MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan


«Mənə bir hərf öyrədən kimsə, məni özünə qul edib.»



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə113/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   109   110   111   112   113   114   115   116   ...   158
Kamil insan

«Mənə bir hərf öyrədən kimsə, məni özünə qul edib.» 
Qur

anın, elmin məqam 
və müqəddəsliyini nə qədər ucaltdığına diqqət edin. Bu müqəddəs ilahi kitab həzrət Adəm (ə)-ın yaradılışı, ilahi adların 
ona öyrədilməsi və mələklərin ona səcdəsindən söz açan hekayətdə buyurur ki, ey mənim mələklərim, Adəmə səcdə 
edin, çünki o, sizin bilmədiyiniz şeyləri bilir.
Biken yeni nəzəriyyə irəli sürərkən belə deyib: «İnsanın, «həqiqətin kəşfi müqəddəsdir» deyib onu kəşf etmək üçün 
elm dalınca getməsi boş bir şeydir. Bəli, elm insan həyatının xidmətində olmalıdır, insanın həyati işlərinə yarayan, onu 
təbiətə hakim edən və insana qüdrət verən elm çox yaxşıdır.» Buna görə də elm, özünün asimani mahiyyətini əldən 
verərək maddi şəkil aldı, yə

ni elm və tədqiqatın hərəkət yolu dəyişdi və o, insanın təbiətə daha çox hakim olması, daha 
yaxşı yaşaması, başaq sözlə desək, onun rifahına daha yaxşı və münasib şərait yaratmaq üçün təbiətin sirlərini kəşf 
etmək yoluna qədəm qoydu.
Əlbəttə, bu nəzəriyyə bir tərəfdən bəşəriyyətə çox böyük xidmət edib. Çünki elm insanın təbiətə hökmranlığı və 
ondan daha çox bəhrələnməsi üçün təbiəti kəşf etmək yoluna düşdü və həmin nəzəriyyə bu baxımdan yaxşıdır. Amma 
bununla birlikdə, elm, malik olduğu müqəddəslik, ucalıq və paklığını itirdi. İndi diqqət etsəniz, görərsiniz ki, elm 
qədim me

yarla dini mədrəsələrdə oxuyan tələbələr üçün həmin dəyərə malikdir. Belə ki, onlar indi də elmə məsələn, 
«Adabul-mütəəllimin» və ya «Munyətul-murid» kitablarının bəyan etdikləri gözlə baxırlar. Bu kitablar elmin fəzilət 
və üstünlüyünə tə

kid edən hədislərlə doludur. Buna görə də elm onlar üçün xüsusi müqəddəslik və paklığa malikdir. 
Məsələn, dini mədrəsələrdə dərs oxumaq istəyəndə dəstəmaz alaraq, elm öyrənməyə təharət və paklıqla gedirik. Həmin 
mədrəsələrdə təhsil alan tələbə üçün ustad və müəllim özünəməxsus hörmət, müqəddəslik və ucalığa malikdir. Tələbə 
doğrudan da səmimi qəlbdən ustad və müəlliminə ehtiram göstərir. Mal və sərvət üçün elm fikrinə düşəndə öz-özlüyündə 
bu hədəfindən xəcalət çəkir. Həmçinin müəllim pul xatirinə dərs verməyi elmin məqamının alçalması hesab edir.
Amma Bikenin nəzəriyyəsinin davamı olan müasir təhsil sistemində elm öyrənmək və öyrətmək məsələsi öz 
müqəddəsliyini tamamilə itirib. Təhsil almaqla məşğul olan tələbə üçün onun bu elm öyrənməsi gələcək həyat hazırlığı 
xarakteri daşıyır. Bu nəzəriyyəyə əsasən, sabah həkim və ya mühəndis olaraq yaxşı yaşamaq üçün orta məktəb və 
universitetdə təhlsil alan şəxslə, bazarda tacir, ətir satan və ya digər dükançı yanında şagirdlik edən adam arasında heç 
bir fərq yoxdur. Çünki onların hər ikisi pul dalınca qaçırlar. Həmin şəxs müəllimi barəsində də belə fikirləşir ki, o, ayda 
filan qədər pul alır və aldığı maaş müqabilində burada bu sözləri danışmalıdır. Hətta bə

zən görürsən ki, şagird vicdan 
əzabı çəkmədən və utanmadan müəlliminin dalınca təhqiramiz sözlər danışır və bunu elə də qəbahətli bir iş saymır.
Biken deyib ki, elm qüdrət üçün və qüdrətin xidmətində olmalıdır. Bilik başqa şey üçün deyil, qüdrət və bacarıq 
üçün qazanılmalıdır. Bu nəzəriyyə əvvəlcə öz pis tə

sirlərini göstərmədi. Amma bəşəriyyət tədricən elmdən yalnız 
bacarıq və qüdrət kimi istifadə etdiyi üçün iş o yerə çatdı ki, hər şey qüdrət və gücün xidmətində oldu.
İndi, dünyanın çarxı, elmin tam şəkildə qüdrətlərin xidmətində olması əsasında fırlanır. Elm dünyada heç vaxt bu 
günkü qədər əsir olmamış, güc və qüdrətlərə bu qədər xidmət etməmişdir. Bu gün dünyanın birinci dərəcəli alimləri, 
dünyanın ən əsir və məhbus şəxsləridirlər. Ən savadlı alimlərdən biri məsələn, Eynşteyndir, amma onun elmi kimin 
xidmətindədir? Ruzveltin xidmətində! Eynşteyn Ruzveltin nökəridir və o, başqa cür ola da bilməz. İstər imperializm, 
istərsə də sosializm düşərgələrində məsələ bu cürdür. Bəli, onların arasında fərq yoxdur və elm dünyanın hər yerində 
belədir. İndi dünyanı elm deyil, qüdrət idarə edir. «Dünyamız elm dünyasıdır» cümləsinə düzəliş verməklə, onun 
əvəzinə «Dünyamız elm deyil, qüdrət dünyasıdır» demək lazımdır, yə

ni elm mövcuddur, amma azad deyil, qüdrət, güc 
və zor xidmətində olan elmdir! Elm bu gün azad deyil, əsirdir. Buna görə də dünyada edilən hər bir ixtira və kəşfdən 
qüdrət və güc yolunda istifadə etmək və ondan insanları öldürmək üçün qorxunc və təhlükəli silahlar düzəltmək imkanı 
olanda o, ilk növbədə həmin yerdə istifadə edilir. Həmin ixtira həmin yolda tam istifadə edildikdən sonra bəşəriyyətin 
digər işlərinə sərf edilir, yə

ni əvvəl gücə xidmət edilir, sonra bəşəriyyətə! Birdən həmin ixtira gücə xidmət etmək üçün 
heç cür yararlı olmayanda bəşəriyyətə xidmət üçün göndərilir. Bə

zən lazım olan vaxta kimi həmin ixtira və kəşfi üzə 


69
Kamilliyə doğru Wap.IXLAS.Az
çıxarmırlar, güc və qüdrətin ona ehtiyacı olduğu üçün, həmin sirri uzun müddət qoruyurlar.
Bikenin getdiyi yol istər-istəməz Makyavelin, xüsusilə Niçenin dediklərində sona çatır.

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə