MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə52/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   48   49   50   51   52   53   54   55   ...   158
Kamil insan

«Mənim atam sənə nə 
etmişdi? Mən atamın sağalacağına, üzüqaralığın isə sənə qalacağına ümid bəsləyirəm.»
Ummu Kulsum bu sözləri 
deyəndə İbni Mülcəm danışmağa başlayaraq belə dedi: Arxayın ola bilərsən; mən həmin qılıncı min dirhəmə almışam; 
min dirhəm da vermişəm ki, onu zəhərlə suvarsınlar; mən o qılınca o qədər zəhər yedirtmişəm ki, əgər Kufə əhalsininin 
başına birdən dəysəydi, hamısını bir yerdə öldürərdi. Atanın sağ qalmayacağından tam arxayın ola bilərsən.
Əli (ə)-ın heyranediciliyi və insani xariquladəliyi özünü burada göstərir. Vəsiyyətlərindən biri də «əsirinizlə xoş 
davranın» sözləri olur. Sonra isə belə deyir: 
«Ey Əbdülmüttəlib övladları! Mən dünyadan köçdükdən sonra camaatın 
arasına düşüb, «Əmirəl-mö

minin şəhid oldu, filankəs qatili təhrik etdi, filankəsin bu işdə əli var» deyib onu-bunu 
günahlandırmayın.» 
Sizin bu söhbətlərin dalınca getməyinizi istəmirəm. Mənim qatilim bir nəfərdir.
İmam Həsən (ə)-a belə buyurdu: 
«Oğlum Həsən! Məndən sonra onun ixtiyarı sənin əlindədir, azad etmək istəsən 
azad edərsən, qisas almaq isətəsən isə, yadında qalsın ki, o sənin atana bir zərbə vurub. Ona bir zərbə vurarsan, ölsə 
ölüb, ölməsə də ölməyib.»
Sonra yenə öz qatilinin vəziyyəti ilə maraqlanıb, ona yemək və su verilməsini soruşur; ona baxılıb-baxılmaması ilə 
maraqlanır. O həzrətə süd gətirirlər. O süddən bir az içib kasanı ətrafındakılara verərək belə deyir: 
«Qalanını həmin 
adama verin ki, ac qalmasın.»
Düşməni ilə bu cür rəftarları, Mövlananın ona «şücaətdə Allahın şirisən, mürüvvətdə kim olmağını isə özün bilirsən» 
deməsinə səbəb olur.
Bunlar Əli (ə)-ın mərdliyi və insanlığıdır. O, ölüm yatağına düşüb və halı getdikcə pisləşir; zəhər müqəddəs bədəninə 
daha çox tə

sir edir. Səhabələri narahat olur, ağlayır və nalə çəkirlər. Amma Əli (ə)-ın dodaqlarının təbəssümlə dolu 
olduğunu görürlər. Əli (ə) həmin vəziyyətdə belə buyurur:

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə