MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə67/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   63   64   65   66   67   68   69   70   ...   158
Kamil insan

BUNA ZİDD OLAN MƏKTƏBLƏR
Əql məktəbinin müqabilində onlarla həmişə mübarizə aparan bir sıra məktəblər olub. İslam dünyasında bu məktəblə 
ilk dəfə mübarizə aparan cərəyan işraqilər, ariflər və eşq məktəbi tərəfdarları olublar ki, biz onu sonra izah edəcəyik. 
Müxalif məktəblərdən digəri isə hədis əhlləridir. Hədis əhli və əxbarilər filosofların bu qədər dəyər verdikləri əqli inkar 
edirlər. Onlar deyirlər ki, əql, sizin qail olduğunuz qədər dəyərə malik deyildir.
Bunlardan başqa, son əsrlərdə hiss və təcrübi məktəblər də əql məktəbinə qarşı qiyam edib. Təcrübilər məktəbi son 
bir neçə əsrdə çox yayılıb inkişaf etmişdir. Onlar deyirlər ki, əql sizin dediyiniz qədər dəyərə malik deyildir və onun 
elə də yüksək əhəmiyyəti yoxdur. O, hissin qul və nökəridir, insanda əsas əhəmiyyət daşıyan onun hiss və duyğularıdır. 
Əqlin görə biləcəyi ən böyük iş onun hiss vasitəsilə əldə edilən şeylər üzərində bə

zi əməliyyatlar aparmasıdır. Siz 
xammal gətirilən bir zavodu nəzərdə tutun. Bu zavoda gətirilən xammal, orada olan dəzgahlar vasitəsilə e

mal edilir. 
Əgər toxuculuq fabrikini nəzərdə tutsaq görərik ki, ora gətirilən pambıq ilk növbədə təmizlənir, sonra isə ondan sap 
əyirilir, daha sonra isə həmin saplardan parça toxunur. Əql təklikdə heç nə etmək qabiliyyətinə malik olmayan bu 
zavod və fabriklərə bənzəyir. O, üzərində əməliyyat aparmaq üçün hiss yolu ilə əldə edilən xammala möhtacdır. Amma 
bununla belə əql məktəbi tamamilə e

tibardan düşməyib və indi də qalmaqdadır. Biz indi onlar və müxalifləri arasındakı 
bəhsləri geniş şəkildə açıqlamaq deyil, bu barədə islamın nəzərini bəyan etmək niyyətindəyik.
İSLAMDA ƏQLİ AGAHLIQLARIN ƏSİLLİYİ
Əql məktəbində bir neçə məsələ vardır ki, biz onların islamın nəzəri ilə uyğun olub-olmamasını araşdırmalıyıq. 


40
Kamilliyə doğru Wap.IXLAS.Az
Həmin məsələlərdən biri əqli agahlıq və biliklərin e

tibar və əsilliyidir. Yə

ni insanın əqli bu dünyada olan həqiqətləri 
kəşf etməyə qadirdir və «əqli agahlıq» e

tibarsız deyil, köklü, mö

təbər və istinad edilə bilən bilikdir.
Məktəblərin çoxu əqlə belə bir e

tibar qail deyildir. İndi görək biz islami mətnlərə əsaslanaraq əqlə heç olmasa 
agahlığına e

timad etmək səviyyəsində dəyər və e

tibar verə bilərikmi? Xoşbəxtlikdən, biz islami sənəd və mətnlərdə 
əqlin fövqəladə şəkildə himayə edilməsini görürük. Dünyada olan dinlərin heç biri əqli, onun dəlil və sübut olmasını 
və mö

təbərliyini islam qədər himayə etməyib. Siz islamı xristianlıqla müqayisə edin. Xristianlıq iman dairəsində 
əqlə müdaxilə icazəsi vermir. Bu dində deyilir ki, insanın nəyəsə iman gətirməsi lazım olan yerdə fikirləşmək haqqı 
yoxdur, fikir əqlə məxsusdur, əqlin isə bu qism məsələlərə müdaxilə etməyə səlahiyyəti çatmır. İman gətirilməli şeylər 
barəsində fikirləşmək olmaz, əqlə fikirləşmək, niyə? nə üçün? demək icazəsi verilməməlidir. Mö

minlərin, keşişlərin 
və xüsusilə xalqın imanını qoruyan şəxslərin vəzifəsi fikir, deduksiya və əqlin iman dairəsinə hucumunun qarşsını 
almaqdır. Xristianlığın tə

limləri buna əsaslanır.
Amma islamda, məsələ tamamilə bunun əksinədir. İslamda dinin əsas və kökləri məsələlərinə əqldən başqa heç 
bir şeyin müdaxilə etmək haqqı yoxdur. Əgər sizdən dininizin əsaslarından birinin nə olması soruşulsa, siz «tohid» 
(Allahın təkliyi) deyə cavab verəcəksiniz. Əgər sizdən hansı dəlillərə əsaslanaraq Allaha iman gətirdiyinizi soruşsalar, 
əqli dəlil gətirməlisiniz. İslam həmin əqidəni əqli yoldan başqa heç bir əsasla qəbul etmir. İndi birdən siz «Mən Allahın 
təkliyinə inanıram, amma heç bir dəlilim yoxdur və bu mənim şəxsi işimdir» deyə cavab versəniz, yə

ni «nəticəni götür, 
müqəddimə ilə nə işin var» misalına əsaslansanız və ya «nənəmdən eşidib yəqinlik əldə etmişəm», yaxud «yuxuda 
görmüşəm və ya o bir həqiqətdir ki, heç bir dəlil olmadan yəqinliyə çatmışam» kimi cavablar versəniz qəbul edilməzdir. 
İslam deyir ki, tək Allahın olmasına inanmağına baxmayaraq, əgər sənin e

tiqadının kökü yuxu və ya ata-anadan təqlid, 
yaxud mühitin tə

siridirsə, belə bir inam qəbul deyil. Biz sənin əqlinin dəlil və sübutlarla əldə etdiyi həqiqətdən başqa 
heç bir şeyi qəbul etmirik.
Xristianlıq imanının kökləri əqlin girməsi qadağan edilmiş məntəqəyə bənzəyir və mö

min xristianın vəzifəsi 
həmin bölgəni əqli və fikri qüvvələrin hücumlarından qorumaqdır. Amma islam imanının əsasları əqlə qərq olmuş 
bir məntəqədir və ora əqldən başqa heç bir qüvvənin giriş icazəsi yoxdur. İslamın əql barəsində fövqəladə böyük və 
maraqlı sözləri vardır. Qur

an hər şeydən əvvəl təfəkkür və əqldən söz açıb. Bundan əlavə hədislərimiz əqlə o qədər 
əhəmiyyət və dəyər veriblər ki, siz hədis kitablarını açanda gördüyünüz ilk fəsil və bölüm «əql kitabı» adı ilə başlanır. 
Məsələn, bütün hədis fəsillərinə malik «Üsuli-kafi» kitabını açsanız orada ilk fəslin «əql kitabı» olmasını görəcəksiniz. 
Əhli-beyt məktəbinin bu fəsildəki bütün hədisləri (əvvəlldən axıra kimi) əqli himayə edir.
İmam Musa ibni Cə

fər (ə)-ın çox maraqlı bir ifadəsi var. O həzrət buyurub: 

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə