MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan


«Yusif dedi: Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə60/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   56   57   58   59   60   61   62   63   ...   158
Kamil insan

«Yusif dedi: Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq 
etdikləri işi görməkdən xoşdur...»
(Yusif-33)
.
Yusif deyir ki, ilahi, məni zindana göndər, amma bu qadınların cəngində giriftar etmə, şəhvətimi doydurmaq imkanına 
malikəm, amma bunu etmirəm. Qur

an bu cür olmağı öyrədir, Sə

di kimi tə

limlər vermir.
Deməli, bizim ədəbiyyatımızda bə

zən insanın kamilliyinin onun zəifliyində olması deyilməsinə baxmayaraq, 
kamillik zəiflikdə deyil. Hətta Baba Tahir də öz şe

rlərinin birində bu mətləbi deyib:
Ze dəste didevo del hər do fəryad
Hər ançe dide binəd del konəd yad
Bura kimi dedikləri düzdür. Amma sonra deyir:
Be sazəm xəncəri nişəş zefulad
Zənəm bərdide ta del gərdəd azad.
Deyir ki, görürəmsə ürəyim istəyir, buna görə də ürəyimi rahat etmək üçün ucu poladdan olan bir xəncər düzəldib 
onunla özümü kor etmək istəyirəm. Burada demək lazımdır: Tutaq ki, gözlərini kor etdin, bəs qulağınla eşitdiyin şeyləri 
neyləyəcəksən? Qulağın da bə

zi şeyləri eşidəcək və ürəyin, yenə də onları istəyəcək. Onda gərək qulaqlarına batıraraq 
onları da kar etmək üçün başqa bir xəncər düzəldəsən. Həmçinin daha artıq rahat etmək üçün gərək mütləq özünü axta 
da etdirəsən! Bundan sonra Mövlananın «Məsnəvi»də nəql etdiyi «quyruq, baş və qarınsız şir» kimi olacaqsan ki, Allah 
belə bir şir yaratmayıb. Baba Tahir əcəb kamil insan yaradıb!? Onun təsvir etdiyi kamil insan çox alidir! Onu təsəvvür 
etdiyi bu kamil insanın nə əli, nə ayağı, nə gözü, nə qulağı və ümumiyyətlə heç nəyi yoxdur!
Bizim ədəbiyyatımızda zəif və aciz insanlar yetişdirmək barəsindəki göstərişlər çoxdur. Amma yadda saxlamalıyıq 
ki, bəşəriyyət səhvə yol verir və həmişə ya ifrat ya da təfrit yolunu tutur. İnsan burada, islamın doğrudan da Allah 
tərəfindən göndərilmiş bir din olduğunu başa düşür. Adam Sokrat olanda bir tərəfi tutub səhv edir, Əflatun olanda başqa 
bir tərəfi və həmçinin İbni Sina, Mühyiddin Ərəbi, Mövlana, Niçe, Karl Marks, Jan Pol Sarter və s. olanda digər bir 
tərəfləri! Belə olan surətdə görürük ki, peyğəmbər bəşər ola-ola, onun məktəbi necə də ali, mütərəqqi və hərtərəflidir! 
Həmin şəxslər peyğəmbərlə müqayisədə şagirdlə müəllim kimi görünürlər. Sanki şagirdlərin hərəsi bir söz deyir və 
axırda müəllim ali və uca bir sözlə onların hamısını puça çıxarır. Hər halda zəiflik məktəbi də özü üçün bir məktəbdir.

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə