MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə82/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   78   79   80   81   82   83   84   85   ...   158
Kamil insan

Çera dər çahe kən

anəş nə didi?
Bir nəfər oğlunu itirmiş şəxsdən (həzrət Yəqubdan) soruşdu ki, ey parlaq cövhərli, dərrakəli qoca: Misirdən (Yusifin) 
köynəyinin iyini aldın, bəs nə üçün onu Kən

an quyusunda olanda görmədin?
Yusif Misirdə özünü qardaşlarına təqdim etdi və köynəyini onlara verdi ki, onu özləri ilə aparsınlar. Onlar Kən

ana 
çatmamış həzrət Yəqub belə dedi: 
«...Əgər məni səfeh hesab etməsəydiniz [və ya yalançı hesab edib danlamasaydınız], 
deyərdim ki, Yusifin ətrini alıram!»
(Yusif-94).
Şe

rdə də kimsə Yəqub peyğəmbərə xitab edərək deyir: Sən Misirdən Yusifin köynəyinin ətrini necə hiss 
edirsən, halbuki o, öz kəndinizdə Kən

an quyusunda idi, amma sən bunu hiss etmədin? Nə üçün onu quyuda olanda 
görmədin?
Be qoft əhvale ma bərqe cəhanəst
Dəmi peydavo digər dəm nihanəst
Gəhi bər tarəm ə

la neşinim
Gəhi bər poşte paye xod nəbinim.
Bizim halımız ildırım parıltısı kimidir, bir an görünür və bir an yoxa çıxır, bə

zi vaxtlarda çox yüksəklikləri seyr 
edərik və bə

zi vaxtlarda öz ayağımızın altını görmərik.
Hafizin dili ilə desək:
Bərqi əz mənzili leyli be derəxşid səhər
Vəh ki ba xərməni məcnun dele əfkar çekərd.
Leylinin evindən bir şimşək çaxdı, bədbəxt Məcnunun xarmanına gör necə od vurdu.
Bura kimi Yəqubdan soruşulan sualın davamı və onun verdiyi cavab idi. Bundan sonra Sə

di belə deyir:
Əgər dərviş dər hali bemandi
Səro dəst əz do aləm bər fəşandi.
Əgər arif onun üçün yaranmış hal və vəziyyətdə qalsa iki dünyadan da yuxarı qalxar.
KAMİL İNSANIN MƏ᾽NƏVİ RİYAZƏTİ (RUHİ MƏŞĞƏLƏLƏRİ)
İndi, bütün bunları təsdiq etmək üçün sizlərə Nəhcül-bəlağənin bir hissəsini oxuyacağam. İndiyə kimi olan 
söhbətlərimizdə dəfələrlə demişəm ki, Nəhcül-bəlağə Əli (ə)-ın özü kimidir. İnsanın sözləri onun özü kimi olur. Çünki 
söz insan ruhunun tənəzzülə uğramış forması və onun cilvəsidir. Alçaq ruhun sözü alçaq, uca və yüksək ruhun sözü isə 
ali olur; məhdud ruhun sözü birtərəfli, geniş ruhun sözü isə hərtərəfli olur. Əli (ə) ziddiyyətlər toplusu olduğu üçün onun 
sözləri də ziddiyyətlər toplusudur. Onun sözlərində, irfan öz ali həddində, fəlsəfə özünü ən yüksək nöqtəsində, azadlıq, 
qəhrəmanlıq və əxlaq da özlərinin ən yüksək həddindədir. Nəhcül-bəlağə də Əli (ə)-ın özü kimi hərtərəflidir. O həzrət 
söhbətlərinin birində belə buyurur: 

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə