MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan


QUR᾽AN VƏ NƏHCÜL-BƏLAĞƏDƏN NÜMUNƏLƏR



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə71/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   67   68   69   70   71   72   73   74   ...   158
Kamil insan

QUR᾽AN VƏ NƏHCÜL-BƏLAĞƏDƏN NÜMUNƏLƏR
Qur

anın bu barədəki ibarətinə diqqət edin: 
«Bu dünyada [Allahın dəlillərini, mö

cüzələrini görməyib gözü və 
qəlbi] kor olan axirətdə də kor olar və haqq yoldan daha da çox azar.»
(İsra-72).
İmamlar və başqaları bu ayənin təfsirində deyiblər ki, məqsəd bu deyil ki, kimin zahiri gözləri bu dünyada kordursa, o 
dünyada da kor olacaq. Əgər belə olsaydı imam Cə

fər Sadiq (ə)-ın səhabələrindən olmuş Əbu Bəsir o dünyada necə də 
pis vəziyyətdə olardı?! Xeyir! Məqsəd budur ki, kimin batini gözləri kor olsa və həqiqət, Allah, Allahın aşkar nişanələri 
və iman gətirməli olduğu şeyləri görməsə axirət dünyasında məhşərə kor gətiriləcəkdir, onun bundan başqa yolu yoxdur! 
Əgər fərz etsək ki, bir nəfər insanın, etməli olduğu bütün yaxşı əməlləri yerinə yetirib, insanları yaxşı əməllərə də

vət 
edərək pis işlərdən çəkindirmək sahəsindəki vəzifələrini tamamilə həyata keçirib, dünyada pərhizkarların ən pərhizkarı 
kimi yaşayıb və ömrünü Allah bəndələri yolunda sərf edib, amma Allaha iman gətirməyib, mə

ad və varlıq aləmini 
tanımayıb, həmin insan doğrudan da kordur və axirətdə kor olmasında heç bir şübhə ola bilməz. Artıq, söhbət imanın bu 
zəhmət, sə

y və əməllər üçün yalnız müqəddimə olmasından getmir ki, biz «insanın əməli düz olmalıdır, imanı olmasa 
da olar» deyək. Xeyir, bu söz düz deyil.
Fəxri Razi bu rübaisində çox ali deyib:
Tərsəm berəvəm aləme can nadide
Birun rəvəm əz cəhan cəhan nadide
Dər aləme can çun rəvəm əz aləme tən
Dər aləme tən aləme can nadide


43
Kamilliyə doğru Wap.IXLAS.Az
Onun «qorxuram bu dünyadan gedəm, amma dünyanı görməyəm»dən məqsədi bu qapı, pəncərə, yer-göy, dəniz, ulduz 
və s. şeyləri görmək deyil, «ürəyimdəki gözün açılmamasından, islamın iman adlandırdığı, dünyanın ruhu, başlanğıcı, 
sonu və s. dərk etmədən ölməkdən qorxuram» mə

nasıdır. Deyir ki, mən bədən aləmində ruh aləmini görməmişəmsə, 
bu aləmdən ruh aləminə gedəndə oranı necə görə bilərəm? Mən onu burada görməli idim və lakin bacarmadım. Fəxri 
Razi bu rübaidə İsra surəsinin 72-ci ayəsini, yə

ni bundan qabaq gətirdiyimiz ayəni mə

na edib.
Qur

an digər yerdə belə buyurur: 

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə