MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan


«Dünya Allah dostlarının məscididir, səcdə yeridir.»



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə93/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   89   90   91   92   93   94   95   96   ...   158
Kamil insan

«Dünya Allah dostlarının məscididir, səcdə yeridir.» 
Abid, məscid olmasa ibadət 
edə bilərmi? «Dünya Allah övliyalarının ticarət yeridir.» Bazar olmasa tacir alver edərək pul qazana bilərmi?
Dünyanı insan üçün zindan, quyu və qəfəs hesab edən və insanın vəzifəsinin özünü həmin quyu, qəfəs və zindandan 
qurtarmaq olduğu bildirən fikir və düşüncə ruh və nəfsin tanınması mövzusunda başqa bir şeyə əsaslanır ki, islam 
həmin məsələni qəbul etmir.
RUHUN DÜNYADA TƏKAMÜLÜ
İslamdan qabaq Yunanıstan və Hindistan kimi ölkələrdə belə bir əqidə olub ki, insanın ruhu əvvəlcə tam və kamil 
surətdə başqa bir aləmdə yaradılıb və sonra onu qəfəsə salınmış quş kimi bu dünyaya gətiriblər. Belə olan surətdə insan 
həmin qəfəsi sındırmalıdır. Amma Qur

an Mu

minun surəsinin ayələrinin birində bu fikri rədd edir. Molla Sədranın bu 
barədə çox maraqlı bir ifadəsi var. O, deyir ki, mən «yaranmanın cismani, əbədiliyin isə ruhi» olmasını həmin ayədən 
kəşf etmişəm. Həmin ayə, insan barəsində danışaraq belə deyir: 
«Biz insanı torpaqdan yaratdıq, o, mərhələ-mərhələ 
keçərək gəlib nütfə oldu; nütfəni laxtalanmış qana çevirdik, sonra laxtalanmış qanı bir parça ət etdik, sonra o bir 
parça əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdük.» 
Ayənin davamında belə buyurur: 
«...və daha sonra 
onu başqa bir məxluq olaraq yaratdıq.» 


ni biz həmin maddə və təbiəti başqa bir şey, yə

ni ruha çevirdik, yə

ni 
ruh həmin təbiətdən doğan bir şeydir. Ruh abstraktdır, amma «maddədən doğulmuş abstrakt» bir varlıq. Deməli, insan 
başqa yerdə kamil şəkildə olmayıb ki, biz onun bu dünyada qəfəsdə yerləşməsini iddia edə bilək. İnsan bu dünyada öz 
anasının qucağındadır. Təbiət insan ruhunun anasıdır və onun təbiətdə yaşaması anasının qoynunda yaşaması deməkdir. 
Buna görə də onun əvvəlcədən təkamülə çatması, sonra burada zindan yaxud quyuda yerləşməsi və quyudan qurtarmaq 
üçün çalışmalı olması fikri səhvdir. O, bu dünyada təkamülə çatmalıdır. Zindan və quyu fikirləri islamın fikri deyildir.
Əlbəttə islam deyir ki, sən həmişəlik olaraq ana qucağında qalmamalısan. Çünki belə olan surətdə «ana uşağı» 
olaraq qalar və meydana gələrək kişi kimi öz ayağın üstündə dura bilməzsən. Əgər təbiət və bu anadan əl çəkərək 
ayağa durub yuxarı qalxmasan, orada qalaraq təbii varlığa çevrilərsən. Rəzillərin rəzili olarsan və iman gətirib yaxşı 
əməllər edənlərdən olmazsan; ən alçaq və rəzil nöqtədə qalarsan. İnsanın ən rəzil nöqtədə, yə

ni təbiətdə qalaraq yuxarı 
qalxmaması, onun üçün başqa dünyada cəhənnəm mislindədir. Allah, körpəni bu təbiətin qoynunda dünyaya gətirib 
ki, o, doğulduqdan sonra anasının qucağından yuxarı qalxsın, məktəbə getsin və mərhələləri keçərək ucalsın. Əgər 
o, həmin yerdə qalsa, orada həmişəlik olaraq qalmalı olacaqdır. Əlbəttə bu misal və bənzətmənin çox naqis olmasına 
baxmayaraq, demək olar ki, həmin şəxs doğrudan da «ana uşağı» olan şəxsə bənzəyir. Ana uşağı 25 yaşına çatanda da 
anasının yanında yatmalıdır, onun yuxulaması üçün anası döşlərini onun üzünə qoymalıdır. Sizcə belə adamdan sabah 
nə çıxar?!
Deməli, insan, islam baxımından əvvəlcədən düzəldilərək müqəddəs aləmdə uçmuş, sonra isə bu qəfəsə salınmış 
və yeganə vəzifəsi bu qəfəsi sındırmaq olan varlıq deyil. İslam bu məsələni qəbul etmir. Bəli, əgər siz ruhlar aləminin 


57
Kamilliyə doğru Wap.IXLAS.Az
cismani aləmdən qabaq olmasını eşitmisinizsə, onun mə

nası ruhların əsl və kökünün qabaq olmasıdır, yə

ni ruh əvvəllər 
kamil şəkildə başqa yerdə olmuş və sonra bu dünyaya gətirilərək qəfəsə salınmış şey deyil, bəlkə burada vücuda 
gətirilmiş, amma başqa bir aləmdən bu dünyaya saçan nur və şüadır. Bu fikir yə

ni «tənsüx» fikri hindistanlılar və 
Əflatuna məxsusdur. Əflatun yunanlılar arasında belə bir fikrə malik olub ki, insanın ruhu bu dünyadan qabaqkı «musul» 
aləmində yaradılıb və sonra bir sıra məsləhətlərə görə bu dünyada zindana salınıb. Buna görə də o, bu zindandan azad 
olaraq getməlidir. Amma islam, təbiətə bu nəzərlə baxmır. Əlbəttə bə

zilərinin çaşqınlığa düçar olmamaları üçün bunu 
da deyim ki, mən bütün ariflərin bu qədər səhv etdiklərini demək istəmirəm. Bəli, böyük ariflər bə

zən heç olmasa öz 
söhbətlərində də olsa bu məsələyə diqqət yetiriblər. Onlar nə cəmiyyət və nə də təbiəti tərk etməyiblər. Həmin ariflər 
Qur

anın xarici və batini nişanələri bir-birinin kənarında zikr etməsini və təbiətin də haqqın camalının ayna və nişanəsi 
olmasını tamamilə başa düşüblər. Məsələn, Şəbüstəri özünün doğrudan da insanlıq barəsində şah əsəri olan çox-çox ali 
və uca şe

rində bu məsələni gözəl şəkildə aydınlaşdırmışdır.
Əgər biz Qur

anı bir tərəfə, irfanı isə digər bir tərəfə qoysaq, yə

ni Qur

anla irfan məktəbinin təbiətə diqqətini bir-
biri ilə müqayisə etsək görərik ki, bu ilahi kitab batinə diqqət və ona müraciət məsələsini heç bir şəkildə inkar etmədən 
təbiətə irfandan çox diqqət yetirib. Buna görə də Qur

anın təsvir etdiyi kamil insan əql və qəlbə meyl göstərməklə 
yanaşı, cəmiyyət və təbiətyönümlüdür. İslam baxımından kamil insanın siması barəsində danışanda imkan olsa bunların 
hər birinin nə qədər dəyərə malik olmalarını deyəcəyəm. Hər halda burada bunu deməklə kifayətlənirəm ki, Qur

anın 
dediyi kamil insan əql, qəlb, təbiət və cəmiyyət meyllidir.

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə