MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan


«Əşhədu ənla ilahə illəllah və Əşhədu



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə54/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   50   51   52   53   54   55   56   57   ...   158
Kamil insan

«Əşhədu ənla ilahə illəllah və Əşhədu 
ənnə Muhəmmədən əbduhu və rəsuluhu»
səsi ucaldı.
La hovlə vəla qüvvəta illa billahil əliyyil əzim!


32
Kamilliyə doğru Wap.IXLAS.Az
BEŞİNCİ FƏSİL
MÜXTƏLİF MƏKTƏBLƏRİN KAMİL İNSAN BARƏSİNDƏKİ NƏZƏRİYYƏLƏRİNİN 
XÜLASƏSİ
Bəşəriyyət üçün məktəb gətirmiş hər bir şəxs, kamil insan və ya insanın kamalı barəsində nəzəriyyələr irəli sürüb. 
Əxlaq adlandırılan həmin şeydə deyilir ki, insan müəyyən xislətlərə malik olsa, insanlığın ali dərəcəsinə çatacaqdır və 
bu, kamil, ali və yüksək insan barəsində digər bir ifadə və yozumdur. Burada deyilir ki, «əxlaq» elm deyil fəndir, yə

ni 
olan şeylər deyil, olmalı şeylərə, insanın əldə etməli olduğu və ya əldə etməsi yaxşı olan xislətlər toplumuna aiddir.
ƏQL MƏKTƏBİ
Müxtəlif məktəb sahiblərinin kamil insan barəsindəki nəzəriyyələri ümumi baxışda bir neçə əsas nəzəriyyədə 
cəmləşir. Həmin nəzəriyyələrdən biri ağıl tərəfdarları və ya əql əhlinin nəzəriyyəsidir. Bu nəzəriyyə tərəfdarları insana 
daha çox əql cəhətindən baxır və onun cövhərinin başqa şey deyil, yalnız əql olmasını bildirirlər. Əqldən məqsəd isə 
təfəkkür və düşüncə qüvvəsidir. Qədim filosoflar, o cümlədən İbni Sina da bu cür fikirləşib. Onlar iddia ediblər ki, kamil 
insan hikmət və fəlsəfəyə yiyələnmiş insandır və insanın kamalı onun hikmətindədir.
Həmin filosoflar hikmət dedikdə nəyi nəzərdə tuturlar? Görəsən onların hikmətdən məqsədləri bizim bu gün elm 
adlandırdığımız şeydirmi? Xeyir! Onların hikmətdən – əlbəttə əməli yox, nəzəri hikmətdən – məqsədi «bütün varlığın 
düzgün ümumi dərki»dir. Bu, elmdən fərqli bir şeydir. Çünki elm varlığın bir hissəsinin dərkidir. Fələsfə ilə elmin 
fərqinin aydınlaşması üçün bu mətləbi bir az izah etmək lazımdır.
Məsələn, siz Tehran şəhəri barəsində iki cür mə

lumat əldə edə bilərsiniz. Siz bir dəfə ümumi, amma qapalı və qeyri-
müəyyən, bir dəfə isə xırdalıqları ilə və eyni zamanda aydın olan mə

lumat əldə edə bilərsiniz. Bə

zən, sizin Tehran 
barəsindəki mə

lumatınız bu şəhər arxitektorunun mə

lumatı kimi olur. Belə ki, həmin arxitektordan Tehranın ümumi 
planını çəkmək və kağız üzərində bütün prospekt, meydan, park və küçələri ümumi şəkildə göstərməyini istəsəniz, o, 
bu şəhərin btün yerləri barəsində sizə ümumi, amma qapalı mə

lumat verə bilər. Tehranın hər yeri barəsində mə

lumat 
verilməsinə baxmayaraq, siz həmin xəritədə öz evinizi tapmaq istəsəniz buna nail ola bilməyəcəksiniz. Hətta həmin 
arxitektor özü də bundan xəbərsizdir.
Amma ola bilər ki, bir nəfər Tehranın ərazisinin neçə kv. km., neçə prospekt və meydana malik olması, müəyyən 
obyektlərin harada yerləşməsi və bu şəhərdə nələrin olmasından xəbərsiz olmasına baxmayaraq, müəyyən məhəllə 
barəsində bütün təfərrüatlara malik olsun. Əgər siz ondan xüsusi bir yer barəsində soruşsanız o, həmin məhəllədə neçə 
küçə olmasını, bu küçələrin bir-birləri ilə necə kəsişdiklərini, hər küçədə neçə ev olmasını və hətta evlərin qapılarının 
rənglərinin hansının ağ, hansının yaşıl və hansının göy olmasını deyə bilər.


lumatı yalnız şəhərin ümumi quruluşu barəsində olan şəxsdən bu küçə barəsində bir şey soruşsanız, onun ən 
sadə mə

lumata belə malik olmadığını görərsiniz. Mə

lumatı yalnız bir küçə və məhəllə barəsində olan şəxsdən də 
Tehranın ümumi quruluşu barəsində söz soruşsanız heç nə bilməz. Filosof varlığı ümumi şəkildə araşdıran, onun əvvəl 
və axırını tapmağa çalışan, mərtəbə və dərəcələrini, ümumi qanunlarını dərk etmək istəyən şəxsə deyilir. Amma həmin 
filosof filan bitki, heyvan, daş, torpaq, ay, ulduz, günəş və bu kimi varlıqlar barəsində dəqiqliklə heç bir mə

lumata 
malik deyildir. Filosofun fikrincə hikmət, başdan-başa bütün varlıqlardan və aləmin ümumi gövdəsindən mə

lumat əldə 
etmək deməkdir, yə

ni bütün varlıqlar və aləmin ümumi gövdəsi hikmət sahibinin zehnində əks olunmalıdır. Bütün 
varlıq aləmi qaranlıq da olsa, onun əqlində canlanmalıdır. Bunlar deyirlər ki, insan ruhunun kamilliyi, aləmin ümumi 
gövdəsinin müəyyən cüz

i formada deyil, tam şəkildə onun zehnində əks olunması ilədir. Onlar bu fikri «insanın xarici 
aləmə bənzər zehni və əqlani dünyaya çevrilməsi» ifadəsi ilə bəyan ediblər. Yə

ni insanın özü bu dünya müqabilində 
digər bir dünya olmalıdır. Dünya, xarici bir aləm, insan isə zehni və əqli bir aləm olmalıdır.
Filosofların fikrincə, kamil insan ağılı kamala çatmış, yə

ni varlığın ümumi gövdəsi zehnində canlanmış insandır. 
Amma o, bu mərhələyə hansı vasitə ilə çatıb? O, fikir, deduksiya, bürhan və məntiq addımları ilə hərəkət edərək bu 
mərhələyə çatıb.
Amma, filosoflar yalnız bununla kifayətlənməyib, hikməti iki qismə bölürlər. Bunlardan biri nəzəri hikmət, yə

ni 
dünyanı dediyimiz kimi tanımaq, digəri isə əməli hikmətdir. Əməli hikmət nədir? Əməli hikmət də əql ilə bağlıdır. İnsan 
əqlinin bütün nəfsani istəklər və qüvvələrə tam hökmranlıq etməsinə və əqlin, bütün bunları tam surətdə özünə tabe 
etdirməsinə əməli hikmət deyilir. Filosoflar deyirlər ki, siz nəzəri hikmətdə dünyanı dediyimiz kimi fikir və deduksiya ilə 
dərk etsəniz və əməli hikmətdə əqlinizi nəfsi istəklərinizə hakim etsəniz, yə

ni bütün qüvvələr və nəfs əqlə tabe olsalar, 
siz kamil insansınız. Bu, əvvəlcə dediyimiz kimi əql və hikmət məktəbinin nəzərləridir. Gələn söhbətlərimizdə islamın 


33
Kamilliyə doğru Wap.IXLAS.Az
bu nəzərlərin hər biri barəsindəki fikirlərini geniş açıqlayacağam. İndi isə digər məktəblərin fikirlərini açıqlayıram.

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə