MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə135/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   131   132   133   134   135   136   137   138   ...   158
Kamil insan

HƏQİQİ FƏDAKARLIĞA BİR NÜMUNƏ
Əziz islam peyğəmbəri həzrət Məhəmmədin (s) səhabələri haqda Mu

tə müharibəsində baş vermiş bir hadisə nəql 
edilib və bu, çox heyrətləndirici bir hekayətdir. Bu hadisə əsl fədakarlıq nümunəsidir. Mu

tə müharibəsində səhabələrdən 
bir qrupu yaralanaraq yerə düşürlər. Yaralı adamın qanı axdıqca onun bədəni yenidən qan yaratmalı olur. Bu vəziyyətdə 
insan çox susuzlayır, çünki bədənin yeni qan yaratması üçün suya ehtiyacı olur. Buna görə də yaralanmaq və bədən 
qanının axması susuzluq yaradır. Bir nəfər əlində su qabı tutaraq müsəlman yaralıların arasında gəzməyə başlayır 
ki, onlardan susuzlayanı olsa ona su versin. Yaralılardan birinə yaxınlaşaraq ona su vermək istəyəndə, yaralı əli ilə 
başqasını göstərdi ki, suyu ona ver, onun suya ehtiyacı daha çoxdur. Su paylayan həmin adamın yanına gedir, amma 
o da başqa birisini göstərir və onun suya daha çox möhtac olduğunu deyir. Həmin şəxs üçüncüsünün yanına gedəndə 
görür ki, o, ölüb. Geri qayıdanda görür ki, ikinci adam, yə

ni onun su təklif etdiyi ikinci şəxs də ölüb. Birincinin yanına 
qayıdanda onun da öldüyünü görür. Buna fədakarlıq və başqasını özündən üstün tutmaq, yə

ni tam ehtiyac içində 
olmasına baxmayaraq, başqasını özündən üstün tutmaq deyirlər.
MƏHƏBBƏT MƏKTƏBİNİN İRADLARI
Məhəbbət və xidmət məktəbinin də iki iradı vardır. Əlbəttə məqsədimiz məhəbbətdən yaranan xidmətdir. Xidmət və 
məhəbbətin insani dəyərlərdən olmasında heç bir şəkk-şübhə yoxdur, amma onlar, insani dəyərlərdən yalnız biridirlər. 
Qüdrət məktəbinə edilmiş iki irad bu məktəbə də aid edilib.
İradlardan biri budur ki, məhəbbət məktəbi də təkdəyərlidir, yə

ni bütün dəyərləri buraxaraq bir dəyərə, yə

ni 
xidmət və məhəbbətə yapışıb. Məhəbbət, insan üçün kamillikdir; həddindən artıq feyz və bərəkət yetirmək kamaldır. 
Filosofların sabit etdikləri kimi, çox feyz yetirmək, səxavətlilik və bağışlamaq kamillik sifətlərindəndir və onlar, Allah-
taalanın da zati sifətlərindən sayılır. Buna görə də vücudu vacib olan uca varlıq «tam feyz və bərəkət yetirən»dir. Bəs bu 
məsələdə heç bir şəkk-şübhə yoxdur. Məhəbbət məktəbi tərəfdarlarının səhvi budur ki, onlar, digər dəyərləri unudaraq, 
xalqa xidmətdən başqa heç nəyin olmaması və insanlığın yalnız bu dəyərdən ibarət olmasını vurğulayıblar. Qüdrət 
məktəbinin mühüm səhvi qüdrəti düzgün tanımaması, onun yalnız qol gücündən ibarət olmasını düşünməsi və ruhi 
qüdrətləri unutması olduğu kimi, xalqa xidmət məsələsində də çox-çox böyük bir səhvə yol veriblər və mən, həmin 
səhvi burada izah edəcəyəm.
Xalqa xidmət nədir? Xalqın nəyinə xidmət etmək lazımdır? Mənim, «insanlıq yalnız xalqa xidmətdən ibarətdir» 
deyən şəxslərə sualım var. Siz mənə, xalqın nəyinə xidmət etmək lazım olmasını izah edin. Ola bilər ki, siz Allah 


82
Kamilliyə doğru Wap.IXLAS.Az
bəndələrinin qarınlarına xidmət etməyin lazım olmasını bildirirsiniz, yə

ni deyəcəksiniz ki, Allah bəndələri acdırlar və 
onların qarınlarına xidmət etmək lazımdır. Ac insanların qarınlarının doyuzdurulmasını lazımı məsələlərdən olmasında 
şəkk-şübhə yoxdur. Allah bəndələrinin bədənlərinə də xidmət etmək lazımdır. Əgər çılpaqdırlarsa geyindirilməli, isti-
soyuqdan qorunmalı, mənzillə tə

min edilməli və azadlıqları yoxdursa, onlara azadlıq verilməlidir. Bəli bunların hamısı 
düzdür və bunlar xalqa xidmətdir. Amma burada ortaya belə bir sual çıxır ki, son nəticə nədir? Bizim Allah bəndələrinin 
ancaq ehtiyaclarını ödəməyimiz yaxşı və xeyirli əməldir? Əgər Allah bəndələri özləri-özlərinə xidmət etmirlərsə və özləri 
özlərinə düşməndirlərsə, yə

ni nadanlıq ucbatından elə əməllər edirlər ki, özləri özlərinin bir nömrəli düşmənidirlərsə və 
səadət yolu deyil, bəşəriyyətin bədbəxtliyi yolunda hərəkət edirlərsə biz, yenə də gözümüzü yumaraq «Allah bəndələrinə 
xidmət etmək lazımdır; bizim başqa şeylə nə işimiz var? Biz qarınları doyuzdurmalıyıq!» deməliyikmi? Bizim, «qarını 
doyanın hansı yolla getməsi, hansı hədəf və məqsədə qulluq etməsi və indi hansı yolda olması ilə nə işimiz var?» 
deməyimiz düzdürmü? Bizim yol və hədəflə işimiz olmamalıdırmı? Ancaq qarın tox olmalı və bədən örtülməlidir? 
Yaxud insanlara xidmət, insanlığa xidmət şərti ilə olmalıdır, yə

ni insani dəyərlərə xidmət edilməlidir? Bəli, məsələ 
elə buradadır. Allah bəndələrinə xidmət o vaxt insani dəyərə malikdir ki, o, digər insani dəyərlər istiqamətində olmuş 
olsun. Xalqa xidmət digər insani dəyərlər istiqamətində olmasa, bir qara pul qədər də dəyərə malik deyildir.

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə