Mirağa Cəfərquliyev
IV
FƏSİL
CİNAYƏT MÜHAKİMƏ
İCRAATININ ƏSAS PRİNSİPLƏRİ
VƏ ŞƏRTLƏRİ (VASİTƏLƏRİ)
§ 1. Cinayət prosesinin prinsiplərinin anlayışı və sistemi
Cinayət prosesinin prinsipləri dedikdə cinayət prosesinin
demokratik təbiətini və xarakterini, habelə onun vəzifələrini müəyyən
edən hüquq normalarında möhkəmələndirilmiş əsas rəhbər müddəalar
başa düşülür.
Həmin rəhbər müddəalar cinayət-prosessual hüququn bütün
sistemini, onun institutlarını, habelə istintaq, təhqiqat, prokurorluq və
məhkəmə orqanlarının fəaliyyətinin siyasi və prosessual istiqamətlərini
müəyyən edir.
Cinayət prosesinin prinsipləri təkcə hüquqi deyil, həm də siyasi və
fəlsəfi baxışları ifadə edir. Bunu da qeyd etmək lazımdır ki, həmin
rəhbər müddəaların (yəni prinsiplərin) tətbiqi sahəsi hüquqla
məhdudlaşmır, onlar kateqoriya kimi elmdə, hüquq düşüncəsinin
elementi kimi geniş əhali kütləsinin şüurunda yaşayır və inkişaf edir.
Cinayət-prosessual hüquqda rəhbər müddəaların - prinsiplərin icrası
məcburi olduğu halda elmdə hüquqi kateqoriya kimi onlar metodoloji
və nəzəri funksiyanı yerinə yetirirlər.
Cinayət prosesinin prinsipləri cinayət mühakimə icraatının sosial
mahiyyətini və onun siyasi istiqamətini ifadə edir. Onların məzmunu
cinayət mühakimə icraatının vəzifələri ilə müəyyən edilir. Belə ki,
cinayət prosesi prinsiplərinə əməl etmədən cinayət mühakimə icraatının
vəzifələrini yerinə yetirmək qeyri-mümkün olardı.
Hüquq ədəbiyyatında cinayət prosesinin prinsipi anlayışı haqqında
iki baxış yer almışdır
(28. s.38-39; 119. s.509; 106. s.124-181; 55. s.46-63;31).
IV FƏSİL CİN A YƏT MÜHAKİMƏ İCRAA TININ ƏSAS PRİNSİPLƏRİ VƏ ŞƏRTLƏRİ (VASİTƏLƏRİ)
Onlardan birincisinin tərəfdarları prosesin prinsipi və cinayət prosesinin
mühüm xassələrinin əlaqəsini ön plana çəkir. Ona görə də onlar
prosesin prinsiplərini cinayətkarlıqla mübarizə aparan orqanlann
fəaliyyətinin əsas başlanğıclarını, bütün cinayət mühakimə icraatında
iştirakçıların hüquqlarını və vəzifələrini, onun daha mühüm xassələrini
və cəhətlərini müəyyən edən qanunda təsbit edilmiş başlanğıc
müddəalar kimi müəyyən edirlər.
İkinci baxışın tərəfdarları prosesin prinsipi anlayışını təyin edərkən,
onun digər prosessual normalarla nisbətinə diqqəti yönəldirlər. Onlar
qeyd edirlər ki, prosesin prinsipləri daha xüsusi (konkret) prosessual
normalarda konkretləşmə və detallaşma alan ümumi və müəy- yənedici
xarakterli normalardır.
Cinayət prosesinin prinsipi anlayışının təyin edilməsi zamanı
prinsiplərin təsbit olunması forması haqqında məsələ diskussiya
predmeti kimi hələ də qalmaqdadır. Bəzi prosessualistlər prosesin
prinsiplərinə təkcə qanunvericilikdə təsbit olunmuş prinsipləri deyil,
həm də digər müddəaları, eləcə də sanki cinayət prosesinin üzərində
qurulduğu ideyaları aid etməyi mümkün hesab edirlər. Digər
prosessualistlər hesab edirlər ki, prosesin prinsipinin məcburi əlaməti
onun cinayət-prosessual hüquq normalarında qanunvericilik təsbitidir.
Bu mövqe ilə razılaşmaq olar, o daha inandırıcı və əsaslı görünür. Belə
ki, qanunda təsbit olunmamış müddəalar cinayət mühakimə icraatı
sahəsində ictimai münasibətləri tənzimləyə bilməz və aydın məsələdir
ki, cinayət prosesinin mühüm xassələrini ifadə edə bilməzlər. Bundan
başqa, cinayət-prosessual prinsipin prosesin qurulduğu yalnız əsas
müddəa kimi təyin edilməsi cinayət prosesinin prinsipləri sistemi
haqqında məsələnin mübahisəsiz və özbaşına həllinə, beləliklə, bu və ya
digər proses- sualistin fikrincə, rəhbər əhəmiyyətə malik olan istənilən
müddəanın daxil edilməsinə əsas verir.
Prosessual ədəbiyyatda demokratik prinsiplərin mahiyyəti ümum-
ləşdirilərək çox düzgün olaraq qeyd edilir ki, cinayət prosesinin
prinsipləri elə müddəalardır ki, onlar, birincisi, bütün cinayət mühakimə
icraatı üçün təməl başlanğıc əhəmiyyətinə malik olmalı; ikincisi, hüquq
normalannda ifadə olunmalı; üçüncüsü, ümumprosessual xarakter
daşımalı və cinayət prosesinin bütün mərhələlərinə bütövlükdə aid
olmalı və ya heç olmasa, özünün tam təzahürünü məhkəmə araşdırma-
m
Mirağa Cəfərquliyev
sında - mərkəzi mərhələdə və ya ən azı daha ilkin mərhələlərdə
təzahürünü tapmalı; dördüncüsü, digər prinsiplərin məzmununu
təkrarlamayan müstəqil məzmuna malik olmalıdır.
Yuxarıda söylənilənlər ona dəlalət edir ki, cinayət prosesinin
prinsipləri bir sıra vacib əlamətlərə malik olmalıdır. Şübhəsiz ki, həmin
əlamətlərin hər hansı birinin olmaması müddəanı cinayət prosesinin
prinsipi kimi qəbul etməyə imkan vermir. Bu əlamətləri qısa olaraq belə
şəkildə şərh etmək olar:
1)
prinsip qanunda ali qanunverici orqan tərəfindən qəbul edilən və
ali hüquqi qüvvəyə malik normativ aktda təsbit olunan normadır;
2)
prinsip dövlətin məcburi qüvvəsi ilə həyata keçirilən prosessual
davranış qaydasıdır;
3)
prinsip ümumi qaydada qəbul edilən təkcə istənilən
cinayət-prosessual norma deyil, bütün cinayət mühakimə icraatı üçün
təməli əhəmiyyətə malik olan və onun vacib cəhətlərini xarakterizə
edən normadır;
4)
prinsip öz xarakterinə görə ümumprosessual olmalı və əgər bu
onun mahiyyətinə və məzmununa zidd deyilsə, cinayət mühakimə
icraatının bütün mərhələlərinə aid olmalıdır;
5)
prinsip cinayət-prosessual fəaliyyətin səmərəli funksiyasını və
cinayət mühakimə icraatının vəzifələrinin müvəffəqiyyətlə həyata
keçirilməsini təmin edən əsas amillərin məcmusudur.
Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra ölkəmizdə
məhkəmə islahatına, bütövlükdə hüquqi islahata böyük diqqət
göstərilməkdədir. Ölkəmizdə son illərdə «hüquq islahatlan» mövzusuna
həsr olunmuş bir sıra elmi konfrans və simpoziumlar keçirilmişdir.
Son illərdə hüquqi islahatlarla bağlı qəbul olunmuş çox saylı
qanunlarda və yuxarıda adı çəkilmiş elmi konfranslarda cinayət
mühakimə icraatının prinsiplərinə sözsüz əməl edilməsi xüsusilə qeyd
edilmişdir. Konfransların yekun sənədlərində deyilir ki, sivil hüquqi,
demokratik dövlətdə məhkəmənin rolunu yüksəltmək müasir dövrün
mühüm vəzifələrindən biridir.
Cinayət mühakimə icraatının əsaslarının - çəkişmə, aşkarlıq, təq-
sirsizlik prezumpsiyasına sözsüz əməl edilməsi, istər ittihamedicilik
meylinin, istərsə də qanuna qəsd etmiş adamlara üz verilməsinin
yolverilməzliyi kimi əsasların həyata keçirilməsinin təminatlannı xeyli
möhkəmlətmək lazımdır.
Dostları ilə paylaş: |