MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə102/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   98   99   100   101   102   103   104   105   ...   158
Kamil insan

«Afərin! Kiçik 
cihaddan qayıdan, amma boyunlarında böyük cihad etmək vəzifəsi qalmış insanlara eşq olsun!» 
Onlar deyirlər: «Ey 
Allahın peyğəmbəri, böyük cihad nədir? Peyğəmbər (s) buyurur: 
«Nəfslə cihad!» 
Bəli, pis işlərə əmr edən nəfslə cihad 
etmək başqa insanla döyüşməkdən daha böyük və çətindir. Deməli, nəfslə cihad məsələsini islam da qəbul edir və irfan 
məktəbinin bura kimi olan mətləbləri onunla uyğundur.
Amma biz, irfan və sufilik adlandırdığımız bu məktəbdə nəfslə cihad, eqoistlik və xudbinliklə mübarizə və «öz»ü 
cəzalandırmaq mərhələsindəki mətləblərdə bə

zən islamın təsdiq etmədiyi məsələlərlə də rastlaşırıq. Əlbəttə bu, istisna 
hallara şamil olur və mən bu məktəbin böyük şəxsiyyətlərinin belə səhv etdiklərini demək istəmirəm. Amma hər halda 
bu məktəb əhlinin sözlərində bu cür səhvlər çoxdur.
Mərhələlərdən biri də, çətin və məşəqqətli ruhi məşğələlərdir (riyazət). Onlar bu mərhələyə çatanda, islam onların 
müqabilində dayanaraq bədənin insanın boynunda haqqa malik olduğunu bildirir. Peyğəmbərin (s) səhabələrindən 


ziləri bu cür məşəqqətli riyazətlərlə məşğul olmaq istəyirdilər. Amma, o həzrət həmin şəxslərlə kəskin şəkildə 
mübarizə aparırdı. Bütün bunlara baxmayaraq, bə

zən belə şəxslərin islamın icazə vermədiyi dərəcədə çətin riyazətlərlə 
məşğul olduqlarına rast gəlinir. Bu çox da mühüm olmayan əngəllərdən biridir.
Nəfslə mübarizə və cihad iki cürdür. Bə

zən nəfslə aparılan bu mübarizə riyazət çəkmək formasında olur. Belə 
ki, onlar çox az yemək və yuxularını həddindən artıq azaltmaqla bədənlərinə əziyyət verirlər. İnsanın bədəni elə bir 
xüsusiyyətə malikdir ki, şəxs onu necə formalaşdırırsa, o da həmin şəraitə alışaraq onu qəbul edir. İnsan çoxlu təkrar və 
vərdiş nəticəsində, doğrudan da gün ərzində bir neçə badam ləpəsi ilə keçinmək və on beş dəqiqə yuxu ilə kifayətlənmək 
həddinə çata bilər. Yə

ni bədənini məşəqqətli vəziyyətdə saxlaya bilər. Əlbəttə bu iş daha çox hindililər arasında geniş 
hal alıb və islam bu işin yayılmasına icazə vermədiyi üçün müsəlmanlar arasında belə işlərə az təsadüf edilir.
Amma nəfslə cihadın digər bir növü bədənlə deyil, nəfs və ruhun özü ilə mübarizədir. Yə

ni nəfsin meyl və istəklərinin 
əksinə əməl etməkdir. Bu da müəyyən qədər düz bir işdir. Amma burada da bə

zən elə şeylərə rast gəlinir ki, onlar islam 
məntiqinə uyğun deyildir və bu din kamil insanı bu şəkildə təsvir etməmişdir. İndi bunları bir-bir açıqlayacağıq.


62
Kamilliyə doğru Wap.IXLAS.Az

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə