MüƏllifdən II



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə61/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   ...   57   58   59   60   61   62   63   64   ...   266



Mirağa Cəfərquliyev 

İr İşlərə baxırlar. Həmçinin məhkəməyədək sadələşdirilmiş icraat üzrə 

materiallara,  xüsusi  ittiham  qaydasında  şikayətlərə,  habelə  məhkəmə 

nəzarəti funksiyalannm həyata keçirilməsinə dair və digər materiallara 

baxırlar. 

Bütün bunlan ümumiləşdirərək qeyd etmək lazımdır ki, Azərbaycan 

Respublikasının “Məhkəmələr və hakimlər haqqında” Qanununun 20-ci 

maddəsinə müvafiq olaraq rayon (şəhər) məhkəməsi birinci instansiya 

məhkəməsi  kimi  qanunla  səlahiyyətlərinə  aid  edilmiş  mülki,  cinayət 

işlərinə, inzibati xətalara dair və digər işlərə baxır. 

Hər bir rayon (şəhər) məhkəməsinə yalnız məhkəmənin yurisdiksi- 

yasında baş vermiş cinayətlərlə bağlı işlər və digər materiallar aiddir. 

2.

 

Hərbi  məhkəmələrin  aidiyyəti.  Hərbi  məhkəmələr  birinci 



instansiya məhkəməsi qismində fəaliyyət göstərirlər. Onlar müharibə və 

hərbi xidmət əleyhinə olan böyük ictimai təhlükə törətməyən və az ağır 

cinayətlərə dair,  habelə hərbi  qulluqçular tərəfindən törədilmiş böyük 

ictimai  təhlükə  törətməyən  və  az  ağır  cinayətlərə  dair  işlərə  baxırlar 

(göstərilən  cinayətlər  hərbi  qulluqçu  olmayan  şəxsin  iştirakı  ilə 

törədilərsə,  onun  barəsində  işə  də  hərbi  məhkəmə  tərəfindən  baxılır). 

Naxçıvan Muxtar Respublikasının ərazisində müvafiq hərbi məhkəmə 

Ağır  cinayətlərə  dair  işlər  üzrə  hərbi  məhkəmənin  yuris-  diksiyasını 

həyata keçirir. 

Hərbi  məhkəmələr,  məhkəmə  nəzarəti  funksiyalarının  həyata 

keçirilməsinə dair və digər materiallara baxırlar. 

Hər bir hərbi məhkəməyə yalnız məhkəmənin yurisdiksiyasında baş 

vermiş cinayətlərlə bağlı işlər və digər materiallar aiddir. 

3.

 



Ağır  cinayətlərə  dair  işlər  üzrə  Azərbaycan  Respublikası 

məhkəməsinin  aidiyyəti.  Ağır  cinayətlərə  dair  işlər  üzrə  Azərbaycan 

Respublikasının  məhkəməsi  birinci  instansiya  məhkəməsi  qismində 

fəaliyyət  göstərir.  Bu  məhkəmə  ağır  və  xüsusilə  ağır  cinayətlərə  dair 

işlərə  və  digər  materiallara  baxır.  Adı  çəkilən  məhkəməyə  yalnız 

məhkəmənin  yurisdiksiyasında  baş  vermiş  cinayətlərlə  bağlı  işlər 

aiddir. 

Yuxanda  sadalanan  səlahiyyətlərdən  başqa  Ağır  cinayətlərə  dair 

işlər  üzrə  məhkəmə  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə 

müəyyən  edilmiş  qaydada  cinayət  törətmiş  şəxslərin  verilməsi 

(ekstradisiya)  məsələsini  həll  edir,  məhkəmə  statistikasını  təhlil  edir, 

məhkəmə təcrübəsini öyrənir və ümumiləşdirir, Azərbaycan Respub- 




 

V! FƏSİL. Cİ.\AYƏT FHOSESİNİ,\ SUHYEKTLƏKİ. MƏHKƏMƏ VƏ CİNAYƏT FROSESİNOƏ İŞTİRAK EDƏN ŞƏXSLƏR 

likası  qanunvericiliyi  ilə  ona  aid  edilmiş  digər  səlahiyyətləri  həyata 

keçirir. 

4.

 



Ağır  cinayətlərə  dair  işlər  üzrə  Azərbaycan  Respublikası  hərbi 

məhkəməsinin aiddiyyəti. Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan 

Respublikası hərbi məhkəməsi birinci instansiya məhkəməsi qismində 

fəaliyyət göstərir. Bu məhkəmə müharibə və hərbi xidmət əleyhinə olan 

ağır  və  xüsusilə  ağır  cinayətlərə  dair,  habelə  hərbi  qulluqçular 

tərəfindən  törədilmiş  ağır  və  xüsusilə  ağır  cinayətlərə  dair  işlərə  və 

digər materiallara baxır. Burada belə bir cəhəti də nəzərə almaq lazımdır 

ki, yuxarıda göstərilən cinayətlər hərbi qulluqçu olmayan şəxsin iştirakı 

ilə törədilmişsə, onun barəsində işə də Ağır cinayətlərə dair işlər üzrə 

Azərbaycan Respublikasının hərbi məhkəməsi tərəfindən baxılır. 

Yuxanda  başqa  məhkəmələr  barəsində  qeyd  olunan  müddəa,  yəni 

məkan məsələsi bu məhkəı ləyə də aiddir. O da yalnız onun yurisdik- 

siyasında baş vermiş cinayətlərlə bağlı işlərə baxır. 

Azərbaycan  Respublikasının  “Məhkəmələr  və  hakimlər  haqqında” 

Qanununa müvafiq olaraq (maddə 37) Ağır cinayətələrə dair işlər üzrə 

hərbi  məhkəmə  Azərbaycan  Respublikasının  paytaxtı  Bakı  şəhərində 

təşkil  edilir,  onun  yurisdiksiyası  Azərbaycan  Respublikası  Silahlı 

Qüvvələri qarnizonlarının bütün hərbi hissələrinə şamil edilir. 

5.

 

Ağır  cinayətlərə  dair  işlər  üzrə  Naxçıvan  Muxtar  Respublikası 



məhkəməsinin aidiyyəti. Azərbaycan Respublikasının 16 iyun 2007-ci 

il tarixli Qanunu ilə CPM-yə “Ağır cinayətlərə dair işlər üzrə Naxçıvan 

Muxtar Respublikası məhkəməsinin aidiyyəti” adlanan 70- 1. nömrəli 

yeni bir maddə əlavə olundu. 

Bu yeni normanın mahiyyətindən bəlli olur ki. Ağır cinayətlərə dair 

işlər üzrə Naxçıvan Muxtar Respublikası məhkəməsi birinci instansiya 

məhkəməsi qismində fəaliyyət göstərir. Adı çəkilən məhkəmə ağır və 

xüsusilə ağır cinayətlərə dair işlərə və digər materiallara baxır. 

Digər  məhkəmələr  kimi.  Ağır cinayətlərə  dair  işlər üzrə  Naxçıvan 

Muxtar  Respublikası  məhkəməsinə  də  yalnız  onun  yurisdiksiyasında 

baş vermiş cinayətlərlə bağlı işlər aiddir. 

6.

 



Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin aidiyyəti. 

Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi Naxçıvan Muxtar 

Respublikasının ali məhkəmə orqanı olmaqla qanunla müəyyən 



 

Mirağa Cəfərquliyev 

edilmiş  qaydada  ədalət  mühakiməsini  həyata  keçirir  və  Naxçıvan 

Muxtar Respublikası məhkəmələrinin işinə nəzarət edir. 

Naxçıvan  Muxtar  Respublikası  Ali  Məhkəməsinin  funksiyaları 

Azərbaycan  Respublikasının  16  iyun  2007-ci  il  tarixli  Qanunu  ilə 

CPM-in 71-ci  maddəsinə edilmiş dəyişikliklərdən sonra köklü sürətdə 

təkmilləşdirilmişdir.  Adı  çəkilən  normanın  yeni  variantına  görə 

Naxçıvan  Muxtar  Respublikasının  Ali  Məhkəməsi  cinayət  işləri  və 

cinayət  təqibi  ilə  bağlı  digər  materiallar  üzrə  apellyasiya  instansiyası 

məhkəməsi qismində fəaliyyət göstərir. 

Naxçıvan  Muxtar  Respublikasının  Ali  Məhkəməsi  aşağıda 

sadalanan  birinci  instansiya  məhkəmələrinin  qanuni  qüvvəyə 

minməmiş hökmlərindən və digər qərarlarından apellyasiya şikayətləri 

və ya protestləri əsasında cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər 

materiallara baxır: 

1)

 



Naxçıvan 

Muxtar 


Respublikasının 

rayon 


(şəhər) 

məhkəmələrinin; 

2)

 

yurisdiksiyasına aid edilmiş hərbi məhkəmələrin



3)

 

Ağır  cinayətlərə  dair  işlər  üzrə  Naxçıvan  Muxtar  Respublikası 



məhkəməsinin. 

Naxçıvan MR Ali Məhkəməsinin cinayət işləri və inzibati xətalara 

dair  işlər  üzrə  kollegiyası  cinayət-prosessual  qanunvericiliyi  ilə 

müəyyən  edilmiş  qaydada  və  hallarda  Naxçıvan  MR  rayon  (şəhər) 

məhkəmələrinin, habelə  ağır  cinayətlərə  dair  işlər üzrə  Naxçıvan MR 

məhkəməsinin qanuni qüvvəyə minməmiş hökm və ya digər qəranndan 

verilmiş  apellyasiya  şikayət  və  protestlərinə  baxmaq  səlahiyyətinə 

malikdir. 

Naxçıvan  MR  Ali  Məhkəməsinin  hərbi  məhkəmələrin  işləri  üzrə 

kollegiyası  Naxçıvan  MR  Hərbi  Məhkəməsinin  qanuni  qüvvəyə 

minməmiş hökm və ya digər qəranndan verilmiş apellyasiya şikayət və 

protestlərinə  baxmaq  hüququna  malikdir.  Eyni  zamanda  həmin  hərbi 

məhkəmənin  Ağır  cinayətlərə  dair  işlər  üzrə  hərbi  məhkəmənin  yu- 

risdiksiyasına aid işlərə baxaraq qəbul etdiyi qərar və hökmlərdən (andlı 

iclasçılann  iştirakı  ilə  çıxanimış  hökmlər  istisna  olmaqla)  apellyasiya 

şikayət  və  protestlərinə  də  Naxçıvan  MR  Ali  Məhkəməsinin  bu 

kollegiyasında baxılacaqdır. 

Yuxarıda qeyd edilənlərdən əlavə, Naxçıvan MR Ali Məhkəməsinin 

kollegiyaları,  “Məhkəmələr  və  hakimlər  haqqında”  Azərbaycan 

Respublikası Qanununun 56-cı maddəsinə uyğun olaraq, Azərbaycan 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə