MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə81/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   77   78   79   80   81   82   83   84   ...   158
Kamil insan

RUHUN TƏRƏQQİ VƏ TƏNƏZZÜLÜ
Əllamə Məclisi «Biharul-ənvar» kitabında belə bir hədis nəql edib: 
Peyğəmbərin (s) mö

min olan səhabələri 
özlərində qeyri-adi bir hal hiss etdilər. Onlarda belə bir qorxu yarandı ki, birdən münafiq olarıq və özümüzün xəbərimiz 
olmaz. Peyğəmbərin yanına gəlib dedilər: Ey Allahın peyğəmbəri, biz münafiq olmağımızdan qorxuruq. Peyğəmbər 
(s), onlardan bunun səbəbini soruşdu. Onlar dedilər ki, biz sənin mübarək hüzurunda oturanda və siz söhbət və 
moizə edəndə, Allahdan, qiyamətdən, günahlardan tövbə etmək və istiğfardan danışanda çox yaxşı hala düşürük, 
amma sizin yanınızdan getdikdən və arvad-uşağımızla bir az oturduqdan sonra – onlar uşaqlarımızı iylədikdən sonra 
ifadəsini işlədiblər – hamımızın dəyişdiyimizi, yenə də əvvəlki adam olduğumuzu görürük. Ey Allahın peyğəmbəri, bu 
münafiqlikdirmi? Olmaya bu nifaqdır və biz münafiq olmuşuq? Peyğəmbər (s) onlara belə buyurdu: Xeyir, bu nifaq 
deyil. Nifaq ikiüzlülükdür, bu isə ikihallılıqdır. İnsanın ruhu bə

zən çox yüksək olur və bə

zən də aşağı düşür. Siz mənim 
yanımda olanda və bu sözləri eşidəndə belə bir hala düşməyiniz labüddür. Peyğəmbər (s) sonra bu cümləni buyurdu: 
Əgər mənim yanımda olduğunuz halda qalaraq ondan çıxmasanız mələklərin gələrək sizinlə əl-ələ görüşdüklərini və 
batmadan su üzərində yol gedə bildiyinizi görərsiniz. O, sizin üçün həmişə qalacaq bir hal deyil. Həmin hal sizin üçün 
bir adət şəklini alsa bu məqamlara çatarsınız.
Məncə Sə

dinin bu məşhur beyti həmin hədisin tərcüməsidir, amma o, mətləbi Yəqub (ə)-ın dilindən başqa cür nəql 
edib:
Yeki porsid əz on qomkərde fərzənd
Ke ey roşən qohər pire xerədmənd
Zemesrəş buye pirahən şenidi


48
Kamilliyə doğru Wap.IXLAS.Az

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə