|
MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan«...Allahın dini barəsində [bu işin icrasında] ürəyiniz onlara yumşalmasın...»Kamil insan«...Allahın dini barəsində [bu işin icrasında] ürəyiniz onlara yumşalmasın...»
(Nur-2).
Bəli, bura ilahi cəzalandırma yeridir; ilahi qanunlar bəşəriyyətin ümumi mənafelərini nəzərə almaq əsasında
və ona uyğun şəkildə tənzim edilib, bura ürəyiyumşaqlıq yeri deyil. Belə yerdə ürəyiyumşaq və atifəli olmaq, cəmiyyətə
qarşı zülm və daş ürəklilikdir.
Bu gün də bir çoxları eyni ilə həmin mətləbi təkrar edərək deyirlər ki, e
᾽
dam nə deməkdir? E
᾽
dam qeyri-insani
cəza növüdür! Cinayətin növündən asılı olmayaraq, cinayətkar e
᾽
dam edilməməlidir! Bu fikrə malik olan insanlar öz
sözlərinin izahında deyirlər ki, cani islah edilməlidir. Əcəb ikibaşlı və müəmmalı söz danışıblar!!
İnsanların islah edilməsinin zəruriliyində heç bir şəkk-şübhə yoxdur. Amma onlar cinayət törətməzdən əvvəl islah
edilməlidirlər və onlara bu cinayətləri törətmək icazəsi verilməməlidir. Məsələ burasındadır ki, əgər cəmiyyətlərdə
ya tərbiyə üsulları kifayət qədər deyil və ya nəinki islahedici amillər yoxdur, əksinə fəsad və pozğunçuluq amilləri
mövcuddur və yaxud da islahedici amillər kifayət qədərdir, amma cəmiyyətlərdə həmişə mövcud olan azdırıcı ünsürlər
cinayətə əl atırlar. Bunlarla necə davranmaq lazımdır? E
᾽
dam cəzası ləğv edilən kimi, tərbiyə üsullarının olmaması
və ya kifayət etməməsi ucbatından mövcud olan islah edilməmiş canilər və bütün şəraitlərdə cinayətkarlıq ruhuna
malik olan qruplar amansız cinayətlərə əl atacaqlar. Biz bu gün «qoy cani cinayət törətsin, sonra gedib onu islah edək»
mə
᾽
nasını verən, «cinayətkarı islah etmək lazımdır» bəhanəsi ilə mövcud canilərə yaşıl işıq yandırırıq və bizim bu
işimiz onları cinayətə təşviq edir. Çünki cinayətkar öz-özlüyündə fikirləşir ki, yaşadığım cəmiyyət indiyə kimi məni
islah etmək fikrinə düşməyib; uşaqlıqda atam, böyüyəndən sonra isə heç kəs mənim tərbiyəmlə məşğul olmayıb, bəs
biz cinayət törədək və bizi həbsxanaya aparsınlar, bəlkə orada bizi tərbiyə və islah edələr və orada adam olaq. Deməli,
islah olunmağımıza hazırlıq məqsədi ilə bir cinayət törətməyimiz lazımdır!
Başqa birisi isə belə deyir: Oğrunun əlini kəsmək nə deməkdir?! Bu qeyri-insani bir şeydir və adamın qəlbini riqqətə
gətirir!
Dar düşüncəli adamlar bu cür sözlər danışaraq e
᾽
tiraz edirlər. Siz qəzetlərin «hadisələr» səhifəsinə baxsanız oğurluq
nəticəsində cəmiyyətə nə qədər maddi xəsarətlər vurulmasından əlavə, nə qədər cinayətlərin törənməsi və günahsız
adamların öldürülməsinin şahidi olarsınız. Əgər oğru vaxtında cəzalandırılsa və o, bilsə ki, yaxalandığı təqdirdə törətdiyi
cinayətə görə dörd barmağı kəsiləcək və bu cinayətinin nişanəsi ömrünün axırına kimi onun bədənində qalacaq, heç vaxt
oğurluq etməz. And içirəm ki, bir neçə oğru, bəlkə hətta bir oğru bu cür cəzalandırılsa, oğurluğun qapısı bağlanar.
Əlli-altmış il bundan əvvəl Məkkəyə getmiş hacılar bilirlər və bəlkə də həmin vaxt həcc ziyarətinə getməyənlər də
Səudiyyə Ərəbistanında oğurluğun necə geniş yayıldığını eşidiblər. O zamanlar maşın və təyyarə olmadığı üçün həcc
karvanları at, dəvə və bu kimi heyvanlarla yol gedirdilər. Onlar silahlanmalarına və özləri ilə mühafiz aparmalarına
baxmayaraq, həmin yolu iki min nəfərdən az adamla getməyə cür
᾽
ət etmirdilər. Elə bir il olmurdu ki, yolkəsənlərin
həmin karvanlara hücum edərək nə qədər adam öldürmələri, onların mallarını oğurlamaları və hətta özlərindən nə qədər
adam öldürülməsi barəsində xəbərlər eşidilməsin. Bu cür basqınlarda həmin oğruların ölmələri ehtimali və fərzi olduğu
üçün, onlar oğurluq etməkdən çəkinmirdilər. Səudiyyə dövləti həddindən artıq pis xüsusiyyətlərə malik olmasına
baxmayaraq, dünyada heç olmasa bu bir işi çox yaxşı gördü, yə
᾽
ni oğruların barmaqlarını kəsməyə başladı. Bəlkə də
hər il yüzlərlə oğru və hacı öldürülürdü, amma bunun heç bir tə
᾽
siri yox idi. Ərəbistanlı dövlət mə
᾽
murları oğruları
Ərəfat, Mina və ya bu kimi digər izdihamlı yerlərə, yə
᾽
ni bütün hacıların toplaşdıqları yerlərə gətirir və onların barmaq
və ya əllərini kəsirdilər. Onlar bu işi bir neçə dəfə təkrar etdilər. Bir də gördülər ki, yolkəsənlər, azğınlıq və ya yoxsulluq
ucbatından oğurluq edən digər dəstələr bu işlərindən əl çəkdilər və ümumiyyətlə oğurluq hadisələri yığışdırıldı. Bundan
sonra həmin ölkədə bə
᾽
zən zəvvarların çamadanı və ya başqa bir şeyi yerə düşür, amma üstündən neçə gün keçməsinə
baxmayaraq heç kəs onu götürməyə və hətta ona əl vurmağa cür
᾽
ət etmir və axırda sahibi gəlib öz malını tapırdı. Bu
vəziyyətin yaranması cəzanın vaxtında və yerində icra edilməsi nəticəsində hasil olmuşdur. Qur
᾽
an buyurur:
Dostları ilə paylaş: |
|
|