Mirağa Cəfərquliyev
də göstərilmiş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan
ödənilməlidir. Həmçinin bu şəxslərin əmək və mənzil hüquqlan bərpa
edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması
nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir.
Qanunvericilikdə şəxsə dəyən ziyanın hansı andan hesablanması
məsələləri də geniş araşdırılmışdır. CPM-in 57.2-ci maddəsinə müvafiq
olaraq vurulmuş ziyan aşağıdakı andan hesablanır:
-
CPM-in 56.0.1, 56.0.2, 56.0.5 və 56.0.6-cı maddələrində
göstərilən şəxslərə - cinayət prosesini həyata keçirən orqanın cinayət
təqibini istisna edən müvafiq halları bildiyi və bilməli olduğu gündən
yeddi gün keçdikdən sonra;
-
CPM-in 56.03 və 56.0.4-cü maddələrində göstərilmiş şəxslərə -
müvafiq olaraq cinayət qanununun və ya amnistiya aktının qüvvəyə
mindiyi andan.
Yuxarıda şərh olunmuş müddəalardan fərqli olaraq CPM-in 56-cı
maddəsində göstərilən şəxslərin könüllü gəlməsi və ya sonradan yalan
olduğu aşkar edilərək məhkəmə qarşısında özlərinin təqsirli olduqları
barədə bəyanatları ilə özlərinə qarşı cinayət təqibinin başlanmasına və
prosessual məcburiyyət tədbirlərinin tətbiqinə şərait yaratmaları
müəyyən edildikdə ziyan ödənilmir.
Cinayət prosesində vurulmuş ziyana görə kompensasiya məsələsinə
gəlincə, aydın olur ki, qanunvericiliyin tələbinə görə cinayət prosesini
həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş
maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiya
verilməklə tam həcmdə ödənilməlidir. Fiziki və mənəvi ziyan
Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə
tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə
ödənilir.
Vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi məsələsini
araşdıranda görürük ki, burda qanunvericilik qaranlıq bir məsələ
saxlamamışdır, yəni nəyə görə bu kompensasiyanın verilməsi dəqiq və
dürüst göstərilmişdir. Cinayət-Prosessual Məcəllənin 56-cı maddəsində
göstərilən şəxslərə aşağıdakılara görə kompensasiya verilir:
-
məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər;
-
müsadirə edilməsi, dövlət nəfmə keçirilməsi, istintaq orqanları
tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak
ziyanı;
V FƏSİL CİNAYƏT TƏQİBİ VƏ CİNAYƏT TƏQİBİ ÜZRƏ İCRAATIN APARILMASI
□Ea
-
ödənilmiş məhkəmə xərcləri;
-
müdafiəçiyə ödənilmiş pul məbləği;
-
hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə.
Eyni zamanda qanunda belə bir şərhə də rast gəlmək olur ki, həbsdə
saxlanılmasına, məhkəmə məsrəflərinə, həbsdə saxlanılarkən gördüyü
məcburi işlərə görə haqqın verilməsinə sərf olunmuş məbləğlər cinayət
prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində
şəxsə vurulmuş ziyanın ödənilməsi üçün nəzərdə tutulmuş məbləğdən
çıxıla bilməz.
Vurulmuş ziyanın ödənilməsi ilə bağlı digər hüquqlann bərpası da
qanunvericilikdə nəzərdə tutulmuşdur. Belə ki, CPM-in 56-cı
maddəsində göstərilən şəxs vurulmuş ziyanın ödənilməsi ilə əlaqədar:
əvvəlki vəzifəsinə bərpa olunmaq, bu mümkün olmadıqda isə ona
bərabər vəzifəyə təyin olunmaq və ya əvvəlki vəzifəsinin itirilməsi ilə
bağlı vurulmuş ziyana görə pul kompensasiyasını almaq; azadlıqdan
məhrum edildiyi və ya azadlığının məhdudlaşdınidığı vaxtı iş stajına
daxil etdirmək; əvvəl yaşadığı evini (mənzilini) qaytarmaq, bu mümkün
olmadıqda isə ona bərabər tutulan, o cümlədən sahəsinə və yerləşdiyi
yerə uyğun yaşayış evinə (mənzilə) köçürülmək; məhrum olduğu xüsusi
və ya hərbi rütbəni bərpa etdirmək; məhrum olduğu fəxri adını və ya
dövlət təltiflərini qaytarmaq hüquqlarına malikdir.
Yuxarıda sadalanan hüquqlardan başqa məhkəmə tərəfindən bəraət
verilmiş, həmçinin barəsində cinayət təqibinə xitam verilmiş şəxsin
tələbi ilə məhkəmə və ya istintaq orqanı iki həftə müddətində bu barədə
həmin şəxsin əvvəlki və ya hazırkı iş yerinə, təhsil aldığı yerə, yaşayış
yerinə məlumat verməlidir. Cinayət-prosessual qanunvericilik bununla
kifayətlənməyərək tələb edir ki, şübhəli və ya təqsirləndirilən şəxsi
ləkələyən cinayət təqibi haqqında məlumatlar dərc edən kütləvi
inforaıasiya vasitəsi vətəndaşın təqsirsizliyini şübhə altına almadan bir
ay müddətində iş üzrə yekun qərarı haqqında məlumat verməlidir.
İnsan hüquq və azadlıqlarına çox böyük məsuliyyətlə yanaşan
cinayət-prosessual qanunvericilik tələb edir ki, cinayət prosesini həyata
keçirən orqan onun səhvi və ya sui-istifadəsi nəticəsində həbsdə
saxlanılmış, yaxud təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxsdən
yazılı surətdə üzr istəməlidir.
Mirağa Cəfərquliyev
Vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququna malik olan
şəxslərin tərkibi də artıq qanunvericilikdə öz konkret şərhini tapmışdır.
Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi
nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək və
kompensasiya almaq hüququna CPM-in 56-cı maddəsində göstərilən
şəxslər, onlann qanuni nümayəndələri, növbə üzrə daha yaxın
vərəsələri, habelə vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxs
öldükdə qanuna əsasən ailə başçısının itirilməsinə görə pensiya ilə
təmin edilməli ölmüş şəxsin ailə üzvləri malikdir.
Cinayət prosesi gedişi zamanı vurulmuş ziyanın ödənilməsini tələb
etmək hüququ qanuni qüvvəyə minmiş bəraət hökmündə və ya cinayət
təqibinə xitam verilməsi haqqında qərarda tanınır. Bəraət hökmündə və
ya cinayət təqibinə xitam verilməsi haqqında qərarda cinayət prosesini
həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş
ziyanın ödənilməsi məsələsi əks olunmayıbsa, bu məsələnin həlli
cinayət təqibi üzrə icraat qurtardıqdan sonra həyata keçirilir.
Bəraət hökmü çıxarmış məhkəmə, habelə cinayət təqibinə xitam
verilməsi haqqında qərar çıxarmış təhqiqatçı, müstəntiq və ya prokuror
cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi
nəticəsində vurulmuş ziyanın ödənilməsi, cinayət təqibinin gedişində
mümkün olmadıqda isə CPM-in 60.2-ci maddəsində nəzərdə tutulmuş
digər şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın
ödənilməsi qaydalarını izah etməlidir. Bununla bağlı qeyd etmək
lazımdır ki, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya
sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat
qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı
qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə
orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş
ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə
həyata keçirilir.
§ 4. Prosessual qərarların məcburiliyi
Prosessual qərarın anlayışı CPM-in 7.0.43-cü maddəsində verilib.
Prosessual qərar dedikdə cinayət işi və ya cinayət təqibi ilə bağlı
Dostları ilə paylaş: |