MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə70/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   66   67   68   69   70   71   72   73   ...   158
Kamil insan

İMANIN ƏSİLLİYİ
Ortaya çıxan digər bir məsələ isə budur ki, iman və tanışlıq – imanı tanışlığın eyni və ya tanışlığı onun bir hissəsi 
götürməyimizdən asılı olmayaraq – əsasdır, yoxsa o, əməlin müqəddiməsidir və əsas deyil? Burada da iki böyük məktəb 
bir-birinə qarşı çıxaraq üz-üzə dayanır.
«İman əsasdır» sözündən məqsəd nədir? Yə

ni iman, insan əməlinin e

tiqad bazası olduğu üçün, islam onu bizə 
tövsiyə edib? Başqa sözlə desək, insan dünyada sə

y və təlaş etməli, həmişə fəaliyyətlə məşğul olmalı, həmçinin həmin 
fəaliyyət müəyyən proqrama əsasən həyata keçirilməli və habelə insan müəyyən hədəf, proqram və taktikaya sahib 
olmalı olduğu üçün e

tiqadi təmələ malik olmalıdır? Sualı sadələşdirmək üçün onu bir az da genişləndiririk. Belə ki, 
insan, fəaliyyəti istər-istəməz zehni olan bir varlıqdır. O, həyatında əməli proqramlara malik olmaq və hədəflərinə 
çatmaq üçün zehni və e

tiqadi təmələ möhtacdır və həmin şeylər bu təməl olmadan mümkün deyildir. İndi sual budur 


42
Kamilliyə doğru Wap.IXLAS.Az
ki, ona, bu zehni məhsulları üzərində qurması üçün e

tiqadi təməl vermək lazımdırmı?
Bu eyni ilə bir bina, salon və ev tikmək istəyən şəxsə bənzəyir. Həmin şəxsin hədəf və məqsədi dörd divar, bir tavan, 
qapı, pəncərə və s. şeylərə malik olan bir salon tikməkdir. Hər hansı bir tikinti, o cümlədən bu salonun tikilməsində 
görüləcək ilk iş, yə

ni yerin qazılması və tikinti təməlinin tökülməsi həmin şəxsin hədəf və məqsədindən xaricdir, 
amma tikiləcək salonun möhkəmliyi və titrəyərək uçmaması üçün həmin işin görülməsi zəruridir.
Məsələn, kommunizm materializmə arxalanan və materialist fikirləri üzərində qurulmuş bir sıra e

tiqadi əsaslara 
malikdir. Onun, həmçinin bir sıra ictimai, siyasi, iqtisadi və əxlaqi əsasları vardır ki, həmin e

tiqadi əsaslar fikri quruluş 
baxımından bu əsaslar üçün təməldirlər. Amma kommunist şəxs üçün həmin fikri əsaslar hədəf deyildir. Doğrudan 
da kommunist üçün materializm hədəf deyil və bu onun üçün əsas məqsəd sayılmır. Amma o, səhvən belə fikirləşir 
ki, materializmsiz bu ictimai, siyasi, iqtisadi və əxlaqi əsasları heç cür yozmaq mümkün deyildir. Buna görə də bu 
əsasları yozmaq üçün həmin fikri əsasları qəbul edir. Son zamanlar dünyada olan kommunistlərin çoxu materializmi 
kommunizmdən ayırmağa başlayıblar. Onlar deyirlər ki, materializm nəinki bizim üçün əsas deyil, bəlkə bizim onu 
inkaredilməz əsas kimi qəbul etməyimizin heç bir lüzumu yoxdur, biz hətta materializmsiz olsa belə, kommunizmi 
istəyirik. İndi dünyanın bə

zi yerlərində kommunist başçıları dinlə mübarizəni yavaş-yavaş azaltmağa başlayıblar. Bunun 
səbəbi odur ki, həmin fikri əsaslara inam onlar üçün əsas deyil. Həmin fikri əsaslar yalnız e

tiqadi baza və fikri təməldir. 
Dünyagörüşü olmadan ideologiya qurmaq mümkün olmadığı üçün, bu dünyagörüşünü onun altında qururlar. Bundan 
məqsəd öz ideologiyalarını həmin dünyagörüşü üzərində qurmaqdır. Amma əsas və hədəf ideologiyanın özüdür.
Bu məsələ islamda necədir? İslam da, Allah, mələklər, peyğəmbər, övliyalar və mə

ada iman bəsləməyi fikri və 
e

tiqadi təməl təqdim etmək üçün irəli sürübmü? İslam, ideologiyasının fikri əsaslar üzərində qurmaq üçün bu fikri 
əsasları irəli sürüb və əslində, əsas hədəf ideologiyadır və bu fikri əsaslar əsassızdırlar? Yaxud bu fikri əsasların özləri 
də əsasdırlar? Bu sualın cavabı budur ki, həmin fikri əsaslar islam ideologiyasının e

tiqadi təməli olmaqla yanaşı, təməl 
dəyərinə malik deyillər. İslam da, iman və e

tiqadi təməldir və islam ideologiyası həmin iman üzərində qurulur, amma 
iman təməl dəyərinə malik olmaqla yanaşı həm də əsasdır. (Yə

ni hədəf də sayılır).
Deməli burada filosoflar haqlıdırlar və imanın dəyəri onun əmələ müqəddimə olmasına görə deyildir, onun özü 
əsasdır. Hər şey əməl, fəaliyyət və sə

ydən ibarət deyil. Əgər imanı əməldən ayırsaq onun bir sütununu xarab etmiş 
olarıq. Həmçinin əməlin imandan ayrılması onun sütunlarından birini xarab etmək deməkdir. Qur

an həmişə «iman 
gətirib yaxşı əməl edənlər...» deyir. İman əməlsiz olsa, səadətin rükunlarından biri var, digəri isə yoxdur. Əməli əsas 
kimi tutub, imanı buraxmaq da düz deyil. Səadət çadırı bir sütun üzərində dayanmır. İslam baxımından imanın zatı 
dəyəri var və onun özü əsasdır. Doğrudan da insanın bu dünya, xüsusilə axirət dünyasındakı kamalı onun imanlı olması 
ilədir. Çünki islamda ruh doğrudan da müstəqildir, özünün kamalı var və o, insan öləndən sonra da qalacaqdır. Ruh öz 
kamilliklərinə çatmasa naqis olur və səadətə nail ola bilmir.

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə