|
MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insanKamil insanMəra ar ayəd əz in zendəgi
Ke salar başəm konəm bəndəgi.
Yə
᾽
ni: Cismimin ölməsi və dostlarımın ağlamaları mənə diri olub düşmənlərin gülməsini görməkdən yaxşıdır. Mənə
ağa ola-ola qul kimi yaşamaq ar gəlir.
İmam Hüseyn (ə) belə buyurur:
«İzzət və heysiyyətlə ölmək, zillət və xar yaşamaqdan daha yaxşıdır.»
O həzrət
«nəfslə cihad, bizdən Yezid və İbni Ziyadın hökmlərinə tabe olmaq tələb edir, çünki belə olan surətdə biz öz nəfsimizlə
daha çox mübarizə aparmış oluruq» sözlərini demir. İmam Hüseyn (ə) belə buyurur: Ziyadın oğlu – şərəfsiz oğlu
şərəfsiz – məndən iki şeydən birini seçməyimi istəyib. Zillət bizdən çox uzaqdır. Bunu Allah, peyğəmbər və mö
᾽
minlər
bizə icazə vermirlər...»
Bəli, imam Hüseyn (ə) zillətə tabe olmağı özündən rədd edərək buyurur ki, biz hara zillət hara?! Mənim zillətə tabe
olmağıma və xarlığıma Allah razı deyil. İmamın bu sözdən məqsədi budur ki, mənim xar olmağa razı olmamağım şəxsi
hisslərimə qapılmağımdan yaranmayıb. Mənim məktəbim, Allahım, peyğəmbərim və aldığım tərbiyə, mənə bu icazəni
vermir. Mən Əli (ə) və Fatimə (s)-in qucağında böyümüşəm. Mən Zəhranın südü ilə böyümüşəm və o süd mənə bu
icazəni vermir. Yə
᾽
ni, sanki anam burdadır və mənə belə deyir: Hüseyn! Sən mənim südümü əmmisən. Mənim südümlə
böyümüş bir kimsə zillətə boyun əyməz!
İmam Hüseyn (ə) «gedək İbni Ziyada tabe olaq, qoy nə istəyir eləsin, bizi təhqir edərək söyməkdən başqa bir iş
görməyəcək ki? Onsuz da o, bu işlərdən nə qədər çox etsə, biz nəfsimizlə o qədər çox cihad etmiş oluruq!» sözlərini
demədi. Qətiyyən, belə şey ola bilməz. O, «mən heç vaxt sizə zillət əli uzatmayacağam və heç vaxt qul kimi qabağınızda
qalmayacağam» və ya başqa nəqlə əsasən «qullar kimi sizin haqq olmanızı e
᾽
tiraf edib dilimə gətirməyəcəm və zillətə
boyun əyməyəcəyəm» sözlərini buyurub.
Qur
᾽
an ayələrindən, Peyğəmbər (s) və mə
᾽
sum imamlardan, xüsusilə imam Hüseyn (ə)-dan nəql edilmiş hədislərdə
belə ifadələr həddindən artıq çoxdur.
Dostları ilə paylaş: |
|
|