Mirağa Cəfərquliyev
Konvensiyada həmçinin ekstradisiyanın məcburi olması, ondan
imtinanın halları, o cümlədən veriləcək şəxsin həbsə alınması və s.
məsələlər öz təsbitini tapmışdır. Eyni zamanda. Konvensiyada cinayət
təqibinin həyata keçirilmə qaydası müəyyən edilmişdir.
MDB çərçivəsində mütəşəkkil cinayətkarlığa qarşı mübarizə
sahəsində növbəti addım 1993-cü ilin martında MDB Hökümət
Başçılarının Şurası tərəfindən "Mütəşəkkil cinayətkarlığa və digər
təhlükəli cinayət növlərinə qarşı mübarizədə birgə tədbirlər"
proqramının təsdiq edilməsi oldu. Adı çəkilən proqramda MDB
dövlətlərinin əksə- riyytəində kriminogen vəziyyətin kəskin pisləşməsi
qeyd olunur.
Məhz bu vəziyyəti nəzərə alaraq mütəşəkkil cinayətkarlıq və
korrupsiya ilə mübarizədə hüquqi bazanın yaradılması və effektiv
tədbirlərin qəbul edilməsi məqsədilə adı çəkilən proqramda MDB
dövlətlərinin qanunvericilik orqanlarına mütəşəkkil cinayətkarlıqla
mübarizə haqqında, dövlət xidməti haqqında, silah haqqında,
operatv-axtanş fəaliyyəti haqqında qanunlann işlənməsi və yeni
qanunların qəbul edilməsi təklif edilir.
Bu proqrama uyğun olaraq mütəşəkkil cinayətkarlıqla mübarizə
sferasında əməkdaşlıq məsələləri üzrə Beynəlxalq Sazişin işlənilməsi
və qəbul edilməsi əsas məqsəd kimi qarşıya qo
3
mlmuşdur. MDB
çərçivəsində bu sahədə atılan daha vacib məsələlərdən biri də 1993- cü
ilin sentyabrında MDB Dövlət Başçıları Şurasında mütəşəkkil
cinayətkarlıqla
və
digər
təhlükəli
cinayətlərlə
mübarizədə
əlaqələndirmə bürosunun yaradılması haqqında qərar qəbul edilmişdir.
Bu qərarın qəbul edilməsinə səbəb MDB məkanında mütəşəkkil
cinayətkarılğın artması olmuşdur. Göstərilən qərarla yanaşı büro
haqqında əsasnamə təsdiq edilmiş və orada büronun statusu, strukturu,
ştatlan və digər təşkilati məsələlər öz əksini tapmışdır.
MDB çərçivəsində mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə
atılan əhəmiyyətli addımlardan biri də 17 fevral 1994-cü il tarixdə
Aşqa- batda "Daxili işlər nazirliklərinin xətti ilə əməkdaşlıq haqqında"
Sazişin imzalanması olmuşdur. Sazişdə sorğuların yazılı forması
nəzərdə tutulur. Sazişdə qeyd olunan vacib məsələlərdən biri də bu
sahədə birgə elmi tədqiqatların aparılmasını göstərmək olar. Bu
tədqiqatların daha effektiv və praktiki cəhətdən məhsuldar və
məqsədyönlü tətbiq olunması üçün bu tədqiqatlarda daxili işlər nazirliyi
orqanlannm elmi
XX FƏSİL XÜSUSİ İCRAA TLAR
55İ3
İşçiləri ilə yanaşı, həmçinin prokurorluq sisteminin və hüquqşünashğı
tədris edən ali təhsil müəssisələrinin işçilərinin də iştirakı vacib
sayılmışdır. Bu tədqiqatlarda əsasən operativ-axtarış və istintaq
fəaliyyətinə aid olan məsələlər öz müasir həllini tapmalıdır. Şübhəsiz ki,
bu kimi məsələlərin tədqiq olunması mütəşəkkil cinayətkarlığa qarşı
effektiv mübarizəyə real imkan yaradacaq.
MDB dövlətləri çərçivəsində mütəşəkkil cinayətkarlığa qarşı
mübarizədə əməkdaşlığı təkmilləşdirmək üçün, belə desək, daha
effektiv və samballı bir formaya gətirib çıxarmaq məqsədilə dövlət
başçılan 25 yanvar 2000-ci il tarixdə 2000-2003-cü illər ərzində
"Cinayətkarlığa qarşı birgə mübarizə tədbirləri haqqında" dövlətlərarası
proqramı təsdiq etmişlər. Göstərilən proqramda MDB dövlətlərində
cinayətkarlığın inkişafı vəziyyəti proqnozlaşdırılır, kriminogen vəziyyət
təhlil edilir, proqramda nəzərdə tutulan kompleks tədbirlər bu analizlərə
əsaslanır.
Azərbaycan Respublikasının MDB çərçivəsində mütəşəkkil
cinayətkarlığa qarşı mübarizə sferasında fəaliyyəti bizim üçün böyük
əhəmiyyət kəsb edir və gələcəkdə də bu fəaliyyətin davam etdirilməsi
zəruri bir həqiqətdir.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən
MDB-nin digər dövlətlərinin daxili işlər nazirlikləri ilə sıx əlaqə
yaratmışdır və ikitərəfl müqavilə və sazişlər bağlanmışıdr.
Azərbaycan Respublikası, demək olar ki, nəinki MDB çərçivəsində,
həmçinin digər Avropa ölkələri ilə də sıx əməkdaşlıq edir. Azərbaycan
Respublikasının müvafiq dövlət orqanları Avropa Şurasının mütəşəkkil
cinayətkarlıqla mübarizə sahəsində keçirdiyi beynəlxalq seminarlarda,
BMT-nin cinayətkarlıqla mübarizə və cinayət mühakiməsi üzrə
bölməsinin, o cümlədən İnterpolun işində də fəal iştirak edir.
Biz nəzərə almalıyıq ki, Azərbaycan Respublikasının beynəlxalq
sferada hüquqi yardımla bağlı əməkdaşlıq qurmaq və effektiv səviyyədə
fəaliyyət göstərməsi üçün güclü milli hüququ bazası olmaqla bərabər
beynəlxalq aləmdə qəbul olunmuş və bizim dövlət üçün maraq təşkil
edən konvensiya və sazişlərə qoşulması tələb olunur.
Azərbaycan Respublikası ilə xarici dövlətlər arasında hüquqi
yardımın göstərilməsi üzrə beynəlxalq əməkdaşlığın hüquqi əsaslan
konkret normativ-hüquqi aktlarla müəyyən edilir. Məsələn, hüquq
ədəbiyyatında qeyd edildiyi kimi, cinayət işlərinə dair hüquqi yardımın
göstərilmə
Mirağa Cəfərquliyev
BBS" ____
si üzrə beynəlxalq əməkdaşlığın hüquqi əsaslan iki qrupa aynlır: a)
beynəlxalq hüquqi yardımın göstərilməsi məsələləri üzrə milli
qanunvericilik; b) beynəlxalq ikitərəfli və çoxtərəfli müqavilələr
(ll.s.796).
Yuxanda göstərilən hüquqi yardım üzrə beynəlxalq əməkdaşlığın
hüquqi əsaslarının hər iki qrupuna aid olan normativ aktlara gəldikdə
qeyd olunur ki, hüquqi yardımın göstərilməsi üzrə milli qanunvericilik
sisteminə AR-in Konstitusiyası (53-cü və 70-ci maddələr), AR-in
Cinayət-Prosessual Məcəlləsi, AR Cinayət Məcəlləsi, "Cinayət işlərinə
dair hüquqi yardım haqqında" AR-in 29 iyun 2001-ci il tarixli Qanunu,
"Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında" AR-in 15
may 2001-ci il tarixli Qanunu və digər qanunvericilik aktlan daxil-
dirsə, hüquqi yardımın göstərilməsi üzrə beynəlxalq müqavilələrə isə
aşağıdakılar aid edilir: a) ikitərəfli və çoxtərəfli beynəlxalq dövlətləra-
rası müqavilələr; b) cinayətkarlıqla mübarizədə qarşılıqlı əməkdaşlığın
ayrı-ayn məsələlərinə dair beynəlxalq hökümətlərarası sazişlər; c) ida-
rələrarası (nazirliklər, dövlət komitələri və s.) müqavilələr (sazişlər)
(ll.s.796).
Çox düzgün olaraq qeyd edilir ki, yuxanda sadalanlardan
başqa beynəlxalq hüququn yazılmamış normalan - adətlər, beynəlxalq
nəzakət və s. də əməkdaşlığın əsaslanndan biri kimi qəbul edilir.
Nəzərə almaq lazımdır ki, cinayət işlərinə dair hüquqi yardımın
göstərilməsi üzrə beynəlxalq əməkdaşlıqdan irəli gələn prosessual
hərəkətlər insan və vətəndaşın hüquq və azadlıqlarına toxunduğuna görə
əməkdaşlığın hüquqi əsasını ilk növbədə 1948-ci il tarixli "İnsan hüquq
və azadlıqları haqqında" Ümumi Bəyannamə, 1966-ci il tarixli "Mülki
və Siyasi hüquqlar haqqında" Beynəlxalq Pakt, "Cinayət işləri üzrə
qarşılıqlı hüquqi yardım haqqında" və "Ekstradisiya haqqında" 13
dekabr 1957-ci il tarixli Avropa Konvensiyalannın təşkil etməsini
nəzərdən qaçırmaq olmaz. Bunlarla yanaşı, artıq bəllidir ki, cinayətlərin
araşdıniması üzrə hüquqi yardımın göstərilməsi məsələlərini tənzim
edən beynəlxalq aktlardan biri kimi MDB ölkələri arasında 22 yanvar
1993-cü il tarixdə bağlanmış "Mülki, ailə və cinayət işləri üzrə hüquqi
yardım və hüquq münasibətləri haqqında" Konvensiyada fəaliyyət
göstərməkdədir.
Onu da qeyd etmək lazımdır ki, mülki, ailə və cinayət işləri üzrə
ölkələr arasında hüquqi münasibətlərin yaradılması və hüquqi yardımın
göstərilməsi hər bir ölkənin konstitusiyası ilə müəyyən edilmiş "insan
Dostları ilə paylaş: |