MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan


«Məhəmməd (s) Allahın peyğəmbəridir. Onunla birlikdə olanlar [mö



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə86/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   82   83   84   85   86   87   88   89   ...   158
Kamil insan

«Məhəmməd (s) Allahın peyğəmbəridir. Onunla birlikdə olanlar [mö

minlər] kafirlərə qarşı 
sərt, bir-birinə [öz aralarında] isə mərhəmətlidirlər...»
(Fəth-29).
Bu ayədə əvvəlcə onların cəmiyyət meyilli olmaları açıqlanıb və onların haqq və həqiqət düşmənləri, inadkarlar 
və kafirlərə qarşı sərt və möhkəm olmaları, iman əhlinə qarşı isə mehriban, mərhəmətli və xeyirli olmaları bildirilib: 
«Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən.» 


ni sən cəmiyyət meyilli həmin 
insanları rüku və səcdə halında görərsən; onlar öz Allahından razılıq və lütf diləyərlər; yə

ni özləri üçün dünya və axirət 
istəmirlər və onlar üçün haqqın razılığı hər şeydən üstündür. 
«Onların əlaməti üzlərində olan səcdə nişanəsidir.»
Bəli, bu məktəb tərəfdarlarının ancaq batinpərəst olmaları onların kamil insanlarında olan zəif nöqtələrdən biridir. 
Əlbəttə, irfan məktəbi başçılarının çoxu, islam tə

limlərinin güclü tə

siri altına düşdükləri üçün bu zəif nöqtəni başa 
düşüblər və öz sözlərində buna toxunublar. Amma buna baxmayaraq bə

zi vaxtlarda bu cür ifratlar yaranıb; yə

ni 
batinpərəstlik o həddə çatıb ki, xaricə meyl tamamilə rədd və inkar edilib. İslam bu məsələni təsdiq etmir.
3. NƏFSİ öLDÜRMƏK
Bu məktəbdə, barəsində danışılan məsələlərdən biri də «nəfsi öldürmək»dir. İslam terminləri arasında «nəfsi öldürmək» 
kəlməsi yoxdur. Bir-iki yerdə «nəfsi öldürmək» ifadəsi işlədilib ki, onlardan biri bundan əvvəlki söhbətlərimizdə 
Nəhcül-bəlağədən oxuduğum hissədədir. Bir də «ölməmişdən qabaq nəfsinizi öldürün» ifadəsi vardır. Adətən islami 
ifadələrdə söhbət nəfsin təmizlənməsi və islah edilməsi barəsindədir.
Şairlərin sözlərində nəfsi öldürmək məsələsi çox işlədilib. Əlbəttə biz bu ifadə ilə də müxalif deyilik. Amma məsələ 
burasındadır ki, bizim irfanda nəfsi öldürmək və özünü sındırmaq, yə

ni eqoist və xudpəsənd olmamaq barəsində elə 


51
Kamilliyə doğru Wap.IXLAS.Az
danışılıb ki, bu çox vaxt islamda özünə hörmət (heysiyyət) adlandırılan əsaslı bir məsələnin unudulmasına səbəb olub. 
Bu mətləb daha geniş bəhs edilməsini tələb edir.
Söhbətimin əvvəlində dediyim kimi, irfan şirin olduğu və ariflər ədəbiyyat, nəsr və nəzm dili ilə öz iddialarını 
çox deyib yaydıqları üçün onların kamil insan nəzəriyyələri bizim cəmiyyətin müqəddəratında çox tə

sirlidir. Belə 
ki, biz çox vaxt uca və ali insanın ariflərin dediyi insan olmasını fikirləşirik. Buna görə də ariflərin dediyi uca və ali 
insan barəsində daha çox danışmaq lazımdır. Toxunduğumuz son nöqtəni də onların zəif nöqtələrindən biri olmasına 
işarə etmək xatirinə qeyd etdim. İnşallah gələn söhbətimizdə həmin mətləb və digər məsələlər barəsində geniş söhbət 
edəcəyik.


52
Kamilliyə doğru Wap.IXLAS.Az

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə