MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan


Gərət əz dəst bərayəd dəhəni şirin kun



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə126/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   122   123   124   125   126   127   128   129   ...   158
Kamil insan

Gərət əz dəst bərayəd dəhəni şirin kun
Mərdi an nist ke moşti bezəni bər dəhəni.


ni: Əgər əlindən bir iş gəlirsə birinin ağzını şirin et, kişilik kiminsə ağzına yumruq vurmaqda deyil.
Kişilik güc və qüdrət, yumruğunu düyünləyib birinin ağzına vurması deyil. Qüdrət budur ki, insan nəfsani istəklərinə 
baxmayaraq, öz yerinə başqalarının ağzını şirin etsin!
Mövlana deyir:
Vəqte xəşmo vəqte şəhvət mərd ku?
Talebe mərdi çeninəm kube ku.


ni: Kişilik qəzəb və şəhvət hissləri baş qaldıranda zahir olur? Mən küçə-küçə gəzib belə bir kişi axtarıram.
Mövlana burada kişiliyi qiymətləndirərək deyir ki, qəzəb və şəhvət hissləri baş qaldıranda kişilik harada olur? 
Kişi odur ki, qəzəbi alovlanaraq aşıb-daşanda güclü iradəyə malik olmuş olsun və qəzəb adlı bu alovun müqabilində 
dayansın. Həmçinin şəhvət hissi oyanaraq insanın ixtiyarını əlindən almaq istəyəndə o, bu qüvvə müqabilində qiyam 
etsin. Bunları güc və qüdrət adlandırırlar. Əgər əxlaq alimlərinin əxlaqi gözəllik, Niçenin isə zəiflik adlandıraraq rədd 
etdiyi sifətləri düzgün mülahizə etsək, onların hamısının qüdrət olduğunu görərik. Əlbəttə mən, əslində qüdrət deyil, 
zəiflik olan bir sıra xüsusiyyətlərin bə

zən qüdrətlə səhv salınmasını e

tiraf edirəm. Buna görə də əxlaq alimləri həmişə 
deyirlər ki, qayğıkeşlik hissləri həmişə əql və imanla birgə olmalıdır, yə

ni insanın atifi hisslərinin hardasa oyanması 
kifayət etmir, onu əqli me

yarlarla ölçmək və məntiqi olub-olmamasını müəyyənləşdirmək lazımdır.
YERLİ VƏ YERSİZ QAYĞILAR
İndi isə sizin üçün Sə

dinin bir şe

rini və Qur

anın bir ayəsini oxuyacağam. Sə

dinin şe

ri budur:
Tərəhhom bər pələnge tizdəndan
Setəmkari bovəd bər qusfəndan.


ni: İti dişli pələngə rəhm etmək, qoyunlara zülm etmək deməkdir.


di bu şe

rdə deyir ki, bir sürü qoyunu yırtmış canavarı tutub öldürmək istəyəndə ürəyi yumşalaraq canavara 
yazığı gələn şəxs, digər bir mə

nada daşürəklilik və rəhimsizlik etdiyini başa düşməlidir. Əlbəttə bu bir məsəldir. Onun 
məqsədi budur ki, zalım insana rəhm etmək məzlum insanlara zülm etmək deməkdir. Adətən zəif insanlar zalımlara 
rəhm edirlər.
Əvvəldə qeyd etdiyim Qur

an ayəsi isə zinakar kişi və arvad barəsindədir. İslamda, evli kişinin zina etməsinin cəzası 
daşqalaqdır. Zinakar ərli arvadın da cəzası belədir. Qur

an buyurur ki, zina etmiş həmin şəxsləri cəzalandırın və bir 


77
Kamilliyə doğru Wap.IXLAS.Az
qrup mö

min mütləq bu cəza mərasimində iştirak etsin. Belə yerlərdə bir də görürsən, cəmiyyətin ümumi və yüksək 
mənafelərini fikirləşməyən zəif ruhlu insanlar hissə qapılaraq həmin şəxslərin cəzalandırılmamalarını və ya e

dam 
edilməmələrini istəyirlər. Bir də görürsən ki, onlar «bunlara yazığınız gəlsin; bu işi görməməyiniz yaxşı olar» kimi 
ifadələr işlədirlər. Qur

an buyurur: 

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə