47
Kamilliyə doğru Wap.IXLAS.Az
xatirinə (saf niyyətlə) yerinə yetirsə, hikmət çeşmələri onun qəlbindən dilinə cari olar.»
Məqsəd budur ki, qırx gün
onun vücudunda Allah razılığından başqa heç bir şey hakim olmasın, danışması, susması, baxması, göz yumması,
yeməyi, yatmağı, oyaq qalmağı, bir sözlə hər bir şeyi Allah üçün və Onun razılığını əldə etmək üçün olsun. Yə
᾽
ni öz
proqramını elə tənzim etsin və ruhunu elə təmizləsin ki, Allahdan başqa heç bir şey üçün qətiyyən iş görməsin, necə
deyərlər həzrət İbrahim (ə) olsun.
«De ki: Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi
Allah üçündür!»
(Ən
᾽
am-162).
Bəli, Peyğəmbər buyurub ki, kim qırx gün nəfsi istəklərini tamamilə buraxıb həmin müddətdə Allahdan başqa heç
bir şeyi nəzərdə tutmadan iş görsə və Ondan başqa heç bir şeylə yaşamasa elm və hikmət çeşmələri onun batinindən
qaynayaraq dilində cari olar. Deməli islam, lütf və feyzlə bağlanan, yə
᾽
ni daxildən qaynayaraq çıxan elmi qəbul edir.
Əlbəttə islam, əqli elmi də qəbul edir və davamçılarını ona doğru çağırır. Musa (ə)-a buyurur:
Dostları ilə paylaş: