7İ0|3
__________
XX FƏSİL XÜSUSİ İCRAA TLAR
_________
Azərbaycan Respublikasının yeni Cinayət Məcəlləsi, tam inamla
demək olar ki, məhz beynəlxalq hüququn prinsipləri gözlənilməklə,
cinayətkarlıqla mübarizə sahəsində bağlanan müqavilələr və
konvensiyalar əsas götürülməklə qəbul olunmuşdur. Bu Məcəllədə
əhalini məhv etmə, köləlik, əhalini deportasiya etmə və ya məcburi
köçürmə, cinsi zorakılıq, məcburi hamiləlik, təqib, insanları zorakılıqla
yoxa çıxarma, irqi ayrı-seçkilik, işgəncə kimi insan ləyaqətinə qarşı
yönəlmiş cinayətlər öz şərhini tapmışdır. Bu müddəalar göstərilməklə
konkret cəza həddi də nəzərdə tutulur.
Bütün bunlar ona dəlalət edir ki, ümumiyyətlə, insanlığa, insan
ləyaqətinə sui-qəsd, insan alveri və fahişəliklə bağlı cinayətlər dünya
dövlətlərini hər zaman narahat etmişdir. Bu cinayətlərə qarşı mübarizə
aparan dövlətlər aynlıqda fahişəlik məqsədilə vasitəçilik edən, kimisə
fahişəliyə sövq edən, yoldan çıxaran, fahişəliyi şəxsin razılığı ilə
istismar edən hər bir şəxsi cəzalandırmağı öhdəsinə götürür. Yaxud
fahişəxana saxlayan və ya onu idarə edən və ya onu maliyyələşdirən,
üçüncü şəxslərin fahişəlik məqsədilə istifadə edə biləcəyi binanı və ya
başqa bir yeri, yaxud onun bir hissəsini icarəyə verən hər bir şəxsi dövlət
cəzalandırmağı öz öhdəsinə götürür.
Artıq bir aksioma kimi qəbul etməliyik ki, cinayətkarlıqla mübarizə
problemi bəşəriyyəti həmişə düşündürmüş və ciddi narahat etmişdir.
Aydın məsələdir ki, cinayətkarlıqla mübarizə hər şeydən əvvəl hər bir
dövlətin suveren hüququdur və onun daxili işidir. Dövlət öz ərazisində
baş verən və qanunla cinayət hesab edilən əməlləri törədən şəxsləri
məsuliyyətə alır və müvafiq qaydada cəzalandınr. Lakin, eyni zmanda,
biz belə bir həqiqəti də qəbul etməliyik ki, müasir beynəlxalq hüquq
başqa sahələrdə olduğu kimi cinayətkarlıqla mübarizə sahəsində də
dövlətlərin beynəlxalq əməkdaşlığını nəinki inkar etmir, əksinə bir sıra
hallarda belə əməkdaşlığı mümkün və zəruri hesab edir. Bununda
demək olar ki, bir çox vacib səbəbləri mövcuddur.
Beynəlxalq cinayətkarlığın anlayışının eyni izahı üçün zəruri şərt və
ilkin tələb, alimlərin fikrincə, beynəlxalq cinayət hüquq sistemində bu
kateqoriyadan olan cinayətlərin mahiyyətini müəyyən etməkdən
ibarətdir. Bu məsələ beynəlxalq hüquq ədəbiyyatında müəyyən
dərəcədə araşdınisa da, lakin bu gün tədqiqə ehtiyac duyulan məsələlər
hələ də kifayət qədərdir.
Mirağa Cəfərquliyev
Beynəlxalq cinayətkarlığa qarşı dövlətlərin əməkdaşlığını zəruri
edən ən mühüm amillərdən biri beynəlxalq cinayətlərin milli cinayətlərə
nisbətən bəşəriyyət üçün daha da təhlükəli olmasıdır. Bu baxımdan,
beynəlxalq cinayət aşağıdakı əlamətlərinə görə milli cinayətlərdən
fərqlənir:
1)
beynəlxalq cinayətlər milli cinayətlərdən fərqli olaraq eyni
zamanda bir neçə dövlətin mənafeyinə qəsd edir;
2)
cinayətin yayılma traektoriyası daha geniş əraziləri əhatə edir;
3)
beynəlxalq cinayəti törədən şəxslər müxtəlif dövlətlərin vətən-
daşlan olurlar.
Bu söylənilən səbəblərə görə hətta dünyanın ən inkişaf etmiş, geniş
maddi və texniki resurslara malik olan dövlətləri belə təkbaşına, digər
dövlətlərin yardımı və qarşılıqlı əməkdaşlığı olmadan müvəffəqiyyət
qazanmaq qüdrətində deyil. Tarixə nəzər salmaqla buna çox asanlıqla
əmin olmaq mümkündür.
Beynəlxalq cinayətkarlığa qarşı dövlətlərin birgə əməkdaşlığı hansı
məqsədlərə xidmət edir və yaxıd hansı zərurətdən doğur sualına cavab
tapmaq üçün cinayətkarlıqla mübarizə sahəsində dövlətlərin
əməkdaşlığının mühüm cəhətlərinə diqqət yetirmək kifayət edər. Bu
vacib cəhətlər hüquq ədəbiyyatında təxmini olaraq aşağıdakı kimi
qruplaşdınimışdır:
1.
Başqa dövlətin ərazisində gizlənmiş cinayətkarların axtanlıb
tapılması, onlann mühakimə olunub cəzalandmlması;
2.
Cinayət işi üzrə lazım olan materialların əldə edilməsində,
xüsusilə də xariclə əlaqədar olan şahidlərin dindirilməsi, hadisə yerinin
müayinəsi və s. kimi əməliyyatların apanlması üzrə ayn-ayn təhqiqat
tapşmqlarmm icra edilməsinə qarşılıqlı yardım göstərmək;
3.
Cinayətkarlıqla mübarizə məsələlərinin birgə öyrənilməsi üçün
müvafiq beynəlxalq təşkilatlar və elmi-tədqiqat müəssisələri yaratmaq
beynəlxalq konfrans, konqres və s. tədbirlərin keçirilməsi yolu ilə
əməkdaşlıq;
4.
Beynəlxalq cinayətkarlıqla mübarizədə dövlətlərin qarşılıqlı
əməli yardım göstərilməsi;
5.
Bu sahədə müvafiq məlumatlann mübadiləsi, digər dövlətlərin
vətəndaşları barəsində çıxarılmış hökmlər haqqında məlumatlar və s.
(63.S.35).
XX FƏSİL XÜSUSİ İCRAA TLAR
Müasir dövrdə beynəlxalq münasibətlər sferasında MDB
çərçivəsində mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə dövlətlərin
əməkdaşlığı Azərbaycan Respublikası üçün xüsusi bir əhəmiyyət təşkil
edir.
Qeyd etdiyimiz kimi, cinayətkarlıq, xüsusilə mütəşəkkil
cinayətkarlıq çoxdan bir dövlət sərhədindən çıxaraq beynəlxalq
əhəmiyyət kəsb etməyə başlamışdır. Məhz buna görə də mütəşəkkil
cinayətkarlıqla mübarizə beynəlxalq əməkdaşlıq çərçivəsində
mümkündür. Mütəşəkkil cinayətkarlıq artdıqca, buna cavab olaraq,
dövlətlərin əməkdaşlıq səyləri də get-gedə artır və yeni müstəviyə keçir.
SSRİ dağıldıqdan sonra MDB çərçivəsində bu kimi cinayətkarlığa
qarşı dövlətlərin əməkdaşlığına böyük ehtiyac yarandı. Lakin bu
əməkdaşlıq sahəsində məlum oldu ki, MDB çərçivəsində müvafiq sosial
təhlükə ilə mübarizə bir sıra çətinliklərlə üzləşir.
Tədqiqatçılann qeyd etdiyi kimi, keçmiş SSRİ dövlətlərində mövcud
iqtisadi-siyasi böhranlar, cinayət və cinayət prosessual qanunvericilikdə
olan boşluqlar, mütəşəkkil cinayətkarlıq faktlannm tədqiqatı üzrə
effektiv metodiki işlərin olmaması, əməkdaşlığın dövlətlərarası əlaqə
mexanizminin yetkinləşməməsi bu kimi çətinliklərdən idi
(30.S.32).
Keçmiş SSRİ dövlətəlrində qanunvericilik oxşarlıq təşkil etdiyinə
görə mütəşəkkil cinayətkarlıqa mübarizə məsələlərində də indiki MDB
dövlətləri, demək olar ki, eyni problemlərlə qarşılaşırlar. Sadaladığımız
səbəblərin nəticəsi olaraq, bütün keçmiş SSRİ dövlətlərində mütəşəkkil
cinayətkarlıq sürətlə artmağa başladı.
Ədalət naminə qeyd etmək lazımdır ki, MDB kimi beynəlxalq
təşkilatın yaradılması mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə
dövlətlərin öz səylərini birləşdirməyə əlverişli şərat yaratdı. Amma onu
da qeyd edək ki, bu əməkdaşlığın hüquqi mexanizminin yaradılması
prosesi çox ləng gedir.
MDB dövlətləri çərçivəsində mütəşəkkil cinayətkralığa qarşı
mübarizə sahəsində əsas mərhələ "Hüquqi yardım və mülki, ailə və
cinayət işləri haqqında" Konvensiyanın qəbul edilməsi oldu. Bu
Konvensiya 22 yanvar 1992-ci il tarixdə imzalanmışdır.
Göstərilən Konvensiyada MDB dövlətləri arasında cinayət törətmiş
şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi və ya məhkəmə
hökmünün icra edilməsi üçün verilməsi qaydası və şərtlərinə xüsusi
diqqət ayrılmışdır.
Dostları ilə paylaş: |