MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə79/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   75   76   77   78   79   80   81   82   ...   158
Kamil insan

LÜTFLƏ BAĞIŞLANAN ELM
İslamda nəfsin təmizlənməsi elmə doğru olan bir yoldurmu? Qur

anın «Nəfsini (günahlardan) təmizləyən mütləq 
nicat tapacaqdır» deməsində heç bir söz ola bilməz, amma haqqı tanımaq yolu nəfsin təmizlənməsidir, yoxsa Onu 
tanımaq və elm əldə etmək; yə

ni, yalnız filosofların dedikləri dəlil, bürhan və deduksiya yoludurmu?
Şübhəsiz ki, islam bura kimi deyilənləri təsdiq edir. İslam peyğəmbərinin inkaredilməz bir cümləsi vardır ki, həm 
şiələr və həm də sünnilər onu nəql ediblər. Peyğəmbər (s) buyurub: 
«Kim qırx gecə-gündüz əməllərini yalnız Allah 


47
Kamilliyə doğru Wap.IXLAS.Az
xatirinə (saf niyyətlə) yerinə yetirsə, hikmət çeşmələri onun qəlbindən dilinə cari olar.» 
Məqsəd budur ki, qırx gün 
onun vücudunda Allah razılığından başqa heç bir şey hakim olmasın, danışması, susması, baxması, göz yumması, 
yeməyi, yatmağı, oyaq qalmağı, bir sözlə hər bir şeyi Allah üçün və Onun razılığını əldə etmək üçün olsun. Yə

ni öz 
proqramını elə tənzim etsin və ruhunu elə təmizləsin ki, Allahdan başqa heç bir şey üçün qətiyyən iş görməsin, necə 
deyərlər həzrət İbrahim (ə) olsun. 
«De ki: Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi 
Allah üçündür!»
(Ən

am-162).
Bəli, Peyğəmbər buyurub ki, kim qırx gün nəfsi istəklərini tamamilə buraxıb həmin müddətdə Allahdan başqa heç 
bir şeyi nəzərdə tutmadan iş görsə və Ondan başqa heç bir şeylə yaşamasa elm və hikmət çeşmələri onun batinindən 
qaynayaraq dilində cari olar. Deməli islam, lütf və feyzlə bağlanan, yə

ni daxildən qaynayaraq çıxan elmi qəbul edir. 
Əlbəttə islam, əqli elmi də qəbul edir və davamçılarını ona doğru çağırır. Musa (ə)-a buyurur: 

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə