MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə55/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   51   52   53   54   55   56   57   58   ...   158
Kamil insan

EŞQ MƏKTƏBİ
Kamil insan barəsində söz açmış digər bir məktəb isə eşq məktəbidir. İrfan məktəbi olan bu eşq məktəbi insanın 
kamilliyini eşqdə, yə

ni Allahın zatına olan məhəbbətdə və eşqin insanı yetirdiyi şeydə görür. Bu məktəb əql məktəbinin 
əks qütbündə dayanır. Əql məktəbi hərəkət deyil, fikir məktəbi idi. Filosof hərəkətdən söz açmır. Onun fikrincə bütün 
hərəkətlər zehni hərəkətdir. Bu hərəkət özü də üfüqi deyil, vertikal və şaquli hərəkət məktəbidir. Kamala çatmaq istəyən 
insanın hərəkəti əvvəlcə vertikal və şaquli, yə

ni Allaha doğru hərəkət və uçuş olmalıdır.
Bunların fikrincə əsl söz fikir, əql, deduksya və s. deyil, insan ruhunun sözüdür. Bu əqidə sahiblərinin nəzərlərinə 
əsasən, insanın ruhu doğrudan da mə

nəvi hərəkətlə Allaha çatana kimi irəliləyir. Amma ariflər bu məsələyə çatanda 
səs-küy qoparırlar ki, «insan Allaha çatır» sözləri nə deməkdir? Amma onlar sözlərini öz yerində çox yaxşı deyiblər. 
Ümumiyyətlə eşq məktəbi əql məktəbini təhqir edir.
Bizim ədəbiyyatımızın çox gözəl və ali bölmələrindən biri də əql və eşqin mübahisəsi bölməsidir. Bu bəhsə daxil 
olanların əksəriyyəti irfan əhli olduqları üçün həmişə eşqi əqlə qalib ediblər. Eşq məktəbi, insanın kamala çatması üçün 
əqli qənaətbəxş və yetərli saymır. Bunlar deyirlər ki, əql, insan zatının hamısı deyil, onun vücudunun bir hissəsidir. Əql 
də göz kimi vasitələrdən biridir. İnsanın zatı və cövhəri əql deyil, ruhdur və ruh eşq aləmindəndir. Ruh elə bir cövhərdir 
ki, onda haqqa doğru hərəkətdən başqa bir şey yoxdur. Buna görə də bu məktəbdə əql təhqir edilir.
Hafiz bə

zən çox maraqlı ifadələrlə bu məsələyə toxunub:
Bəhaye badeyi çun lə

l çist cohəre əql
Biya ke sud kəsi bord kayine ticarət kərd
Ariflər həmişə xüsusi mə

nada işlətdikləri məstliyi əqldən üstün tuturlar. Onların özünəməxsus sözləri vardır və 
tohidi bir başqa mə

nada düşünürlər. Ariflərin tohidi vəhdəti vücuddur (pantsizmdir). Bu elə bir tohiddir ki, insan ona 
çatdıqda hər şey söz halına düşür. Kamil insan bu məktəbin nəzərdə tutduğu sonda ilahiləşir. Ümumiyyətlə əsl kamil 
insan Allahın özüdür və kamil olan hər bir insan puça çıxaraq Allaha çatır. Bu məktəb barəsində də öz yerində söhbət 
edəcəyik.

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə