|
MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insanQUR᾽ANIN YAXŞILIQ VƏ FƏDAKARLIĞA DƏ᾽VƏTİKamil insanQUR᾽ANIN YAXŞILIQ VƏ FƏDAKARLIĞA DƏ᾽VƏTİ
Biz bu məktəbin nəzəriyyələrini də islami me
᾽
yarlarla ölçməliyik. Xalqa xidmət və yaxşılığın islam baxımından
insani və ilahi dəyərlərdən olmasında heç bir şübhə yoxdur. İslam baxımından xalqa xidmət etmək, məhəbbət göstərmək
və onun dərdini çəkərək qayğısına qalmağın özü kamillik, dəyər, məqam və dərəcəyə malikdir. Amma islam, bu dəyərin
də yeganə dəyər kimi qələmə verilməsi ilə müxalifdir.
Allah-taala, söhbətimin əvvəlində oxuduğum ayədə biz müsəlmanlara bir ədalətli olmağı, bir də yaxşılıq etməyi əmr
edib. Ədalətdən məqsəd xalqın hüquqlarına riayət edərək onları pozmamaqdır. Yaxşılıq etmək ictimai baxımdan deyil,
əxlaqi cəhətdən ədalətdən də üstündür. Allah-taala nəinki insanların hüquqlarını pozaraq onları tapdalamamağı, hətta
öz qanuni haqlarımızı onlara bağışlamağı əmr edib.
Fədakarlıq və başqalarını özündən üstün tutmaq Qur
᾽
anın bəyan etdiyi mühüm məsələlərdəndir. Fədakarlıqdan
məqsəd, insanın özündən keçərək, başqasını özündən üstün tutmasıdır, yə
᾽
ni insan öz malını tam ehtiyacı olan halda
başqasına verərək onu özündən üstün tutmalıdır. Fədakarlıq insanlığın ən böyük təzahürlərindəndir və Qur
᾽
an bu işi
çox maraqlı ifadələrlə sitayiş edib. Allah-taala, Peyğəmbərin (s) mühacirləri özlərindən üstün tutmuş səhabələrini, yə
᾽
ni
«Ənsar» barəsində belə buyurub:
«...özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar...» (Həşr-9).
Yaxud Əli (ə), Fatimeyi-zəhra (s), imam Həsən və Hüseyn (ə) və Əhli-beyt (ə)-ın şə
᾽
ninə nazil etdiyi «İnsan» surəsinin
8-9-cu ayələrində belə buyurub:
«Onlar öz iştahaları çəkdiyi, özləri yemək istədikləri halda [və ya Allah rizasını
qazanmaq uğrunda] yeməyi yoxsula, yetimə və əsirə yedirərlər.
[Və sonra da yedirtdikləri kimsələrə belə deyərlər]: Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən [bu
Dostları ilə paylaş: |
|
|