MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə100/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   96   97   98   99   100   101   102   103   ...   158
Kamil insan

Hershaye rəfte əndər kətme ğeyb
Taxtən avordo sər bərzəd zecib
Mube muye hər səgi dəndan şode
Əz bəraye hiyle dom conban şode.


ni: Qeyb xəlvətində batmış hərisliklər basqın edərək gizləndiyi yerdən başını çıxardar, itlərin hər bir tükü dişə 
çevrilər, hiylə üçün quyruğunu oynadar.
Şe

rin bura kimi olan hissəsi misal idi. Bunun ardınca isə belə deyir:
Səd çenin səg əndərin tən xofteənd
Çun şekari nistşan benhofteənd.


ni: Sənin bədənində yüzlərlə belə it yatıb, onlar ov olmadığı üçün gizləniblər.
Mövlana bu misrada necə də böyük bir həqiqətə, dəqiq və incə nöqtəyə toxunub!


61
Kamilliyə doğru Wap.IXLAS.Az
QUR᾽AN VƏ HƏDİSDƏ NƏFSLƏ CİHAD
Bura kimi deyilən məsələlər yüz faiz düz, dərin və dəqiqdir, Qur

an və hədislərdən olan çoxlu nümunələr bunları 
təsdiq edir. Mən bu mətləbin təsdiqi barəsində olan Qur

an ayələri və hədis nümunələrini bir-bir misal çəksəm, 
söhbətimiz çox vaxt aparar. Amma qısa olaraq bunu demək istəyirəm ki, insanın, adi hal olan yalnız özünü düşünməsi 
və başqalarının fikrində olmaması kimi ibtidai və heyvani «öz»ündən əlavə, hərislik və tamahkarlıq kimi hisslərə malik 
olmasında da heç bir şəkk-şübhə yoxdur və bu çox təəccüblü bir xəstəlikdir. İnsan, digər gizli xəstəlik və ruhi düyünlərə 
də düçar olur. Bunların hamısı öz yerində düzgün mətləblərdir, amma onların nəticəsi nədir? Nəticə budur ki, nəfs 
tamahkarlıq, hərislik, batində yatmış itlər formasında olan meyllər və əfi ilan şəklinə düşdükdə aradan aparılmalıdır 
və nəfslə cihad edilməlidir. Yə

ni Qur

anın «pisliklərə əmr edən nəfs» adlandırdığı hisslə mübarizə aparılmalıdır. Bir 
tikə çörək yemək istəyən nəfs, birinci mərhələdə pis işlər görülməsinə fərman vermir. Bu meyl, təbii və bəyənilən bir 
məsələdir. Amma təbii olan bu hiss hərislik, tamahkarlıq, paxıllıq, həsəd, kin, qəzəb və bu kimi şəkillərə düşdükdə 
«pis işlərə əmr edən» olur. Qur

an da pis əməllərə əmr edən nəfslə mübarizə aparılmasının zəruriliyini bildirib. 

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə