MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə64/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   60   61   62   63   64   65   66   67   ...   158
Kamil insan

ƏLİ (Ə)-IN GİZLİ DƏFNİ
Biz bura nə üçün yığılmışıq? Kamil bir insanın əzasına! Əli (ə)-ı gecə basdırıblar, nə üçün? Çünki onun fövqəladə 
dost və vurğunları olduğu kimi, fövqəladə düşmənləri də olub. Əli (ə)-ın cazibə və dafiəsi kitabında dediyimiz kimi, 
bu cür insanların həm fövqəladə cazibələri və həm də güclü dəf etmə qüvvələri vardır. Bu insanların səmimiyyətin son 
həddində olan elə dostları olur ki, onlar üçün canlarından keçmək heç bir şeydir. Həmçinin onların misilsiz qaniçən 
düşmənləri, xüsusilə üzdəniraq müqəddəslər və həqiqətən iman və e

tiqadları olan, amma nadanlıqda giriftar olan 
Xəvaric kimi daxili düşmənləri olur. Əli (ə)-ın özü Xəvaric barəsində buyurub ki, onlar mö

min, amma nadandırlar. 
O həzrət, Xəvarici Müaviyənin tərəfdarları ilə müqayisə edərək buyurub: 
«Məndən sonra xəvarici öldürməyin, onlar 
Müaviyənin adamlarından fərqlidirlər, onlar haqqı istəyirlər, amma axmaqdırlar, səhv ediblər, lakin o birilər 
(Müaviyənin adamları) haqqı tanıyaraq dərk edir və bilə-bilə onunla mübarizə aparırlar.»
Əli (ə)-ı o qədər dostunun olmasına baxmayaraq nə üçün gecə basdırıblar? Xəvaricin qorxusundan! Çünki onlar 
deyirdilər ki, Əli müsəlman deyil və bu qorxu var idi ki, gecə gedib o həzrətin qəbrini qazıb cənazəsini çıxaralar.
İmam Sadiq (ə)-ın həyatının sonuna, yə

ni təqribən yüz ilə kimi imamlar və onların yaxın və xüsusi adamlarından 
başqa heç kəs Əli (ə)-ın qəbrinin harada olmasını bilməyib.
Ramazan ayının 21-ci günü sübh çağı imam Hüseyn (ə) bir cənazə hazırlayaraq bir qrupa verdi ki, onu Mədinəyə 
aparsınlar və camaat Əlinin Mədinəyə aparılaraq orada dəfn edildiyini fikirləşsinlər. Yalnız Əli (ə)-ın övladları və bir 
qrup xüsusi şiə onun dəfn yerinin harada olduğunu bilirdilər. Həmin gecə xüsusi şiələrdən bir qrupu Əli (ə)-ın dəfnində 
iştirak etmişdi və onlar, Kufə yaxınlığında olan bir yerdə Əli (ə)-ın qəbrinin ziyarətinə gedirdilər. İmam Sadiq (ə)-ın 
dövründə xəvaricin kökü kəsildikdən və həmin qorxu aradan getdikdən sonra o həzrət Əlqəmə duasını nəql etmiş 
Sifvan adlı bir şəxsə göstəriş verdi ki, həmin yerdə bir əlamət və kölgəlik düzəltsin. Bundan sonra hamı Əli (ə)-ın 
qəbrinin orada olmasını başa düşdü və ora ziyarətə getməyə başladılar.
O həzrətin cənazəsini basdırmağa onun övladları və xüsusi şiələrdən olan bir neçə nəfər getmişdi. Həmin neçə 
nəfərdən biri Sə

səə ibni Sohan adlı bir kişi olub. Bu şəxs Əmirəl-mö

mininin saf və pak qəlbli dostlarından və eyni 
zamanda söz ustası və xətib olub. O, Əli (ə)-ın hüzurunda da xütbələr oxuyub. Əmirəl-mö

minin (ə)-ı dəfn etdikdən 
sonra hamıda fövqəladə hüzn, hiddət və qəzəb yaranmışdı, hamı hiddətdən boğulur və ağlayırdı. Ürəyi bərk sıxıntıda 
olan Sə

səə birdən Əli (ə)-ın qəbrinin torpağından bir ovuc götürüb başına tökür və əlini ürəyinin üstünə qoyub o 
həzrətlə danışmağa başlayır. 

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə