MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə56/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   52   53   54   55   56   57   58   59   ...   158
Kamil insan

QÜDRƏT MƏKTƏBİ
Kamil insan barəsində söz açan məktəblərdən biri də əql və eşqə deyil, yalnız qüdrətə əsaslanan məktəbdir. Bu 
məktəbin fikrincə kamil insan qüdrətli insandır və kamal, qüdrətin hansı mə

nada nəzərdə tutulmasından asılı olmayaraq 
güc və qüvvətdir.
Qədim Yunanıstanda sufistlər adlandırılan bir qrup olub. Onlar tam aşkar şəkildə deyirlərmiş ki, haqq gücdən 
ibarətdir. Onlar həmçinin iddia edirmişlər ki, harada güc varsa haqq da var və harada qüdrət varsa haqq həmin qüdrətdir 
və zəiflik haqsızlıq və haqqa malik olmaqla bərabərdir. Ümumiyyətlə onlar üçün ədalət və zülmün heç bir mə

nası 
olmayıb. Buna görə də haqqa zor haqqı, yə

ni gücdən yaranan haqq deyiblər. Yə

ni hər bir haqq güc və zordan yaranır. 
Bunların fikrincə insanın bütün sə

y və cəhdi yalnız güc, zor, qüvvət və qüdrət əldə etmək istiqamətində olmalıdır və o, 
öz güc və qüdrətini heç bir şeylə məhdudlaşdırmamalıdır.
Məşur alman filosofu Niçe son bir-iki əsrdə bu məktəbi dirildərək davam etdirib və həmin nəzəriyyələri tam aydınlaqla 
bəyan edib. Bunların fikrincə «düzgünlük yaxşıdır, doğruluq yaxşıdır, əmanətə xəyanət etməmək yaxşıdır, xeyirxahlıq 
yaxşıdır və yaxşılıq etmək yaxşı işdir» kimi sözlərin hamısı boş şeylərdir. Deyirlər ki, «acizlərin əlindən tutmaq lazımdır» 
fikri nə deməkdir? Onun əlindən tutmaq yox, başına bir təpik vurmaq lazımdır. Onun zəif olmasından böyük günahı 
yoxdur. Əgər zəifdirsə, sən də başına bir daş vur. Karl Marks deyib ki, dini, güclülər zəifləri öz əllərində saxlamaq üçün 
ixtira ediblər. Niçe isə onun əksinə olaraq deyib ki, dini zəiflər güclülərin qüdrətlərini məhdudlaşdırmaq üçün ixtira 
ediblər. Onun fikrincə dinin bəşəriyyətə olan xəyanəti güzəşt, rəhm, mürüvvət, insanlıq, bağışlamaq, yaxşılıq, ədalət 
və bu kimi kəlmələri insanlar arasında yaymasıdır ki, güclülər sonralar həmin kəlmələrə aldanaraq ədalət, səxavətlilik, 
mürüvvət, insanlıq və başqa şeylər naminə güclərini bir az məhdudlaşdırmaq məcburiyyəti qarşısında qalıblar.
Niçe deyir ki, dinlərin ehtiras və nəfsi istəklərlə mübarizə fikri nə deməkdir? Onlarla nəinki mübarizə aparmaq 
lazım deyil, bəlkə onları daha da gücləndirmək və yetişdirmək lazımdır. Həmçinin, dinlərin dedikləri bərabərlik fikri 
də çərənçilikdir. Bərabərlik nədir? Həmişə bir qrup güclü və istismarçı olmalı, digər bir qrup isə onların əli altında 
işləməlidir. Əl altında olanların canları çıxmalıdır və başları üstündə olanlar üçün işləməlidirlər ki, onlar inkişaf edərək 
böyüsünlər və aralarından üstün bir şəxs çıxsın. Dinlərin kişi ilə qadın bərabərdir şüarı da boş və mə

nasızdır. Kişi 
üstün və güclü bir cinsdir və qadın ona xidmət etmək üçün yaranıb və onun yaranmasının bundan başqa digər bir hədəfi 


34
Kamilliyə doğru Wap.IXLAS.Az
yoxdur. Kişi ilə qadının bərabərliyi fikri səhv bir fikirdir.
Bu məktəb qüdrətli və güclü insanı kamil insan hesab edir və kamalın qüdrət və gücdən ibarət olduğunu bildirir.

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə