MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə89/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   85   86   87   88   89   90   91   92   ...   158
Kamil insan

TƏBİƏTDƏN DöNÜKLÜK
Bu günkü söhbətlərimizdə digər bir məsələni açıqlayacağıq və o, budur ki, irfanın məntiqində belə deyilir: «Nə 
istəyirsənsə onu öz qəlbindən tələb et; çünki hər şey sənsən!» Yə

ni irfan batinpərəstlik məktəbidir. Bu məktəbdə 
qəlb dünyadan da böyük hesab edilir. Belə ki, əgər bütün dünyanı bir tərəfə, onların qəlb adlandırdıqları şeyi isə o 
biri tərəfə qoysaq, qəlb bütün dünyadan böyük olar. Onların dedikləri qəlbdən məqsəd hər bir insana üfürülmüş ilahi 
ruhdur. Ariflər dünyanı kiçik insan, qəlbi isə böyük insan adlandırırlar. Bu adlandırmanın səbəbi, onların dünya ilə qəlbi 
bir hesab etmələridir. Yə

ni onların fikrincə, bunlar bir-biri ilə uyğun gələn iki dünyanın iki müxtəlif formalarıdırlar 
və dünya kiçik, qəlb isə böyük aləmdir. Onlar insanın kiçik aləm, dünyanın isə böyük aləm olmasını demirlər, bəlkə 
bizim böyük dünya adlandırdığımız bu dünyanı kiçik aləm, insanı isə böyük aləm adlandırırlar. Deyirlər ki, aləm kiçik 
insandır, böyük insan isə sənin daxilində olan şeydir. Mövlananın bu sözlərinə diqqət edin:
Çist əndərxom ke əndər nəhr nist
Çist əndərxane kəndər şəhr nist.
Küpdə nə var ki, çayda olmasın?! Evdə nə var ki, o, şəhərdə olmasın?!
Ola bilərmi ki, evdə bir şey olsun, amma o, həmin yerləşən şəhərdə olmasın? Xeyr, çünki həmin ev bu şəhərin bir 
hissəsidir. Evdə hər nə varsa şəhərdə olan şeyin bir nümunəsidir. Ola bilərmi ki, küpdə bir şey olsun, amma o, bu küpün 


54
Kamilliyə doğru Wap.IXLAS.Az
doldurulduğu çayda olmasın? Xeyr, çünki küpdə olan şey, çayda olanın bir hissəsidir.
İn cəhan xəmməsto del çun cuyab
İn cəhan xaneəsto del şəhre əcab.
Bu dünya küp, qəlb isə su arxıdır; bu dünya ev, qəlb isə heyrətlər şəhəridir.
Mövlana qəlbin küp, dünyanın isə su arxı olmasını deyil, dünyanın küp, qəlbin isə su arxı olduğunu deyir. Bu qism 
şeylər insanı xarici aləmdən çox uzaqlaşdırır. İnsan ev dalınca gedər, yoxsa şəhər? Mə

lumdur ki, evdə olan hər bir şey 
şəhərdə varsa o, şəhərin dalınca gedər. İnsan küp və ya kiçik bir qabın dalınca gedər, yoxsa arxın? Əlbəttə ki, kiçik qab 
və küpün deyil, arxın dalınca gedər.
İrfan batinpərəstlik, qəlbpərəstlik, batinə diqqət və xaricdən üz döndərməyə əsaslanır və xarici aləmi hətta hədəf və 
məqsədi, yə

ni haqqı əldə etmək vasitəsi kimi də rədd edir. Onlar hər şeyin batindən əldə edilməsinə tə

kid edirlər.

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə