MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə106/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   102   103   104   105   106   107   108   109   ...   158
Kamil insan

Ey ke dər peykar xodra baxte
Digərənra to zexod nəşnaxte


ni: Ey döyüşdə «öz»ünü uduzan! Sən...
Mövlananın, «ey özünü uduzan şəxs» deməkdən məqsədi «mən»liyi unutmaqdır. Bu da Qur

anın ifadələrindəndir. 
Qur

an buyurur: 
«Əsl ziyan çəkənlər qiyamət günü özlərini və ailələrini ziyana uğradarlar.» 


ni ən böyük 
məğlubiyyət və uduzmaq insanın özünü uduzmasıdır.
Mövlana davamında belə deyir:
Ey ke dər peykar xodra baxte
Digərənra to zexod nəşnaxte
To be hər surət ke ayi biysti
Ke mənəm in, vəllah an to niysti.
Sonra dəlil gətirərək belə deyir:
Yek zəman tənha bemani to ze xəlq
Dər ğəmo əndişe mani ta be həlq.


ni: Əgər sən bir az camaatdan uzaq qalsan hülquma kimi qəm-qüssədə batarsan.
O, burada belə bir sual irəli sürür ki, sən məcburi şəkildə xəlvət və təklikdə qalmalı olduqda və yaxud öz xoşunla 
camaatdan ayrılaraq tək qalanda qorxuya düşərsən, ya yox? Kim on gün bir yerdə tək qalanda darıxaraq sıxıntı keçirmir? 
Tək adamlıq kamerada saxlanılmaq ən çətin həbslərdəndir, niyə? Çünki insan orada tək qalır. Mövlana deyir ki, sən 
əgər özünü taparaq dərk etsəydin belə vəziyyətə düşməzdin.
İn to ki başi ke to an ohədi
Ke xoşo zibavo sərməste xodi
Əgər sən özünü tapsaydın, təklikdə özünlə birlikdə olanda heç nəyə möhtac olmazdın. Təklikdən qorxmağının səbəbi 
budur ki, sən özünlə də deyilsən, özünü də itirmisən və uduzmusan!
Buna görə də həqiqəti Allaha diqqət yetirməkdən ibarət olan ibadət insanın həqiqi mə

nada özünü tapmasıdır. İnsan, 
həqiqi «öz»ünü ibadətdə və diqqətini haqqın zatına cəmləşdirdikdə tapır.
Bəli, ariflər bu məsələni belə dəqiqliklə kəşf və dərk ediblər. Amma biz eyni zamanda görürük ki, onlar, nəfslə cihad 
məsələsində onun ali məqamının izzət və şərəfinə, ləkələnməməsinə və ümumiyyətlə insanın onun vasitəsilə yüksək 
məqamlara çatmasına çox az diqqət yetiriblər. Onların bu məsələyə diqqət yetirmələri o qədər azdır ki, biz onu yox 
dərəcəsində olmasını deməliyik. Əgər biz, onu islami mətnlərdə olan göstərişlərlə müqayisə etsək, görərik ki, ariflər 
hər şeyi islamın hökmlərindən götürmələrinə baxmayaraq, bu məsələdə ondan az ilham alıblar. Bəlkə də bunun səbəbi 
onların bu məsələnin incəliyini az dərk etmələridir.

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə