MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə76/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   72   73   74   75   76   77   78   79   ...   158
Kamil insan

Dəftəre sufi səvado hərf nist
Coz delesbid həm çun bərf nist.
Bütün bunların yerinə nəfsini təmizləməklə məşğul ol! Filosof deyir ki, fikirləş, dərs oxu, müəllim yanına get, amma 
arif deyir ki, nəfsini təmizləyərək pak və saf et, çirkin, rəzil əxlaq və davranışı özündən uzaqlaşdır, bacardıqca haqdan 
başqa şeylərə olan diqqətini özündən kənar et və haqqa diqqəti gücləndir, zehnindən keçən şeylərə nəzarət edərək onları 
öz əlinə al, qəlbinə Allah fikrindən başqa nə gəlsə divdir. Nə qədər ki, div var Allah nuru olan mələk sənin qəlbinə 
gəlməz.
Bər səre anəm ki gər zedəst bərayəd
Dəst be kari zənəm ki qosse sərayəd
Xəlvəte del nist caye sohbəte əğyar
Div çu birun rəvəd fereşte dərayəd
Sohbəte hukkam zolməte şəbe yəldast
Nur ze xurşid cuy bu ki bərayəd
Bər dele ərbabe bi müruvvəte dünya
Çənd neşine ke xace key bedərayəd
Tərke gedayi məkun ke gənc beyabi
Əz nəzəre rəhrovi ke dər qozərayəd.
Şair burada insanı böyük şəxsiyyət və qüdrət sahiblərinin qapısına getməkdən çəkindirdikdən sonra deyir ki, 
yolçuluğu tərk etmə, amma hansı yolçuluğu? Kamil insan qarşısında olan yolçuluğu!
Tərke gedayi məkun ke gənc beyabi
Əz nəzəre rəhrovi ke dər qozərayəd.
Hər halda bu məktəbin kamil insan məqamına çatmaq üçün təklif etdiyi yol və vasitə nəfsi islah edərək təmizləmək 
və Allaha diqqət etməkdir. Bu məktəb tərəflarlarının fikrincə insan Allaha nə qədər çox diqqət etsə, zehnindən Allahdan 
başqasına olan fikri nə qədər çox çıxartsa və öz batininə dalaraq xariclə əlaqəsini nə qədər çox kəssə, bir o qədər kamil 
insan məqamına yaxınlaşmış olar.
Təbii ki, onlar bəhs, deduksiya və məntiqə dəyər vermirlər. Mövlana deyir:
Paye istidlaliyan çubin bovəd
Paye çubin səxt bi təmkin bovəd
Dəlilə əsaslananların dayaqları çubuqdan olar və çubuq dayaq çox zəif və müqavimətsizdir.
Digər bir yerdə isə belə deyir:

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə