MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə110/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   106   107   108   109   110   111   112   113   ...   158
Kamil insan

Əlmovtu xəyrun min rukubil ari
Vəl

aru ovla minduxulin-nari.


ni: ölüm, arla yaşamaqdan və ar da oda daxil olmaqdan daha yaxşıdır.
Bu üstündür, yoxsa o həzrətin Aşura günü dediyi başqa bir cümlə ki, buyurub: 
«Ziyadın oğlu – bu şərəfsiz oğlu 
şərəfsiz
– məndən iki şeydən birini, qılınc və ya zilləti seçməyi istəyib; zillət bizdən çox uzaqdır...»
Həmin cümlə 
üstündür, yoxsa başqa bir xütbəsində dediyi bu cümlə? 
«Kim bizim yolumuzda qan və canından keçmək və özünü 
Allah görüşünə çatdırmaq istəyirsə bizimlə birlikdə səfərə çıxsın, mən inşaallah səhər hərəkət edəcəyəm!»
Biz ki, şüar yoxsulu deyilik! Əgər biz bu cür şüarlara möhtac olsaydıq və özümüzün qəhrəmanlıq şüarlarımız 
olmasaydı, hansısa cümlənin imam Hüseyn (ə)-dan olmasını eşidəndə deyərdik ki, onsuz da bizim özümüzün bir 
şeyimiz yoxdur, gəlin bu cümləni götürüb imam Hüseyn (ə)-a nisbət verək. Amma xoşbəxtlikdən məsələ belə deyildir. 
İmam Hüseyn (ə)-ın özündən, atasından, anasından, qardaşları və övladlarından nəql edilmiş o qədər şüarlarımız vardır 
ki, dünya gəlib belə şeyləri bizdən borc almalıdır. Biz nə üçün gedib başqalarını götürməliyik? Buna görə də gənc 
nəslin bu barədə təəssübkeşlik etməsi yaramaz.
Mən yenə də deyirəm, əgər kimsə bu cümləni kitablarda tapıb mənə gətirsə, mən gəlib bu minbərdə səhv etdiyimi 
e

tiraf edəcəyəm. Mən doxsan doqquz faiz bilirəm ki, tapılmayacaq, yüz faiz demirəm, çünki iddia etmək istəmirəm. 
Biz bir söz danışarkən dəlil və sübuta əsaslanaraq danışmalıyıq, sənədsiz heç bir şeyi dilimizə gətirməməliyik. Bu 
barədə də söz çoxdur, amma vaxt keçdiyi üçün söhbətimi burada da sona çatdırmaq məcburiyyətindəyəm.
Bu da bizim sufi ədəbiyyatımızda nəfslə cihad məsəlsində, nəfsin izzət və şərəfinin tapdalanmasının islam me

yarları 
ilə tənqidi idi. Göründüyü kimi, həmin məsələləri islam me

yarları ilə ölçdükdə, həmin hissənin islah edilərək 
düzəldilməsinin zəruriliyi duyulur.


67
Kamilliyə doğru Wap.IXLAS.Az

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə