MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə48/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   44   45   46   47   48   49   50   51   ...   158
Kamil insan

və pis işlərdən çəkindirir...»
(Ənkəbut-45).
Bəli düzgün namazın xüsusiyyəti budur ki, o, insanı pis və çirkin işlərdən çəkindirir. Əgər namaz qılır və eyni 
zamanda günah edirsənsə, namazının namaz olmadığını bil, namazını düzəlt! Namazın düzgün namaz olsa o, səni bütün 
dəyərlərə çatdıracaqdır.
Bütün dərs və ibrətləri Əli (ə)-dan almalıyıq. O, bütün islami dəyərləri bir yerdə cəm etmiş toplumdur. Nəhcül-bəlağə 
Əli (ə)-ın sözləri toplanmış kitabın adıdır. Bu elə bir kitabdır ki, adam onun harasına baxırsa, yeni bir məntiqlə rastlaşır, 


ni bundan əvvəl danışan şəxsin deyil, başqa bir insanın danışdığını güman edirsən. O, Nəhcül-bəlağənin hər yerində 
əvvəlkindən fərqli, yeni bir şəxsiyyət, yə

ni bütün insani dəyərlərə malik olan bir şəxsiyyətdir. O, bir yerdə ancaq 
qəhrəmanlıq məntiqinə əsaslanır. Sanki uşaqlıq dövründən sonra hərbiçilik məktəbindən təhsil alıb və hərbi rütbələri 
keçərək bir komandan olub və hərbi komandanlıq məsələlərindən başqa heç nə bilmir; yalnız hərbi qəhrəmanlıqla dolu 
bir ruha malikdir. Başqa bir yerdə isə həmin Əlini aşiqcəsinə olan münacatdan başqa heç nəyə diqqət etməyən arif kimi 
görürük.
ƏLİ MÜRÜVVƏTİ
Bu gün Ramazan ayının 21-ci gecəsidir. İslamın məntiqi ilə tanış olmağımız üçün Nəhcül-bəlağədən bu iki məsələyə 
aid iki qısa ibarə oxuyuram. Müaviyə və Əli (ə)-ın qoşunları Fərat kənarında bir-birləri ilə üzləşirlər. Müaviyə göstəriş 
verir ki, onun döyüşçüləri tez, Əli (ə) və onun qoşunu çatmamış suyu onların üzünə bağlasınlar. Bu göstəriş Müaviyənin 
ətrafındakıları çox sevindirir. öz-özlərində fikirləşirlər ki, yaxşı vasitədən istifadə etdik, çünki Əlinin qoşunu çatanda su 
əldə edə bilməyəcək və nəticədə qaçmaq məcburiyyəti qarşısında qalacaqdır.
Əli (ə) məsələdən xəbərdar olanda belə buyurur: Əvvəlcə müzakirə aparaq, bəlkə məsələni bu yolla həll edə bildik. 
(Necə deyərlər əl ilə açıla bilən düyünü dişlə açmayaq.)
Elə bir iş görək ki, iki müsəlman dəstəsi arasında döyüş baş verməsin və qan tökülməsinin qarşısı alınsın. Sonra 
Müaviyəyə xitab edərək belə deyir: Sən biz çatmamış belə işə əl atmısan! Müaviyə döyüş şurası yaradaraq məsələni 
öz əsgər və sərkərdələri ilə müzakirə edərək belə deyir: Siz nə məsləhət görürsünüz? Onları su içməyə azad qoyaq ya 
yox? Bə

ziləri suyun azad buraxılmasına, bə

ziləri isə bunun əksini bildirdilər. Əmr As dedi: Azad qoyun, çünki azad 
qoymasanız zor gücünə suyu sizdən alacaqlar və sizin abrınız gedəcək. Axır ki, Əli (ə)-ın qoşununu azad su içməyə 
buraxmadılar və onu müharibəyə girişmək məcburiyyəti qarşısında qoydular. Belə bir vəziyyətdə Əli (ə) öz qoşunu 
qarşısında tə

siri minlərlə təbil, şeypur, hərbi nəğmə və marşdan yüksək olan belə bir xütbə oxudu: 

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə