MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan


Dela, dəlaləte xeyrət konəm be rahe necat



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə104/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   100   101   102   103   104   105   106   107   ...   158
Kamil insan

Dela, dəlaləte xeyrət konəm be rahe necat
Məkun be fesqe mobahoto zohd həm məfruş.


ni: Ey qəlb, səni nicat yoluna aparan bir xeyir göstərim. (O budur ki,) nə günah işlərlə fəxr et və nə də zahidliklə 
öyünmə.
Qınaq və danlaq üsulu, nəfslə sufiyanə mübarizə növüdür ki, islam bu üsulu qəbul etmir. Əlbəttə bir daha tə

kid 
edirəm ki, bu üsul bütün sufilər arasında mövcud olmayıb. Xacə Abdullah Ənsari kimi bir çox sufilər arasında şəriət 
qanunlarının qorunması və onlara riayət edilməsi çox güclü olub. Amma hər halda bu məsələlər bə

zi sufilər arasında 
mövcud olub. Xorasan sufiləri arasında qınaq və danlaq üsulu ilə gedənlərin daha çox olduğu bildirilir. Bəli, bütün 
bunlara baxmayaraq islam, nəfslə cihad məsələsində bu üsulu ilə gedilməsinə icazə vermir.
SUFİLİK VƏ HEYSİYYƏT


zən, sufi məktəbində nəfsi ram etmək, alçatmaq və onun əmr verməsinin qarşısını almaq üçün xoşagəlməz rəzil 
işlər görülür. Məsələn, şəxs, öz heysiyyətini qorumaq imkanına malik olduğu yerdə bunun etmir. Bizim, «mö

minin 
izzət və heysiyyəti» adlandırdığımız şey, bə

zi sufi məktəblərində tamamilə mə

nasızdır. Bu məktəblərin çoxunda, 
şeyx, öz müridinin ona xidməti üçün keçirilən mərasimində müridinə çox alçaq və rəzil işlər görmək əmr edir. Məsələn, 
həmin mürid nəfsini öldürmək üçün mütləq bir müddət təzək toplamalı, süpürgəçilik edərək zibil yığmaqla məşğul 
olmalı və bunlardan da aşağı işlər yerinə yetirməlidir. Amma islam bunlara icazə vermir.
Sufi şeyxlərindən olan İbrahim Ədhəm deyir ki, mən ömrümdə heç vaxt, üç yerdə sevindiyim qədər şad olmamışam. 
Onlardan biri, mən məsciddən çölə atılarkən olub. Bir dəfə xəstələnmişdim və xəstəliyin ağırlığından məscidin yerinə 
düşmüşdüm və ayağa dura bilmirdim. Məscidin xidmətçisi gəlib orada yatmış dilənçi və yoxsul adamları oyatdı. Mənə 
çatanda da tə

nə ilə «dur!» deyərək mənə bir neçə təpik vurdu. Mən isə ayağa dura bilmirdim. Hamı o, getdi və mən tək 
qaldım. Xidmətçi gəlib ayağımdan yapışaraq məni leş kimi məsciddən çölə atdı. Mən həmin anda çox sevindim, çünki 
gördüm ki, nəfsim olduqca sınır, xar və zəlil olur.
İkinci hadisə isə bir dəfə camaatla birlikdə gəmiyə mindiyim vaxt baş verib. Həmin gəmidə bir nəfər təlxək də 
var idi. Təlxək gəmidə olanların başlarını qatmaq üçün təlxəklik edir, nağıl danışır və camaatı güldürürdü. Təlxək 
birdən belə dedi: Bəli, bir dəfə filan yerdə kafirlərlə aparılan müharibəyə getmişdim, orada filan-filan işləri gördük. 
Orada murdar bir kafir var idi və mən gedib onun saqqalını tutaraq çəkdim. Təlxək necə deyərlər həmin sujeti camaata 
göstərmək üçün məclisə nəzər saldı və məndən rəzil adam tapmadığı üçün gəlib mənim saqqalımdan yapışaraq çəkdi 
və hamı güldü. Mən burada da, nəfsimin həddindən artıq alçaldığını görüb çox şad oldum.
Üçüncü hadisə isə belə olub: – Bir dəfə qışda bir yerdə idim. Qaldığım yerdən çıxıb günün altına gəldim. Kürkümə 
baxanda, onda çoxlu bit olduğunu gördüm, bilmədim bit çox idi, yoxsa kürkün tükləri?! Bu da mənim çox sevindiyim 
vaxtlardan biri olub.


63
Kamilliyə doğru Wap.IXLAS.Az
Bəli, bunlar nəfslə mübarizə və cihaddır, amma islamın qəbul etmədiyi mübarizə və cihad! Ümumiyyətlə islam, 
insanın alçalması bahasına başa gələn nəfslə mübarizə formasını və təlxəyin camaatın güldürməsini, yə

ni bihudəliklə 
məşğul olmasını qətiyyən qəbul etmir. Təlxəkliyin özü bir pis iş, səni təhqir etməsi isə ikinci bir pis işdir. Nəfslə cihad 
edirəm deyə, təlxək gəlib adamın saqqalından yapışaraq o tərəfə bu tərəfə çəkməli və adam ona təslim olaraq bir söz 
deməməlidir?! Xeyr! İslam deyir ki, mö

min əziz və möhtərəmdir və o, öz şərəf və heysiyyətini qorumalıdır. İslamın 
məntiqinə əsasən, İbrahim Ədhəmə, orada təlxəyin müqabilində dayanaraq «naqqallıq edərək həddini aşma! Rədd ol!» 
demək vacib idi.
Başqa birisi isə belə deyir: – Bir axşam bir nəfər məni evinə iftara də

vət etdi. Onun qapısına gedəndə məni içəri 
buraxmadı. Sonra, bir axşam yenə də məni də

vət etdi, amma qapısına gedəndə yenə içəri buraxmadı. Bu hadisə bir neçə 
dəfə təkrar oldu. Axrıda mənə belə dedi: Doğurdan da mən çox təəccüb edirəm; indiyə kimi səni üç dəfə evimə də

vət 
etmişəm və hamısında da içəri buraxmamışam. Amma səni çağıranda, sən yenə də gəlirsən. Sən nə qəribə adamsan?! 
Həmin şəxs deyir ki, mən onun cavabında belə dedim: İt də belədir, əgər iti on dəfə çağırsan və sonra qovsan, çağıranda 
yenə gələcək.
Amma islam, insana nəfsini bu qədər alçaltmaq və təhqir etmək icazəsi vermir. Nə üçün? Bəli, məsələnin sirri elə 
buradadır.
Biz islam maarifini seyr və ya mütaliə edəndə bə

zən elə bir yerə çatırıq ki, nəfsdən söz düşəndə onunla mübarizə 
aparılması və öldürülməsinin zəruriliyi və pis işlərə əmr edən nəfsin filan cür olmasını görürük. Digər tərəfdən isə həmin 
qədər, bəlkə ondan da çox nəfsin izzəti, heysiyyət, onun möhtərəm və əziz olmasından söhbət edilməsi ilə rastlaşırıq. 


minin nəfsinin hörmətli və uca olmasından söz açılır. Hətta islam əxlaqının hamısı, insanın diqqətini onun nəfsinin 
əziz və şərəfli olmasına cəlb etməyə əsaslanır. Əxlaq elmində deyilir: öz nəfsinin şərəfini ləkələmə! Burada ortaya 
belə bir sual çıxır: – İslamın bir tərəfdən «nəfslə mübarizə apar» deməsi, digər bir tərəfdən isə «nəfsinin şərəfini 
ləkələməmək» göstərişi verməsi nə mə

na daşıyır? Məgər insanda biri ilə mübarizə aparılmalı, digəri isə möhtərəm 
sayılmalı olan iki nəfs vardırmı?
Sualın cavabı budur ki, iki şəxsin olması mə

nasını verən iki nəfs mövcud deyil, nəfs birdir, amma həmin bir nəfsin 
həm ali və uca və həm də rəzil və aşağı dərəcələri vardır. Nəfs özünün ali dərəcəsində şərəflidir, amma rəzil dərəcəsində 
ayağını yorğanından artıq uzadaraq həddini aşanda, onun alçaq olmasını demək əvəzinə əmrlərinin qarşısını almalıyıq. 
Ariflərin dilində bu məsələyə lazımı diqqət yetirilməyib və buna görə də onlar nəfslə cihad və mübarizədən danışanda 
təkcə pis işlərə əmr edən nəfs deyil, şərəfli nəfslə də mübarizə və cihad edilməsini vurğulayıblar. Belə ki, onlar belə 
bir şeyin olmasına az diqqət yetiriblər. Mən yenə də «az diqqət yetiriblər» deyirəm ki, siz onların qətiyyən diqqət 
yetirmədiklərini düşünməyəsiniz.

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə