MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan


ƏQLPƏRƏSTLƏRİN NƏZƏRLƏRİNİN XÜLASƏSİ



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə66/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   62   63   64   65   66   67   68   69   ...   158
Kamil insan

ƏQLPƏRƏSTLƏRİN NƏZƏRLƏRİNİN XÜLASƏSİ
Əvvəldə qeyd etdiyimiz kimi, qədim filosofların fikrincə insanın cövhəri və həqiqi «məni»i onun əqlidir. İnsanın 
bədəni onun şəxsiyyətinin bir hissəsi olmadığı kimi, onun müxtəlif ruhi iste

dad və qüvvələri də onun həqiqi şəxsiyyətini 
təşkil etmir. İnsanın həqiqi şəxsiyyəti onun düşünən qüvvəsidir. İnsan görən, təsəvvür edən, sevən, şəhvəti olan və 
qəzəblənən deyil, fikirləşən varlıqdır. Bütün bunlar, fikirləşən varlığın əlində olan bir alət və vasitələrdir. İnsanın 
cövhəri təfəkkürdür və kamil insan fikirləşməkdə kamil həddə çatmış insandır. Fikirləşmək və təfəkkürdə kamil həddə 
çatmağın mə

nası isə budur ki, o, dünya və varlığı olduğu kimi dərk və kəşf etmiş olsun.
Bu məktəbdə insan cövhərinin və həqiqi «mən»in əql olmasından əlavə, başqa bir şey də diqqət mərkəzindədir və o 
da budur ki, əql dünyanı olduğu kimi kəşf edə bilən, dünya gerçəkliklərini olduğu kimi əks etdirən və dünyanı düzgün 
şəkildə özündə göstərmək bacarığına malik olan bir qüvvədir.
Bu nəzəriyyəni qəbul etmiş islam filosoflarının fikrincə, Qur

anda deyilmiş islami iman dünyanı ümumi şəkildə, 
olduğu kimi tanımaq, dünyanın başlanğıcı, hərəkət, quruluş və hansı nöqtəyə qayıtmasını dərk etməkdən ibarətdir. 
Onlar deyirlər ki, Qur

anda Allaha, varlığın vasitələri olan mələklərə, dünyanın məxluq olmasına, Allahın dünyanı boş 
buraxmaması və hidayət etməsi, habelə bəşəriyyəti peyğəmbərlər vasitəsilə istiqamətləndirməsi və hər şeyin Allahdan 
gəlməsi, Ona qayıdacağı və Mə

ad adlandırılan əslə iman bəsləməkdən məqsəd dünyanın tanınmasıdır və bundan 
başqa bir məqsəd yoxdur. Bu filosoflar, həmişə öz təfsirlərində imanı fəlsəfi agahlıq və tanışlıq kimi izah edirlər. Onlar 
deyirlər ki, iman mə

rifət və tanışlıqdır. Amma cüz

i mə

rifət olan elmi tanışlıq deyil, fəlsəfi və filosofların düşüncə və 
tanışlığıdır. Fəlsəfi və ümumi mə

rifət dünyanın başlanğıc və sonunu, varlıqların dərəcələri və dünyanın ümumi hərəkət 
və cərəyanlarını kəşf edib bilmək mə

nasındadır.

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə