MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə74/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   70   71   72   73   74   75   76   77   ...   158
Kamil insan

YEDDİNCİ FƏSİL
İRFAN MƏKTƏBİ NƏZƏRİYYƏSİNİN GENİŞ İZAHI
«[Əksəriyyəti yazıb oxumaq bilməyən] ümmi ərəblərə özlərindən peyğəmbər göndərən Odur. Bu Peyğəmbər – 
əvvəllər haqq yoldan açıq-aşkar azsalar da – onlara Allahın ayələrini oxuyar, onları [günahlardan, şirk və küfr 
çirkabından] təmizələyər, onlara kitabı və hikməti [Qur

anı və şəriəti] öyrədər.»
(Cümə-2).
Bundan əvvəlki söhbətlərimizdə kamil insanın klassik filosoflar baxımından bir cür, ariflər baxımından başqa bir 
cür, müasir filosoflar baxımından isə digər bir şəkildə olduğunu qeyd etdik və xülasə şəkildə əql, irfan, məhəbbət, 
qüdrət və xidmət məktəblərinə toxunduq. Sonra bu məktəblər barəsində geniş söhbət açmağa başladıq. Bu gün keçən 
söhbətlərimizdə əql məktəbi barəsində danışdığımız kimi, həmin məktəblərdən digər birinin nəzəriyyəsini geniş şəkildə 
araşdıracaq, islamın həmin məktəbin nəzərləri barəsindəki fikirlərini bəyan edəcəyik.
Bu günkü söhbətimizin mövzusu irfan və sufilik məktəbinin kamil insan barəsindəki nəzəriyyələridir. Arif və sufilərin 
kamil insan barəsindəki nəzəriyyələrini araşdırmaq bizim üçün çox mühümdür. Ərəstun və İbni Sina kimi filosofların 
kamil insan nəzəriyyələri xalq arasında yayılmayıb, onların bu barədəki sözləri fəlsəfi kitabların mətnlərində deyilib 
və orada da qalıb. Amma irfan və sufilik məktəbi özünün kamil insan nəzəriyyəsini şe

r və nəsrlə xalq arasında yayıb. 
İrfani kitablar öz məktəblərini şe

r və təmsil ilə bəyan etdikləri üçün xalq arasında geniş nüfuz qazanıblar. Filosofların 
məktəblərində olduğu kimi, bu məktəbin nəzəriyyələri arasında islamın qəbul etdiyi məsələlərlə yanaşı, irad tutduğu 
mətləblər də vardır. İslamın kamil insan nəzəriyyəsi arif və sufilərin kamil insanı ilə tam şəkildə uyğun deyildir.
ARİFLƏR NƏZƏRİNDƏN EŞQ
Bundan əvvəlki söhbətlərimizdə qeyd etdik ki, filosoflar insanın zat və cövhərini onun əqli olduğunu bildirir, ondan 
başqa bütün şeyləri insanın zatından xaric və vasitə hesab edirlər. Onlar deyirlər ki, insanın «mən»liyi onun təfəkkür, 
məntiqi təfəkkür qüvvəsidir. Amma ariflər əql və təfəkkürü nəinki insanın «mən»liyi hesab etmir, hətta onları bir 
alət – özü də çox mö

təbər olmayan bir alət – hesab edirlər. Ariflərin fikrincə hər bir insanın həqiqi «mən»liyi onların 
«qəlb» adlandırdıqları şeydir. Filosofların əql adlandırdığı şeyi, ariflər «qəlb» hesab edirlər. Əlbəttə, ariflərin «qəlb»dən 
məqsədi insanın sinəsində yerləşən bioloji ürək deyildir. Onlar insan «mən»liyinin professor Bernardın, üzərində 
cərrahiyyə əməliyyatı apardığı ürək olduğunu demək istəmirlər. Əql düşüncə, təfəkkür və hesablama mərkəzi mə

nasını 
daşıdığı kimi, qəlb də insanda olan duyğu və istək mərkəzidir. Ümumiyyətlə arif, hiss, duyğu və eşqə çox əhəmiyyət 
verir. Filosof fikirləşmək və məntiqi dəlil gətirilməsinə nə qədər əhəmiyyət və dəyər verirsə, arif də eşqi o qədər 
yüksək qiymətləndirir. Əlbəttə, arifin dediyi eşq, bizim qəzet-jurnal eşqlərindən çox fərqlidir. Qəzet-jurnal eşqləri cinsi 
eşqlərdir. Birincisi, arifin eşqi insanda yaranaraq Allaha çatan eşqdir və onun həqiqi mə

şuqu ancaq Allahdır. İkincisi, 
arifin dediyi eşq ancaq insana aid deyildir. Onların fikrincə bu eşq bütün varlıqlarda mövcuddur. İrfani kitablarda 
və həmçinin Əsfar kimi irfan meylli bə

zi fəlsəfi kitablarda «Eşqin bütün mövcudlarda cərəyanı» adlı fəsl vardır. 
Bunun mə

nası odur ki, onların fikrincə eşq, varlığın bütün zərrəciklərində cərəyan edən həqiqətdir. Hava, daş və atom 
zərrəciklərində də eşq vardır. Ümumiyyətlə həqiqət eşqdir və ondan başqa gördüklərin, bu həqiqət üzərində qurulmuş 
məcazi şeylərdir. Mövlana deyir:

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə