MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan


Bəhse əqli gər dorro mərcan bovəd



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə77/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   73   74   75   76   77   78   79   80   ...   158
Kamil insan

Bəhse əqli gər dorro mərcan bovəd


46
Kamilliyə doğru Wap.IXLAS.Az
On degər başəd ke bəhse can bovəd
Bəhse can əndər məqame digərəst
Bade canra qivame digərəst
Yolun sonu haradır? Filosofun fikrincə yolun sonu insanın özü-özlüyündə bir aləm – düşüncə və təfəkkür dünyası 
olmasıdır. Bütün dünya, ümumi şəkildə olsa belə, onun əql aynasına düşməlidir. Yə

ni o, dünyanı öz içində görməlidir. 
Filosof yolunun son nöqtəsi bilmək və dünyanı görməkdir. Bəs ariflər yolunun son nöqtəsi haradır? Ariflər yolunun 
sonu, görmək deyil, çatmaqdır. Nəyə çatmaq? Haqqın zatına çatmaq. Onların fikrincə insan öz batinini təmizləsə, 
eşq miniyi ilə hərəkət etsə və yol boyu olan mənzilləri daha kamil insanın nəzarəti altında keçsə, sonda onunla Allah 
arasındakı pərdə tamamilə götürülər və onların dili ilə desək, insan Allaha çatar. Qur

anda Allaha qovuşma məsələsi 
irəli sürülüb və ariflər bu barədə çox geniş söhbətlər ediblər. Mən indi Allaha qovuşma məsələsinə girişib onun mə

na 
verib-vermədiyi barəsində danışmaq istəmirəm. Amma hər halda arif uğursuz və nəs düşüncə dünyası və dünyanı əks 
etdirən nəs ayna olmaq istədiyini demir. O, dünyanın mərkəzinə çatmaq üçün hərəkət etdiyini bildirir. 
«Ey insan! Sən 
[ölənə qədər] Rəbbinə doğru çalışıb çabalayırsan. Sən Ona qovuşacaqsan!...» (İnşiqaq-6).
Ora gedib çatdıqdan sonra 
sən hər şeysən və sənin hər şeyin var. Sənin hər şeyin var, amma sən heç nə istəmirsən. Müəmma da burdadır. Sən elə 
bir məqama çatırsan ki, sənə hər şey verirlər və sən Ondan başqa heç bir şeyə e

tina etmirsən. Əbu Səid Əbulxeyr necə 
də şirin deyib:
On kəs ke tora şenaxt canra çe konəd
Fərzəndo əyalo xanemanra çe konəd
Divane koni hər do cəhanəş bəxşi

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə