MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə94/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   90   91   92   93   94   95   96   97   ...   158
Kamil insan

öZÜNÜ TƏRK ETMƏK
Keçən söhbətlərimizin sonunda bir məsələyə toxundum ki, təsadüfən bu gün də bəhsimizi onunla başa vurmaq 
istəyirəm. Bu bəhsə başlamaq üçün bir sıra müqəddimə və giriş xarakterli şeyləri bəyan etmək lazımdır ki, onlar 
deyilməsə söhbətimizin heç bir faydası olmaz. Onlardan biri də «özünü tərk» məsələsidir.
İrfan məktəbi, qəlbi möhtərəm saymasına baxmayaraq Qur

anda nəfs adı ilə qeyd edilmiş şeyi rəzil bir şey hesab 
edir. Bu məktəbin çağırışının bir hissəsi «özünü tərk», «özündən uzaqlaşmaq», «özünü rədd», «xudbinlik və özünü 
bəyənməyin rədd edilməsi» barəsindədir. Bu mətləb müəyyən qədər düzdür və islam da, bunu təsdiq edir. Biz gələn 
söhbətlərimizdə Allahın köməyi ilə «özünü rədd» barəsində həm irfan, həm də islamın nəzərlərini açıqlayacağıq.
Biz islamda iki «öz» və hətta iki «nəfs» ilə rastlaşırıq. İslam bu «öz»lərdən birini rədd edərək kiçiltməsinə 
baxmayaraq, onların digərini dirildir və bu mətləb çox dəqiq bir məsələdir. Bu məsələ insanın canı xətərdə olan bir dostu 
ilə düşməninin bir-birlərinin yanında dayanmalarına bənzəyir. Belə bir şəraitdə əgər dostumuzu vursaq bütün hədəf və 
məqsədimiz puça çıxar. Məsələn, bir uşaq meyvə yığmaq üçün ağaca çıxır və birdən ağacın başında çox böyük bir ilan 
görünür. İlan sürünərək gəlib uşağın yanında dayanır. Burada çox mahir bir ovçu lazımdır ki, ilanın başını nişan ala 
bilsin və güllə uşağa dəyməsin. Çünki güllə bir az o tərəfə, yaxud bu tərəfə getsə ya boşa çıxacaq, ya da ilana dəymək 
əvəzinə uşağa dəyərək onu öldürəcək. Buna görə də ovçu o qədər dəqiq olmalıdır ki, ancaq ilanı vursun və uşağa heç bir 
ziyan dəyməsin. Dostla düşmənin bir-biri ilə əlbəyaxa olaraq hər birinin digərini öldürmək istəmələri də buna bənzəyir. 
Siz güllə və ya qılınc ilə elə nişanə almalısınız ki, düşmən öldürülsün və dostunuza heç bir ziyan dəyməsin.
İnsanda olan bu iki «öz» də bir-birinə elə birləşib ki, rəzilliyə malik «özü» məhv etmək və bütün insani dəyərlərin 
bağlı olduqları «öz»ə zərər vurmamaq üçün fövqəladə mahirliyə malik ovçu lazımdır.
İslamın e

cazkarlığı budur ki, o, bu iki «özü» dəqiqliklə bir-birindən ayırıb və onlarda səhvə yol verilmir. Bu ayırma 
irfanda bə

zən düzgün olur. Amma bə

zi vaxtlar onların «düşmən öz»ü vurmaq əvəzinə, «dost öz»ü vurduqlarını 
görürük. Yə

ni nəfsin qurban edilməsi əvəzinə özlərini qurban edirlər. Bu, çox dəqiq bir məsələdir və inşallah gələn 
söhbətlərimizdə bunun barəsində bə

zi nöqtələri izah edəcəyik.


58
Kamilliyə doğru Wap.IXLAS.Az

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə