MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə80/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   76   77   78   79   80   81   82   83   ...   158
Kamil insan

«Bizim bir bəndəmiz var, 
onun yanına get və ondan elm öyrən. Biz həmin bəndəmizə öz tərəfimizdən, öz yanımızdan elm vermişik.» 
Məqsəd 
budur ki, o, elmini hansısa insandan öyrənməyib, biz onun daxilində elm çeşmələri qaynatmışıq.
Hafiz özünün o sirli şirin dili ilə həmin hədisi nəzmə çəkərək mə

na edib.
Səhərgəh rəhrovi dər sərzəmini
Həmi qoft in muəmma ba qərini
Ki ey sufi şərab on gəh şəvəd saf
Ki dər şişe bemənəd ərbəini.
Peyğəmbər (s) həmçinin belə buyurub: 
«Əgər şeytanlar Adəm övladlarının qəlbləri ətrafında fırlanıb onda qübar və 
qaranlıqlar yaratmasaydı, onlar qəlb gözü ilə məlaikə və ruh aləmini müşahidə edərdilər.» 
Bu hədis bizim «Camius-
səadət» kimi hədis kitablarımızda da nəql edilib. O həzrət həmçinin belə buyurub: 
«Əgər sizin [yersiz] çərənçilikləriniz 
və artıq danışmaqlarınız və qəlblərinizdəki çəmənliklər olmasaydı [və orada hər bir heyvan otlamasaydı] mənim 
gördüklərimi görər, eşitdiyim səsləri eşidərdiniz.» 
Məqsəd budur ki, həmin şeyləri görmək və ya eşitmək üçün insanın 
peyğəmbər olması lazım deyil; bə

zən Məryəm kimi peyğəmbər olmayan şəxslər də o səsləri eşidirlər.
Əli (ə), Peyğəmbərlə (s) birlikdə Həra dağında olanda 10 yaşlı uşaq idi. Peyğəmbərə ilk dəfə vəhy nazil olanda 
və dünya, o həzrət üçün başqa bir şəklə düşəndə onun qeybdən eşitdiyi səsləri Əli (ə)-da eşidirdi. Əli (ə) Nəhcül-
bəlağədə nəql edir: 
«Peyğəmbərə dedim ki, ey Allahın peyğəmbəri, ilk dəfə vəhy nazil olanda şeytanın naləsini 
eşitdim. Peyğəmbər (s) mənə dedi: Bəli, mən eşitdiklərimi sən də eşidirsən və mənim gördüklərimi sən də görürsən, 
amma buna baxmayaraq sən peyğəmbər deyilsən.»
Buna görə də nəfsin təmizlənməsi, saflıq və nəfsi istəkləri özündən uzaqlaşdırmaq insanın qəlbini saflaşdırmaqla 
yanaşı, daha çox və yüksək tə

sirlər göstərir, onun vasitəsilə insanın daxilindən elm və hikmət çeşmələri qaynayır.

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə