MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan


NİÇENİN NƏZƏRİYYƏLƏRİNDƏN BƏ᾽Zİ NÜMUNƏLƏR



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə115/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   111   112   113   114   115   116   117   118   ...   158
Kamil insan

NİÇENİN NƏZƏRİYYƏLƏRİNDƏN BƏ᾽Zİ NÜMUNƏLƏR
İndi məsələnin nə ilə nəticələndiyini göstərmək üçün onun fəlsəfə tarixi kitablarında çox nəql edilmiş sözlərindən 


zilərini oxumaq istəyirəm. Bu barədə oxuduğumuz kitablar arasında Niçenin sözlərini hamıdan yaxşı Füruği nəql 
edib. Buna görə də onun sözlərini Füruğinin « Avropada fəlsəfənin inkişafı» kitabını 3-cü cildindən oxuyuram. O, 
yazır:
«Dünyanın bütün alimləri xudpəsəndliyi pisləyib, başqalarına acıma və mehribançılığı bəyənilən xislət hesab 
ediblər. Amma Niçe bütün alimlərin əksinə olaraq, xudpəsəndiliyi haqq və bəyənilən bir xüsusiyyət, mehribançılığı isə 
ruhun zəiflik və nöqsanı hesab edir.»
Biz gərək bu məsələ barəsində söhbət edək və mehribançılığın doğrudan da ruhun zəifliyi olub-olmamasını araşdıraq. 
Bu mühüm məsələlərdəndir.
«Niçe, Darvinin nəzəriyyəsinin həyat uğrunda cəhd göstərilməsi məsələsini qəbul edərək, onu mübarizə mə

nasında 
götürüb və başqalarının Darvin nəzəriyyəsinin mənfi nəticəsi adlandırdıqları şeyin, düzgün olmasını güman edərək 
«insanlar qələbə qazanmaq üçün bir-birləri ilə çəkişmədə olaraq qüdrət əldə etməlidir»lər qənaətinə gəlib. İnsanlıq 
aləminin bütün xeyirxahları əksəriyyət və kütlənin vəziyyətinin nəzərə alınmasını vacib sayaraq dünya işlərini kütlənin 
vəziyyətinə uyğun olaraq tənzimləyiblər. Amma Niçe əksəriyyəti xar və zəlil sayaraq yalnız azlığı, yə

ni xüsusi bir qrupu 
haqqa malik hesab ediblər. Onun fikrinin əsası budur ki, şəxs daha çox qüdrətə malik olmalıdır və bacardıqca onun 


70
Kamilliyə doğru Wap.IXLAS.Az
həyatı hiddətli və xoş keçməlidir. «Mən»liyin mə

nası nəfsin çiçəklənərək daha güclü olmasıdır və insan öz nəfsinin 
istək və arzularından daha çox bəhrələnməlidir.»
İndiyə kimi hamı deyirdi ki, bu işlərin görülməsi əxlaqa ziddir, amma o, «nəfsani istəklərinizə uyğun olaraq əməl 
edin və əxlaq də məhz budur» deyir. Niçe deyir ki, ümumiyyətlə yaxşı işlər elə bunlardır.
«Bə

ziləri deyirlər ki, dünyaya gəlməməyimiz daha yaxşı olardı, bəlkə də məsələ onlar dedikləri kimidir, mən 
bilmirəm. Amma bunu da bilirəm ki, pis ya yaxşı bu dünyaya gəlmişik və ondan bəhrələnməliyik, bu bəhrələnərək ləzzət 
almaq hər nə qədər çox olsa o qədər yaxşıdır.»
O, deyir ki, mənim hədəf və məqsədim dünyadan bacardıqca çox və yaxşı bəhrələnməyim olmalıdır. Mənə, bu 
hədəfimə çatmaqda kömək edən hər bir şey yaxşı və əxlaqa uyğundur. Bu, Müaviyənin malik olduğu və həmişə 
təkrarladığı fikirdir: «Biz dünya ne

mətləri içərisində batdıq və ağnadıq.»
Niçe deyir:
«Mənim bu hədəfim üçün əlverişli olan hər bir şey, hətta daş ürəklilik, rəhimsizlilik, hiylə, yalan, müharibə və dava 
çox yaxşı işdir və həmin bu hədəfimə zidd olan hər bir şey – düzlük, mehribanlıq, fəzilət və pərhizkarlıq olmasına 
baxmayaraq pisdir. Xalq, qəbilə və millətlərin hüquqi baxımdan bərabər olmaları fikri də boş sözdür, bu fikir və inam 
insan cəmiyyətinin inkişafına ziddir.»
Niçe deyir ki, bütün insanların hüquq bərabərliyinə malik olmaları fikri səhv bir fikirdir, çünki həmin fikir zəiflərin 
güclülər səviyyəsində saxlanılmalarına və yazıq güclülərin də irəliləyə bilməmələrinə səbəb olur. Qoy zəiflər əzilsinlər 
və güclülər üçün yer açılsın, güclülər üçün meydan açılanda «üstün insan» yaranır.
«İnsanlar iki dəstəyə bölünməlidirlər: Onlardan biri qüvvətli və sərvətlilər, digəri isə asılılar və qullar olmalıdırlar. 
Əsalət və şərəf güclülərə aiddir və varlığın hədəfi onlardır. Əlaltılar isə onların istəklərinin həyata keçirilməsi üçün alət 
və vasitədirlər... Cəmiyyət və mədəniyyət bə

zilərinin güman etdikləri kimi güclülərin əlaltıları qorumaları üçün deyil, 
həmin şərəfli təbəqə və sinfin işlərinin irəliləməsi üçündür.»
Bəli, Niçe deyir ki, cəmiyyət və kütlə yalnız güclülərin var-dövlətə çatmaları üçündür və zəiflər güclülərə yük daşımalı 
olan heyvan kimidirlər. Onun fikrincə Sə

dininin aşağıdakı şe

ri düz deyil, çünki əslində qoyun çoban üçündür.


di deyir:

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə