|
MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insanKamil insanSƏKKİZİNCİ FƏSİL
1. İRFAN MƏKTƏBİNİN TƏNQİD VƏ ARAŞDIRILMASI
«[Əksəriyyəti yazıb oxumaq bilməyən] ümmi ərəblərə özlərindən peyğəmbər göndərən Odur. Bu Peyğəmbər –
əvvəllər haqq yoldan açıq-aşkar azsalar da – onlara Allahın ayələrini oxuyar, onları [günahlardan, şirk və küfr
çirkabından] təmizələyər, onlara kitabı və hikməti [Qur
᾽
anı və şəriəti] öyrədər.»
(Cümə-2).
Bəhslərimiz əslində islam baxımından kamil insanı tanımaq məqsədi daşıyır. Əvvəlki söhbətlərimizdən birində qeyd
etdik ki, insan özü-özündən ayrıla bilən yeganə varlıqdır, yə
᾽
ni biz, itlik xislətinə malik olmayan it, pişiklik xislətinə
malik olmayan pişik və həmçinin pələngin sifətinə malik olmayan pələng tapa bilmərik. Dünyada olan hər bir pələng,
bizim pələnglik adlandırdığımız xislətlərin hər birinə instinkt surətdə malikdir. Amma insan, insanlıq xüsusiyyətlərinə
malik olmur və o, həmin xislətləri qazanaraq əldə etməlidir. Həmçinin dedik ki, insanın insan olması onun bioloji
quruluş və sistemi ilə qətiyyən bağlı deyil. Belə ki, qədim (və müasir) terminalogiyada insanlıq və adamlıq adlandırılan
şey insanın bioloji xüsusiyyətlərindən ayrı bir şeydir.
Təne adəmi şərifəst becane adəmiyyət
Nə həmin libas zibast neşane adəmiyyət.
İnsan vücudu onun insanlıq ruhuna malik olması səbəbindən əziz və şərəflidir. Gözəl paltar adamlıq və insanlıq
nişanəsi deyildir.
Ümumiyyətlə mə
᾽
lumdur ki, müəyyən bir varlığı insan adlandırdığımız üçün onun müəyyən bioloji quruluş və
sistemə malik olması kifayət deyildir. Adamlıq və insanlıq başqa bir şeydir. Anadan doğulan hər bir şəxs bu mə
᾽
nanı
daşıyan insan deyil. Hətta deyiblər: «Molla olmaq çox asan, adam olmaq çətindir.»
İnsan dünyaya alim deyil, alim olmaq iste
᾽
dadlarına malik olan bir varlıq gəldiyi kimi, adam deyil, adam olmaq
imkan və iste
᾽
dadına malik bir varlıq kimi gəlir. Belə olan surətdə, bu sual ortaya çıxır ki, hər bir şəxsin olmalı olduğu
adamlıq və insanlıq nədir? Həkim və bioloq bu insanlığı bizə göstərə və ya tanıtdıra bilməz. İnsanlıq elə bir şeydir ki,
dünyanın ən materialist məktəbləri belə, onu inkar etmirlər. Amma bu elə bir şeydir ki, onu maddi me
᾽
yarlarla ölçmək
mümkün deyildir. Buna görə də biz, insanın özü üçün mə
᾽
nəviyyat qapısı olduğunu deyirik. İnsanın öz vücudunda
mə
᾽
na aləmini dərk etməsi və maddi məsələlərdən başqa digər şeylərin də olmasını anlaması üçün olan qapılardan biri
insanlıq qapısıdır. Bu elə bir qapıdır ki, mövcud olmasına baxmayaraq, hiss və duyğu orqanları ilə hiss edilməzdir. O,
labaratoriyalarda axtarılmaqla tapılmır, amma bütün dünya onun olmasını qəbul edir. Dünyanın ən materialist adamları
belə, insani dəyərlər deyəndə, qeyri-maddi insani işlər və məsələləri nəzərdə tuturlar.
Biz, islam baxımından əsaslı olan insani dəyərləri tanımaq, yə
᾽
ni bu dinin insanın əsaslı dəyərlərini nə hesab etdiyini
başa düşmək istəyirik. Müxtəlif məktəblərin nəzərlərini açıqlayaraq onları tənqid etməyincə isə, islamın nəzərlərini
tanıyaraq dərk edə bilmərik. Tənqiddən məqsəd irad tutmaq deyil, həqiqi tənqiddir. Həqiqi tənqid sərrafçılıq kimidir,
yə
᾽
ni onun qızıl pul üzərində gördüyü işi görmək istəyirik. Sərraf həmin pulun neçə faizinin təmiz qızıl, neçə faizinin
gümüş və başqa şey olmasını müəyyənləşdirmək üçün onu xüsusi daşla yoxlayır və əyarını əldə edir. Buna görə də
tənqid, hər şeyi rədd etmək demək deyildir. Bizim tənqid etməkdən məqsədimiz, islam me
᾽
yarlarının həmin pulların
nədən düzəldiyini müəyyənləşdirməsidir. Biz bu araşdırmamızda filosof, arif və digər məktəblərin düzəltdikləri
pulları yoxlamaq istəyirik. Buna görə də onları bir-bir irəli sürərək barələrində söz açırıq. Başqalarının pullarını dəqiq
şəkildə araşdırmayınca islamın təqdim etdiyi pulun necə olmasını başa düşə bilmərik. Mən yəqinliklə bilirəm ki, bu
məktəblərin nəzərlərini açıqlayaraq tənqid etmədən əsl insani dəyərlərin nələr olduğunu desəm, heç kəs e
᾽
tiraz edərək
başqa şeylərin də olduğunu deməyəcək və ya həmin şeylərin nə üçün dəyərli, digər şeylərin isə dəyərli olmamasının
səbəbini soruşmayacaq. Amma məsələ burasındadır ki, biz digər məktəblərin nəzərlərini açıqlayaraq onları həqiqi
mə
᾽
nada tənqid etsək, yə
᾽
ni onları islami me
᾽
yarlarla ölçsək, insan barəsindəki islami dəyərlər və bu dinin həqiqətən
dəyərləndirdiyi insani dəyərlərin nədən ibarət olması barəsində məntiqi və əsaslı söhbət edə bilərik. Belə olan surətdə
hətta onların neçə faiz dəyərə malik olduğunu da hesablaya bilərik. Belə ki, dəyərlərin hamısını yüz hesab etsək islamın
bu barədəki həssaslıqlarını nəzərə alaraq deyə bilərik ki, məsələn filan dəyər insani dəyərlərin əlli faizini, o birisi otuz
faizini, üçüncüsü isə on faizini təşkil edir.
53
Kamilliyə doğru Wap.IXLAS.Az
Dostları ilə paylaş: |
|
|