MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə130/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   126   127   128   129   130   131   132   133   ...   158
Kamil insan

MƏHƏBBƏT MƏKTƏBİ
Daha çox Hindistanda, bir az da xristianlar arasında təbliğ edilmiş digər bir məktəb isə «məhəbbət» məktəbidir. 
Əlbəttə xristianlar öz məktəblərini məhəbbət məktəbi adlandırırlar, amma dediyimiz kimi, onların məhəbbət məktəbində 
elə yerlərə çatılıb ki, onları məhəbbət deyil, zəiflik məktəbi və zəifliyi tə

rifləyənlər adlandırmaq lazımdır. Amma 
hindistanlıların məktəblərini məhəbbət məktəbi adlandırmaq olar. Məhəbbət məktəbi nədir?
Məhəbbət məktəbi insanın kamlliyini xalqa xidmət və onlara məhəbbət göstərməkdə görür, yə

ni onlar Niçe 
məktəbinin tam əks nöqtəsində dayanırlar. Onlar Niçe rədd edən şeylərin tam əksini deyirlər. Bu məktəbin tərəfdarları 
deyirlər ki, kamil insan Allah bəndələrinə xeyir verən insandır və ümumiyyətlə insanlıq xalqa xeyir verməkdən ibarətdir. 
İndi də əcnəbi məktəblərdə insanlıq və humanistlik deyiləndə, xalqa xidmət və məhəbbət göstərmək nəzərdə tutulur. 
Amma dediyimiz kimi, əcnəbilərin özləri əməldə bu sözlərə riayət etmirlər. Qəzet və jurnallar da «filan şey insanidir» 
və ya «insani deyildir» deyəndə, ondan başqa heç bir şeyi nəzərdə tutmurlar. Onların «filan şey insanidir» demələrinin 


nası budur ki, həmin şey Allah bəndələri baxımından xeyirlidir, filan şey «insani deyil»in mə

nası isə onun xalqın 
xeyrinə olmamasıdır. Deməli, onların fikrincə, insanlıq xalqa və Allah bəndələrinə xidmətdən başqa bir şey deyildir. 


zən bizim şairlərimizin sözlərində də bu cür mübaliğələr edilib. Məsələn, Sə

di deyir:
İbadət becoz xedməte xəlq nist


79
Kamilliyə doğru Wap.IXLAS.Az
Be təsbiho səccadevo dəlq nist.


ni: İbadət təsbeh, səccadə və zahid paltarı ilə deyil, xalqa xidmətlədir.
Əlbəttə Sə

dinin burda məqsədi başqa şeydir. O, bu şe

rində yeganə işi təsbeh çevirmək, səccadə salmaq və dərviş 
paltarı geyinmək olan və xeyirli işlərdən heç bir şey anlamayan sufiləri nəzərdə tutub. Sə

di özü dərviş olmasına 
baxmayaraq, xalqa xidmətdən heç nə anlamayan dərvişlərə xitab edib. Amma mübaliğə edərək deyir: «İbadət xalqa 
xidmətdən başqa bir şey deyildir.»


zən də başqaları həmin mətləbi ayrı ibarətlərlə deyir, amma bunlar səhv ifadələrdir. Onlardan biri də bu ifadədir: 
«Şərab iç, minbəri yandır, amma mərdimazarçılıq etmə!»
Onların fikrincə dünyada ancaq bir pislik var və o da mərdimazarçılıqdır. Həmçinin yalnız bir yaxşılıq mövcuddur 
və o da xalqa yaxşılıq etməkdən ibarətdir. Məhəbbət məktəbinin sözü budur ki, yeganə kamal, dəyər və yaxşılıq xalqa 
xeyir yetirmək və yeganə naqislik və pislik isə xalqı incitmək və mərdimazarçılıqdır.

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə