ə) belə buyurur: Ziyadın oğlu – şərəfsiz oğlu 
şərəfsiz – məndən iki şeydən birini seçməyimi istəyib. Zillət bizdən çox uzaqdır. Bunu Allah, peyğəmbər və mö

minlər 
bizə icazə vermirlər...»
Bəli, imam Hüseyn (ə) zillətə tabe olmağı özündən rədd edərək buyurur ki, biz hara zillət hara?! Mənim zillətə tabe 
olmağıma və xarlığıma Allah razı deyil. İmamın bu sözdən məqsədi budur ki, mənim xar olmağa razı olmamağım şəxsi 
hisslərimə qapılmağımdan yaranmayıb. Mənim məktəbim, Allahım, peyğəmbərim və aldığım tərbiyə, mənə bu icazəni 
vermir. Mən Əli (ə) və Fatimə (s)-in qucağında böyümüşəm. Mən Zəhranın südü ilə böyümüşəm və o süd mənə bu 
icazəni vermir. Yə

ni, sanki anam burdadır və mənə belə deyir: Hüseyn! Sən mənim südümü əmmisən. Mənim südümlə 
böyümüş bir kimsə zillətə boyun əyməz!
İmam Hüseyn (ə) «gedək İbni Ziyada tabe olaq, qoy nə istəyir eləsin, bizi təhqir edərək söyməkdən başqa bir iş 
görməyəcək ki? Onsuz da o, bu işlərdən nə qədər çox etsə, biz nəfsimizlə o qədər çox cihad etmiş oluruq!» sözlərini 
demədi. Qətiyyən, belə şey ola bilməz. O, «mən heç vaxt sizə zillət əli uzatmayacağam və heç vaxt qul kimi qabağınızda 
qalmayacağam» və ya başqa nəqlə əsasən «qullar kimi sizin haqq olmanızı e

tiraf edib dilimə gətirməyəcəm və zillətə 
boyun əyməyəcəyəm» sözlərini buyurub.
Qur

an ayələrindən, Peyğəmbər (s) və mə

sum imamlardan, xüsusilə imam Hüseyn (ə)-dan nəql edilmiş hədislərdə 
belə ifadələr həddindən artıq çoxdur.

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə