MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan


Divaneye to hər do cahanra çe konəd



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə78/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   74   75   76   77   78   79   80   81   ...   158
Kamil insan

Divaneye to hər do cahanra çe konəd


nası:
Səni tanıyan canı neynir,
övlad, arvad, evi neynir.
Sən dəli edib hər iki dünyanı verirsən,
Sənin dəlin iki dünyanı neynir.
Əbu Səid deyir: Sən, Səni tanıyanı əvvəlcə özünə vurğun edirsən və sonra ona hər iki dünyanı verirsən; Sən iki 
dünyanı ona o vaxt verirsən ki, o, onları qətiyyən istəmir. Nə qədər ki, Səni tanımamışdı hər şeyi istəyirdi, amma onda 
onları ona vermirdin; Səni tanıyandan sonra isə ona hər şeyi verirsən amma o, həmin vaxt heç nəyə e

tina etmir, çünki 
artıq Səni tapıb, artıq nə dünya və nə də axirəti istəyir; yalnız dünya və axirətdən üstün olan Səni istəyir.
İndi gərək islamın bu barədəki nəzərini açıqlayaq və görək ki, ariflərin kamil insanı islami ölçülərlə düz gəlir, yoxsa 
yox? İndiyə kimi etdiyimiz söhbətlərdən ariflərin kamil insandan məqsədlərinin nə olduğu mə

lum oldu. Ariflərin kamil 
insanı Allaha çatan, Allaha çatdıqdan sonra bütün ilahi ad və sifətlərin kamil təzahürü olan və haqqın zatı onda zühur 
edərək cilvələnən aynadır.
Filosofların təsvir etdiyi kamil insanın islam baxımdan kamil deyil, naqis olduğunu bəyan etdiyimiz və həmin 
məktəbin nəzəriyyələrinin hansı hissəsinin bu din baxımından təsdiq və hansı hissələrinin rədd edildiyini dediyimiz 
kimi, bu məktəb barəsində də həmin yolla gedəcəyik. İslamda nəfsin təmizlənərək saflaşdırılması adlı məsələ vardırmı? 
Bəli, şübhəsiz ki, islamda belə bir məsələ mövcuddur, çünki bu məsələ Qur

anın mətnində gəlmişdir. 
«Nəfsini 
[günahlardan] təmizləyən mütləq nicat tapacaqdır!
Onu [günaha] batıran isə, əlbəttə, ziyana uğrayacaqdır.»
(Şəms 9-10).
Allah-taala bir-birinin ardınca yeddi dəfə and içdikdən sonra buyurur ki, səadət və xoşbəxtlik nəfsini təmizləyənlərə, 
bədbəxtlik isə nəfs, ruh və batinlərini çirkinlik və rəzil sifətlərə düçar edənlərə məxsusdur.

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə