MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə118/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   114   115   116   117   118   119   120   121   ...   158
Kamil insan

döyüşənləri sevər!» 
Digər bir yerdə isə buyurur:
 «Məhmmməd (s) Allahın peyğəmbəridir. Onunla birlikdə olanlar 
[mö

minlər] kafirlərə qarşı sərt, bir-birinə [öz aralarında] isə mərhəmətlidirlər...» (Fəth-29). 
Qur

anda buna bənzər 
ayələr çoxdur.
Şücaət islamda mədh edilmiş həqiqətlərdəndir. İslamda izzət, yə

ni möhkəm və mətin məqama malik olmaq və heç 
kəsin insanı xar edərək alçalda bilməməsi səviyyəsində gücə malik olmaq da bəyənilən işlərdəndir. Qur

anın düşmənlə 
üzləşmək barəsindəki sözlərinə diqqət edin və görün ki, bu ilahi kitab bununla bağlı nə buyurur: 
«[Ey mö

minlər!] 
Allahın düşmənini və öz düşmənlərinizi, onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi düşmənləri 
[münafiqləri] qorxutmaq üçün kafirlərə qarşı bacardığınız qədər qüvvə və [cihad üçün bəslənilən] döyüş atları 
tədarük edin...» (Ənfal-60). 
Digər bir ayədə isə belə buyurur:
 «[Ey mö

minlər!] Sizinlə vuruşanlarla siz də Allah 
yolunda vuruşun, lakin həddən kənara çıxmayın. Allah həddi aşanları sevməz!»
(Bəqərə-190).
Gördüyünüz kimi ayədə həddi aşmaq qadağan edilib. Bu o deməkdir ki, düşmənlə döyüşəndə də haqq-ədaləti unutmaq 
olmaz. Alimlər bu ayənin təfsirində deyiblər ki, düşmənlə döyüşəndə vuruşunuzu, düşmən döyüşü davam etdirənə kimi 
davam etdirin. Əgər düşmən «təslim oldum» deyərək silahını yerə qoysa siz silah işlətməyin, çünki bundan sonra silah 
işlətmək həddi aşmaq və təcavüzdür. Qocaları, qadın və uşaqları öldürməyin, onlara toxunmayın, döyüş meydanından 
kənara çıxmış adamla işiniz olmasın, yalnız sizinlə döyüşən adamla, var gücünüzlə vuruşun. Bunlar Qur

ani-kərimdə 
olan bir sıra hökmlərdir və bu ilahi kitabda buna bənzər digər ayələr də vardır.

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə