|
MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insanKamil insanDOQQUZUNCU FƏSİL
2. İRFAN MƏKTƏBİNİN TƏNQİD VƏ ARAŞDIRILMASI
«Kim [dünyada] azğınlıq etmişsə, dünyanı [axirətdən] üstün tutmuşsa, şübhəsiz ki, onun məskəni Cəhənnəmdir!
Amma kim [qiyamət günü] Rəbbinin hüzurunda durmaqdan qorxmuş və nəfsinə istəyini, şəhvəti qadağan etmişsə,
həqiqətən onun yurdu Cənnətdir!» (Naziat 37-41).
İrfan məktəbində kamil insan barəsində olan mühüm məsələlərdən biri də, insanın öz nəfsi ilə əlaqəsi məsələsidir.
Əlbəttə bu, həm də islami bir məsələdir. Belə ki, biz həm arif və sufilərin dilində və həm də ali islam tə
᾽
limlərində
eqoizm, xudpəsəndlik və nəfsani istəklərlə mübarizə məsələləri ilə rastlaşırıq. Bəlkə də həm «arif və sufilərin dilində
və həm də ali islam tə
᾽
limlərində» ifadəsini işlətməklə onları bir-birindən ayırmaq düzgün deyil, çünki islami ariflər bu
məsələlərdə bu dinin özündən ilham alıblar və onların bu qism ifadələrinin hamısı islami ifadələrdir. Biz bu söhbətimizdə
bu məsələ ətrafında danışaraq onu izah etmək istəyirik.
Nəfsin təmizlənməsi adlandırılan şeydə ərəb dilində «nəfs» deyilən «öz» ilə mübarizə aparırlar. Məsələn, bu barədə
danışanda «nəfslə cihad» kimi ifadələr işlədilir. Nəfs insan üçün hətta daxili düşmən kimi qələmə verilir. Sə
᾽
di deyir:
To ba doşməne nəfs həmxaneyi
Çe dər bənde peykar biqaneyi.
Bu ifadə Peyğəmbərin (s) müqddəs kəlamlarından iqtibas edilib. O həzrət buyurub:
«Sənin ən təhlükəli və qorxulu
düşmənin öz nəfsindir...
Sə
᾽
di Gülüstan kitabında deyir: – Bir arifdən soruşdular ki, Peyğəmbər (s) nə üçün nəfsin ən təhlükəli düşmən
olmasını deyib. Arif cavab verib: «Nəfsdən başqa hansı düşmənə yaxşılıq etsən, istədiyini ona versən səninlə dost olar,
amma nəfsin istəklərini nə qədər tə
᾽
min edirsənsə, bir o qədər qatı düşmənə çevrilir.»
Bəli, onlar nəfsə düşmən gözü ilə baxıblar və dedikləri bu nəfs həmin «öz»dür; nəfspərəstlik və eqoistlikdir.
İndi, bu mətləbi daha çox açıqlamaq və «öz» və ya eqoistliyin pis olmasının nə demək olduğunu bilmək istəyirik.
Dostları ilə paylaş: |
|
|