MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə96/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   92   93   94   95   96   97   98   99   ...   158
Kamil insan

EQOİZMİN BİRİNCİ DƏRƏCƏSİ
Eqoizmin dərəcələrindən biri də insanın öz ətrafında fırlanmasıdır. Belə ki, o, yalnız özü üçün işləyir, bütün iş və 
hərəkətləri ancaq özü üçündür. Sübh yerindən durandan axşam yatana kimi olan bütün sə

y və təlaşları təkcə öz həyatı 
üçün, yə

ni öz qarnının doyması, bədəninin örtülməsi və yaşayış yerinin tə

min edilməsi məqsədi daşıyır. Bu formalı 
fəaliyyət bəyənilmir? İnsanın bu dərəcədə özü üçün çalışması əxlaqa zidd və bəyənilməz xüsusiyyətdirmi? İlk növbədə 
qeyd etmək lazımdır ki, bu qism fəaliyyət əxlaq deyil, yə

ni insani dəyər hesab edilmir. Amma eyni zamanda əxlaqa 
zidd xüsusiyyət və xəstəlik də deyildir.
Burada əxlaq və əxlaqa zidd şeylər barəsində bir az izahat vermək istəyirəm. Qur

an insana üç məqam, yə

ni 
heyvandan üstün, heyvanla bərabər və ondan aşağı məqam qaildir. Belə ki, insan bə

zən heyvandan – bəlkə hətta 
mələklərdən – yüksək dəyərə malik olur; bə

zən mənfi və sıfrdan aşağı dəyər, yə

ni heyvandan da aşağı məqamda 
dayanır. İnsanın işləri də üç qismdir:
1. Əxlaq; yə

ni heyvani dərəcədən yüksək işlər.
2. Əxlaqa zidd olan işlər; yə

ni heyvani dərəcədən də aşağı olan işlər.
3. Yuxarıdakı iki qismin heç birinə daxil olmayan işlər. Yə

ni heyvani dərəcədə olan adi işlər ki, nə əxlaqi və nə də 
əxlaqa zidd olan işlər qismindən sayılmırlar.
İndi əgər siz dünyada göyərçin və ya qoyun xislətli adamlarla, yə

ni ancaq öz fikirlərində olan insanlarla rastlaşsanız 
bilin ki, həmin adam heyvan həddindədir. Belə ki, o səhərdən axşamacan qarnını doydurmaq üçün çalışır. Həmin 
insanın bu qism işləri nə əxlaq və nə də əxlaqa zidd deyildir.
EQOİZMİN İKİNCİ DƏRƏCƏSİ


zi vaxtlar isə, «öz» məsələsi insanın öz yaşayışı və həyatı fikrində olması deyil, onun bir növ psixoloji xəstəliyə 
tutulması ilə bağlı olur. Yə

ni onun insani məqamı heyvanlığının xidmətində olur. Bir də görürsünüz ki, o, çox həris 
bir adama çevrilib hər şeyi yalnız özü üçün istəyir, özü də gündəlik ehtiyacı qədərində deyil, külli miqdarda varlanmaq 
məqsədi daşıyır!
Göyərçin öz yemək ehtiyaclarını tə

min etmək üçün dən toplayır və onun bu işi təbii və adi bir işdir. Əgər insan bu 
həddə olmaq istəsə, onun da bu işi adidir, yə

ni adi bir heyvan dərəcəsindədir. Amma insan bə

zən hərislik və tamahkarlığa 


59
Kamilliyə doğru Wap.IXLAS.Az
düçar olur. Belə olan surətdə, söhbət artıq onun gündəlik məişət ehtiyaclarını tə

min etmək üçün çalışmasından getmir. 
Bəlkə o, toplamaq və var-dövlət yığmaq üçün fəaliyyət göstərir. Hər nə qədər mal toplayırsa, yenə də daha çox yığmaq 
istəyir və onun bu işinin son həddi olmur. Bu işin adı «hərislik»dir. Bu xəstəliyə tutulmuş adam bağışlamaq və ehsan 
etmək istəyəndə xəsisliyə düçar olur ki, bunun özü də başqa bir xəstəlikdir. O, bu vəziyyətdə simicliyə, Peyğəmbərin (s) 
dili ilə desək, «paxıllıq və xəsisliyə itaət»ə düçar olub. Belə ki, o, xüsusi bir psixoloji vəziyyətdə olur və ona fikir, əql 
və iradə deyil, həmin psixoloji vəziyyəti hökm edir. Pul onun vücuduna işləyir və o, bu işdə heç bir fikir, əql, məntiq və 
hesab-kitaba əsaslanmır. Çünki belə olmasaydı, əql və məntiqə əsaslansaydı bu dünyanın xərcləmə yeri olmasını başa 
düşərdi, yə

ni xeyir, mənfəət, səadət, məsləhət və xoşbəxtliyin xərclənməkdə olduğunu dərk edərdi. Amma paxıllıq və 
hərislik ona bu işi görmək icazəsi vermir. Hərislik və tamahkarlıq əxlaqa zidd haldır, yə

ni əxlaqdan aşağı səviyyəli bir 
xüsusiyyətdir.

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə