MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan


HƏYAT öLÜM-DİRİM MÜBARİZƏSİDİRMİ?



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə57/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   53   54   55   56   57   58   59   60   ...   158
Kamil insan

HƏYAT öLÜM-DİRİM MÜBARİZƏSİDİRMİ?
Bizim aramızda da bilmədən və özümüzdən asılı olmayaraq həmin sözlərdən yayılıb. Məsələn, «həyat ölüm-dirim 
mübarizəsidir» kimi bə

zi ifadələr işlədirik. Amma əslində bu belə deyil. Bəli, həyat ölüm-dirim mübarizəsi deyil, 
özünü müdafiə xarakteri daşıyan ölüm-dirim mübarizəsi haqq bir işdir.
Hətta Fərid Vəcdi kimi bə

zi müsəlman alimlər deyiblər ki, insanlar arasında döyüş və mübarizənin mövcudluğu 
zəruridir. Nə qədər ki, insan var, müharibə də olmalıdır. Müharibə bəşər həyatının toxunulmaz bir hissəsidir. Bunların 
fikrincə Qur

an da bu mətləbi təsdiq edir. Onlar bu iddialarında Qur

anın aşağıdakı ayəsinə istinad edirlər.
«...Əgər Allah insanların bir qismini digər qismi ilə [müşrikləri mö

minlərlə] dəf etməsəydi, sözsüz ki, soməələr 
[rahiblərin yaşadığı monastırlar], kilsələr, yəhudi mə

bədləri və içərisində Allahın adı çox zikr olunan məscidlər 
uçulub dağılmışdı...»
(Həcc-40).
«...Əgər Allah insanların bir qismini, digər bir qismi ilə dəf etməsəydi, yer üzü fitnə-fəsada uğrayardı...»
(Bəqərə-251).
Deyirlər ki, Qur

an bu ayələrdə müharibənin qanun və şəriətə uyğun bir şey olduğunu bəyan edib.
Amma demək lazımdır ki, həmin qrup şəxslər bu ayəni səhv başa düşüblər. Qur

anın bu ayəsi müdafiə məsələsini 
irəli sürür və xristianlığın əksinə olan bir fikir açıqlayır. Bu ilahi kitab «müharibə mütləq şəkildə məhkumdur və biz tam 
sülh istəyirik» deyən keşişin cavabında deyir ki, bəli, müharibə məhkumdur, amma haqq və həqiqətin müdafiəsi xatirinə 
olan müharibə deyil, təcavüzkarlıq xarakteri daşıyan müharibə pisdir! Cənab keşiş! Əgər müdafiə xarakterli müharibə 
olmasaydı, nə sən kilsəyə gedib ibadət edə bilərdin və nə də məscidə gedən mö

min öz məscidində ibadətlə məşğul ola 
bilərdi. Məsciddə ibadət edən mö

minin ibadəti haqq və həqiqəti müdafiə edən əsgərin cəsurluqlarına borcludur. Cənab 
xristianlar! İbadətlə məşğul olduğunu güman edən sizlər də həmin əsgərə minnətdar olmalısınız.
Buna görə də, ola bilər ki, insan kamillik və yetkinliyin elə bir mərhələsinə çatsın ki, ümumiyyətlə təcavüzkar 
mövcud olmasın, qanuni və şər

i döyüşlər belə baş verməsin. Deməli «həyat ölüm-dirim müharibəsidir» kimi ifadələrin 
(döyüş və toqquşmanın) həyatın zərurətlərindən olması mə

nasında işlədilməsi səhvdir.
Bəlkə də bə

ziləri üçün narahatedici olacaq bir mətləbə toxunmaq istəyirəm. Çünki bə

zi gənclər onların meyl və 
istəklərinə zidd olan şeylər eşidəndə narahat olurlar.
İmam Hüseyn (ə)-a bir cümləni aid edirlər ki, nə mə

nası düzdür və nə də onun o həzrətdən olması heç bir kitabda 
yoxdur. Onun dillərə düşmə müddəti də 40-50 ildən çox deyildir. Deyirlər ki, imam Hüseyn (ə) buyurub: 
«Həyat 
əqidəyə malik olmaq və onun uğrunda mübarizə aparmaqdan ibarətdir.»
Xeyir, bu söz əcnəbilərin fikirləri ilə düz 
gəlir. Onlar deyirlər ki, insan hər hansı bir əqidəyə malik olmalı və onun yolunda vuruşmalıdır. Qur

an haqdan söz 
açır. Qur

an baxımından cihad və həyat haqpərəstlik və haqq yolunda cihaddan ibarətdir, əqidə və onun yolunda cihad 
etməkdən yox! Əqidə həm haqq və həm də batil ola bilər. Əqidə bağlılıqdır, insanın zehnində minlərlə bağlılıq tapıla 
bilər. İnsanın hər halda bir əqidə və ideyaya sahib olmasının və onun yolunda cihad və sə

y etməsinin zəruriliyini deyən 
islam dini deyil, başqa bir məktəbdir. Onlar həmin əqidənin nədən ibarət olması barəsindəki suala cavabda deyirlər ki
əqidənin nə olması fərq etmir. Amma Qur

anın sözləri çox dəqiqdir. Bu səmavi kitab əqidə və onun yolunda cihad deyil, 
haqq və onun yolunda cihaddan söz açır. Qur

an deyir ki, sən əvvəl əqidəni islah etməlisən. Çox vaxt sənin ilk cihadın 
öz əqidənlə olur. Əvvəlcə əqidənlə cihad edərək düzgün və haqq əqidə əldə etməlisən, haqqı kəşf etdikdən sonra isə 
onun yolunda cihad etməlisən.
Deməli, qüdrətli və güclü insanın kamil insan olması fikri həyatın ölüm-dirim mübarizəsi olması nəzəriyyəsi üzərində 
qurulub. Bu nəzəriyyə də Darvinin «Həyat ölüm-dirim mübarizəsidir və heyvanlar həmişə ölüm-dirim mübarizəsi 
aparmaqdadırlar» fəlsəfəsinə əsaslanır. Biz bu fikirdə olanlara deyirik ki, əgər heyvanlar və insandan başqa digər 
varlıqlar belədirlərsə də, biz insanı bu cəhətdə onlarla bir hesab edə bilmərik. Çünki həmin söz müştərək həyat, qarşılıqlı 
rabitə, həmkarlıq, səfa-səmimiyyət və digər insani dəyərləri puç hesab edir. Bəs insanlar arasındakı bu səmimiyyət, 
vəhdət, həmkarlıq və məhəbbətlər nədir? Onlar bu sualın cavabında deyirlər ki, sən səhv edirsən! Bu həmkarlığı həmin 
mübarizə məcburi olaraq onlara qəbul etdirib. Həmin həmkarlıq, səmimiyyət və dostluqların arxasında mübarizə durur. 
Bunun necə olduğunu soruşanda isə belə deyirlər: İnsan həyatının əsası müharibə və mübarizədir. Amma insanlar böyük 
düşmənlə qarşılaşanda həmin böyük düşmən onlara məcburi dostluğu qəbul etdirir. Onların bu işləri əslində dostluq, 
səmimiyyət və həqiqət deyil və ola da bilməz. Böyük düşmənlə mübarizə üçün edilən əməkdaşlıqdır. Əməkdaşlıq və 
səmimiyyətlər daha böyük düşmənlə mübarizə aparmaq üçün yaranır. Həmin düşməni aradan götürsən görərsən ki, 


35
Kamilliyə doğru Wap.IXLAS.Az
bir-birləri ilə dost olan həmin qruplar parçalanaraq iki düşmənə çevrildilər. Əgər onların bir qrupu da aradan getsə 
yerdə qalan qrupun özü parçalanacaq və bir-birləri ilə düşmənçilik aparacaqdır. Bu proses yerdə iki nəfər qalana kimi 
davam edəcək və əgər həmin iki nəfər tək olsalar və onların müqabilində üçüncü bir qüvvə olmasa, onlar bir-birləri ilə 
döyüşməyə başlayacaqlar.
Bu nəzəriyyə tərəfdarlarının fikrincə bütün dostluq, səmimiyyət, sülh, insanlıq və birliklər bəşəriyyətə mövcud 
düşmənçiliklər tərəfindən məcburi şəkildə qəbul etdirilib. Deməli, bunların nəzərlərinə əsasən, mübarizə və döyüş əsas 
xarakter daşıyır və həmkarlıqlar ondan doğan və onun nəticəsində yaranmış bir ünsürdür.

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə