|
MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insanKamil insanEQOİSTLİYİN ÜÇÜNCÜ DƏRƏCƏSİ
İnsanın başqa halları da vardır. İnsan nəfsinin xəstəliyi onun yalnız hərislik və tamahkarlığa düçar olması deyil. O,
bə
᾽
zən elə dolaşıq xəstəliklərə tutulur ki, cismi xəstəliklərdən qat-qat çətin və dolaşıq olur. Həmin xəstəliklər heç bir
məntiq və ağıla sığmır, yalnız həmin xəstənin ruhu ilə uyğun gəlir. Bu gün bu qism xəstəliklər «psixoloji düyünlər»
adlandırılır ki, onlardan biri də həsəddir.
İnsanda olan həsəd hissi məntiqə zidd bir haldır. Bu nə deməkdir? Bunun mə
᾽
nası odur ki, insanda elə bir vəziyyət
yaranır ki, o, öz xoşbəxtliyini unudaraq yalnız başqalarının bədbəxtliyini fikirləşir. O, öz xoşbəxtliyini arzulamır, öz
səadətini istəyəndə də başqasının on qat bədbəxtliyini arzulayır. Bu hansı məntiqə sığır?! Heç bir heyvanda belə bir hiss
yoxdur və heç bir heyvan digər heyvanın bədbəxtliyini arzulamır. Heyvan yalnız öz qarnını fikirləşir. Amma insanda
dediyimiz hisslər yaranır. İnsanda bə
᾽
zən təkəbbür hissi və bə
᾽
zən də digər psixoloji düyünlər yaranır ki, bunların
hamısı onun nəfs və ruhunun batinində gizlənib və insanın onlardan xəbəri yoxdur. Bunlar, insan nəfsinin onun üçün
yaratdığı problemlərin bə
᾽
zi nümunələridir.
öZÜNÜ ALDATMA
Bə
᾽
zən insanın nəfsi onu aldadır, yə
᾽
ni şəxs özü-özünü aldadır. İnsanın öz batini tərəfindən aldanması nə deməkdir?
Qur
᾽
an da buyurur:
«...Xeyr, sizin öz nəfsiniz sizi bu işə sövq etdi [pis əməlinizi sizə yaxşı göstərdi]...» (Yusif-83).
Təsvil (nəfsin insanı aldatması) çox dəqiq psixoloji terminlərdəndir ki, Qur
᾽
anda işlədilib. Bu kəlmənin mə
᾽
nası
nədir? Onun mə
᾽
nası budur ki, insan bə
᾽
zən öz batini istəkləri tərəfindən aldadılır. İnsanın nəfsi bir şeyi istəyəndə,
həmin şeyi ona elə bəzəyib-düzəyir, zinətləndirərək elə cilvələndirir və yalandan elə göstərir ki, insan həmin şeyin
doğrudan da həmin cür olmasını düşünür. Amma əslində bu işi insanın nəfsi onu aldatmaq üçün görür. Təsvil termini
çox maraqlı və təəccüblü bir ifadədir. Psixologiya elmi inkişaf etdikdən sonra bu gün həmin nöqtələrə çox dəqiqliklə
çatıb. Onlar hətta belə bir nöqtəyə çatıblar ki, insan bə
᾽
zən heç bir cismi və sinir sistemi problemi olmadan yalnız
batini və psixoloji səbəblərdən dəli olur. Məsələn, müsibət və çətinliklərə dözüm çox olduqda insanın ruhu həmin qəm-
qüssənin şərindən xilas olmaq üçün ağılı tərk edir. Şair demişkən:
Dostları ilə paylaş: |
|
|